Kimya-biologiya təmayüllü respublika liseyi — Vikipediya

Kimya-biologiya təmayüllü respublika liseyi
Əsası qoyulub 1969
Ölkə

Kimya – biologiya təmayüllü Respublika liseyi- 1969-cu ildə beynəlmiləl orta məktəbin bazası əsasında yaradılmış və kimya–biologiya təmayüllü 5№-li internat məktəb kimi fəaliyyətə başlamışdır.

Haqqında[redaktə | mənbəni redaktə et]

Bu məktəb uzun müddət N. Nərimanov adına Tibb İnstitunun baza məktəbi olmuş və 1991-ci ildən lisey statusu almışdır. Lisey yarandığı gündən öz nəticələrinə görə bütün Respublikada yaxşı mənada tanınmağa başlamışdır. Lisey savadlı, səriştəli müxtəlif ixtisas müəllimləri ilə komplektləşdirilmiş, istedadlı şagirdləri cəlb etməklə böyük uğurlar qazanmışdır və Respublikanın ən mötəbər təhsil ocaqlarından birinə çevrilmişdir. Lisey kimya və biologiya təmayüllü olduğundan məzunların çoxu tibb sahəsinə maraq göstərmiş, müəyyən qismi isə digər maraqlandıqları peşələrə yiyələnmişlər. Lisey yarandığı gündən bu günə kimi yüzlərlə, minlərlə yüksək ixtisaslı kadrlar hazırlamış, onların bir çoxu Respublikamızla yanaşı bu gün də MDB ölkələrində və xarici ölkələrdə uğurla fəaliyyət göstərməkdədirlər.

Maddi texniki bazası[redaktə | mənbəni redaktə et]

Lisey 4 mərtəbəli tədris korpusundan, 3 mərtəbəli yataqxanadan, 1 mərtəbəli yeməkxanadan, 1 mərtəbəli yardımçı təsərrüfat binasından və emalatxanadan ibarətdir. Son illərdə liseyin maddi-texniki bazası daha da möhkəmləndirilmiş, bütün korpusların dam örtükləri yenidən qurulmuş, pəncərələr plastik pəncərələrlə əvəz edilmiş, yeni informatika kabinetləri yaradılmış, internetə qoşulan müasir kompüterlərlə təhciz olunmuş, müasir kimya, fizikabiologiya laboratoriyaları quraşdırılmış, şagird partaları və stulları, müəllim stol və stulları, yazı lövhələri tamamilə yeniləşdirilmişdir. Lisey notbuk və proyektor, həmçinin elektron dərs vəsaitləri ilə təmin olunmuşdur.

Rəhbərlik[redaktə | mənbəni redaktə et]

Direktor-Rəhimov Kamran Osman oğlu

Təlim-tərbiyə işləri üzrə direktor müavini-Ağakişiyev Aslan Gənci oğlu

Təlim-tərbiyə işləri üzrə direktor müavini -Qənbərova Səbinə İsmayıl qızı

Ünvan[redaktə | mənbəni redaktə et]

Ünvan: AZ1060, Bakı, Nizami, Şirin Mirzəyəv,53
Telefon: (+994 12) 323–77-95,

 (+994 12) 323–78-42

Website: https://www.kbtr.blogspot.com
Email: [[1]]