Jan Tirol — Vikipediya

Jan Tirol
fr. Jean Tirole
Jan Tirol, 2007-ci il
Jan Tirol, 2007-ci il
Doğum tarixi (70 yaş)
Doğum yeri Fransa Fransa
Vətəndaşlığı Fransa Fransa
Elm sahələri Mikroiqtisadiyyat
Oyunlar nəzəriyyəsi
Sənayenin təşkili
Elmi dərəcələri
İş yerləri
Təhsili
Elmi rəhbəri Erik Meskin
Tanınır Rasional olmayan aktivlik
Kesi-Şiller indeksi
Üzvlüyü
Mükafatları Nobel mükafatı 2014 İqtisadiyyat üzrə Nobel mükafatı
İmza
idei.fr/vitae.php?i=3
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Jan Tirol (fr. Jean Tirole; d. 9 avqust 1953) — fransız iqtisadçı. 2014-cü ildə Böyük firmaların bazar gücü və idarəetməsi mövzusundakı tədqiqatlarına görə İqtisadiyyat üzrə Nobel mükafatına layiq görülmüşdür.[4]

Araşdırdığı sahələr arasında sənayenin təşkili, böyük firmaların idarə edilməsi, oyunlar nəzəriyyəsi, maliyyə, bank işi və iqtisadiyyat psixologiyası əsas yerləri tutur.

Təhsili[redaktə | mənbəni redaktə et]

Jan Tirol 1976-cı ildə Fransa Politexnik Məktəbindən və daha sonra 1978-ci ildə Paris Yol və Körpü Milli Məktəbindən mühəndislik diplomu almışdır. 1978-ci ildə Paris-Dofin Universitetində doktorluq dərəcəsinə yüksəlmiş və daha sonra 1981-ci ildə ABŞ-də, Massaçusets Texnologiya İnstitutunda İqtisadi nəzəriyyə üzrə esselər (ing. Essays in economic theory)[5] adlı bir doktorluq dissertasiyası müdafiə edərək doktorluq dərəcəsi qazanmışdır.

İşlədiyi yerlər[redaktə | mənbəni redaktə et]

1981-ci ildə ABŞ-də Massaçusets Texnologiya İnstitutunda doktorluq aldıqdan sonra 1984-cü ilə qədər Paris Yol və Körpü Milli Məktəbində, Fransada araşdırmaçı olaraq çalışmışdır. 1984-1991-ci illərdə Massaçusets Texnologiya İnstitutunda iqtisad professoru vəzifəsini yerinə yetirmişdir və bu gün də həmin universitetdə "qonaq professor" olaraq fəaliyyət göstərməkdədir. 1994-1996-cı illərdə Politexnik məktəbində (fr. École Polytechnique) iqtisad professoru olaraq çalışmışdır. Jan Jak Laffont ilə birlikdə Tuluzada yeni bir "İqtisad məktəbi" qurma layihəsi üzərində birlikdə işlər görmüş və bu yeni Tuluza İqtisad məktəbini qurmuşdur.

1992-ci ildən günümüzə qədər Tuluza Universitetində çalışır. 1995-ci ildə Ekonometrika Cəmiyyətinə, 2002-ci ildə isə Avropa İqtisadiyyat Cəmiyyətinə sədrlik etmişdir. O, həmçinin Fransa Baş Nazirliyi İqtisadi Analiz Şurasının üzvüdür.

Əsərləri[redaktə | mənbəni redaktə et]

Həmçinin bax[redaktə | mənbəni redaktə et]

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. 1 2 https://www.polytechnique.org/profile/jean.tirole.1973.
  2. 1 2 http://www.sudoc.fr/041072936.
  3. 1 2 https://www.econometricsociety.org/society/organization-and-governance/fellows/current.
  4. ""Sveriges Riksbank's Prize in Economic Sciences in Memory of Alfred Nobel 2014"". 2014-10-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-11-11.
  5. ""Essays in economic theory / Jean Tirole"". 2023-07-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-11-11.