Müəşşər — Vikipediya
Müəşşər (ərəbcə: onluq) — Klassik Şərq, o cümlədən Azərbaycan ədəbiyyatında şeir forması.[1]
Müəşşərin hər bəndi 10 misradan ibarətdir. İlk bəndin misraları həmqafiyə olur. Sonrakı bəndlərin ilk 9 misrası öz aralarında, son misrası isə birinci bəndlə qafiyələnir. Az yayılmış şeir formasıdır.
Molla Pənah Vaqifin "Ey büti-tutizəban, gəl ki, məqalın istərəm", "Ey rəngi-ruxi-alına heyran gülü-lalə" şeirləri müəşşərin nümunələrindəndir.
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ Азәрбајҹан Совет Енсиклопедијасы: [10 ҹилддә]. VII ҹилд: Мисир—Прадо. Бакы: Азәрбајҹан Совет Енсиклопедијасынын Баш Редаксијасы. Баш редактор: Ҹ. Б. Гулијев. 1983. С. 121.
Xarici keçidlər
[redaktə | mənbəni redaktə et]- Fərid Muradov. "Ədəbiyyatımızın unudulmuş söz ustasının müəşşəri" (az.). strategiya.az. 10:33 08 iyul 2013. İstifadə tarixi: 2014-11-11.