Jan Batist Bio — Vikipediya
Jan Batist Bio | |
---|---|
fr. Jean-Baptiste Biot | |
![]() | |
Doğum tarixi | 21 aprel 1774[1][2][…] |
Doğum yeri | |
Vəfat tarixi | 3 fevral 1862[1][2][…] (87 yaşında) |
Vəfat yeri | |
Dəfn yeri |
|
Vətəndaşlığı | |
Elm sahəsi | fizika |
İş yeri |
|
Təhsili | |
Elmi rəhbəri | Qaspar Monj |
Üzvlüyü |
|
Mükafatları | ![]() ![]() |
![]() | |
![]() |
Jan Batist Bio (21 aprel 1774[1][2][…], Paris[5] – 3 fevral 1862[1][2][…], Paris[5]) — fransız fiziki, geodeziyaçısı və astronomu, Paris EA-nın üzvü (1803).[7]
Həyatı[redaktə | mənbəni redaktə et]
Parisdə Politexnik Məktəbdə təhsil almışdır. Kollej de Fransın (1800) və Paris Universitetinin (1809) professoru, Yer meridianının uzunluğunu ölçmə üzrə komissiyanın üzvü olmuşdur (1806). Göy mexanikasına və qazların xassələrini öyrənməyə aid işlərin müəllifidir. 1804-cü ildə J.L. Gey–Lüssakla birlikdə müxtəlif hündürlüklərdə havanın tərkibini öyrənmək üçün aerostatda uçuş həyata keçirmişdir.[7]
Fəaliyyəti[redaktə | mənbəni redaktə et]
Əsas tədqiqatları optika, elektrodinamika və akustikaya aiddir. İşığın polyarlaşma müstəvisinin fırlanma qanununu müəyyənləşdirib (Bio qanunu, 1815), kristallarda və üzvi maddələrdə işığın polyarlaşma müstəvisinin fırlanmasını tədqiq etmiş və bununla da saxarimetriyanın əsasını qoymuşdur. F. Savarla birlikdə sabit elektrik cərəyanının maqnit sahəsinin intensivliyini təyin edən qanunu kəşf etmişdir (Bio–Savar qanunu, 1820). İ. Nyutonun irsini araşdırıb; məşhur fizika kursunun müəllifidir (1816).[7]
Həmçinin bax[redaktə | mənbəni redaktə et]
İstinadlar[redaktə | mənbəni redaktə et]
- ↑ 1 2 3 4 Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
- ↑ 1 2 3 4 Maktutor riyaziyyat tarixi arxivi.
- ↑ 1 2 list of professors at Collège de France.
- ↑ 1 2 Fransa Akademiyası (fr.). 1635.
- ↑ 1 2 3 4 www.accademiadellescienze.it (it.).
- ↑ 1 2 RKDartists (nid.).
- ↑ 1 2 3 Azərbaycan Milli Ensiklopediyası (25 cilddə). 4-cü cild: Bəzirxana – Brünel (25 000 nüs.). Bakı: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi. 2013. səh. 53. ISBN 978-9952-441-03-1.