I Səlim Gəray — Vikipediya

I Səlim Gəray
3 may 1671 – dekabr 1677
ƏvvəlkiAdil Gəray
SonrakıMurad Gəray
5 iyul 1684 – 6 mart 1691
ƏvvəlkiII Hacı Gəray
SonrakıIII Səadət Gəray
21 oktyabr 1692 – 16 fevral 1699
ƏvvəlkiSəfa Gəray
SonrakıII Dövlət Gəray
24 dekabr 1702 – 14 dekabr 1704
ƏvvəlkiII Dövlət Gəray
SonrakıIII Qazi Gəray
Şəxsi məlumatlar
Doğum tarixi 1631[1]
Vəfat tarixi 14 dekabr 1704(1704-12-14)
Vəfat yeri
Dəfn yeri
Fəaliyyəti suveren[d]
Atası I Bahadır Gəray
Uşaqları
Ailəsi Gəraylar
Dini Sünni İslam

I Səlim Gəray (1631[1]14 dekabr 1704, Bağçasaray) — XXV Krım xanı.[2][3]

1631-ci ildə dünyaya gəldi. Krım xanı I Bahadur Gərayın oğludur. Atasının 1637-ci ildə vəfat etməsinin ardından öncə Ablan qəbiləsindən Mirzaş ağanın, daha sonra isə əmisi III İslam Gərayın himayəsinə girdi. Ancaq Adil Gəray səltənətində aradan götürülmək istənildi. Şirin qəbiləsinə sığınan Səlim Gəray qaçaraq Yambol yaxınlığındakı Çulmaq kəndində yaşadı.

Çox keçmədən Adil Gərayın Osmanlılarla münasibətləri pozulmuş və nəticədə 3 may 1671-ci ildə vəzifədən alınaraq Səlim Gəray xan elan edilmişdir. İlk səltənətində Osmanlılarla birlikdə Lehistan səfərinə qatılmış, burada şöhrət qazanmışdır. Üstəlik səfərin sonunda vasitəçilik edərək Bucaş sülhünün bağlanmasında iştirak etmişdir (1672). Ertəsi il Sultan Mehmedin ikinci Lehistan səfərinə dəvət olundu. Özü bəylərbəyi Mələk İbrahim Paşa ilə birlikdə Çehrin qalasını işğal edən ruslara qarşı mübarizə apardı. Ancaq qalanın geri alınmasında müvəffəq ola bilmədi və İbrahim Paşayla birlikdə vəzifədən alınaraq Rodosa sürgün olundu (dekabr 1677).

1683-cü ilin payızında sədrəzəm Mərzifonlu Mustafa Paşanın rəhbərlik etdiyi İkinci Vyana müharəsinin uğursuz nəticələnməsinə səbəb olan Murad Gərayın, ardından ruslara qarşı uğur qazana bilməyən II Hacı Gərayın vəzifədən alınmasından sonra yenidən Krım xanlığına gətirildi və ƏdirnəSultan Mehmedin hüzuruna çıxarıldı (5 iyul 1684).Bu əsnada ruslar Krıma yaxınlaşmış, AzakQara dəniz sahilindəki digər mühüm qalalar mühasirəyə alınmışdı. İkinci səltənətində oğulları Dövlət Gərayı kalqay, Əzəmət Gərayı isə nurəddin təyin etdi. Bölgədəki rus təsirini xeyli azaldan Səlim Gəray onların Krıma girməsinin qarşısını aldı. 30 may 1689-cu ildə baş tutan Orqapı döyüşündə ruslar üzərində mühüm qələbə qazandı. Həmin ilin noyabrında Avstriya birliklərini darmadağın etmiş, bu səbəblə Ədirnəyə çağrılaraq xilat geyindirilmişdir. Ertəsi il yenidən cəbhəyə yollanan Səlim Gəray böyük oğlu Dövlət Gərayı Ərdələ göndərmiş, özü isə əvvəlcə Belqrada, daha sonra isə 4 dekabrda İstanbula gəldi. Ancaq burada ikən ruslarla lehlərin döyüşə hazırlaşdığı xəbəri yayıldı və bu vəziyyətdə Krımda olmaması bəhanə edilərək sədrəzəm Körpülü Fazil Mustafa Paşa tərəfindən danlandı. Ardından Krımdakı yerli tatarlarla münasibətlərinin pis olmasını bəhanə edən Səlim Gəray öz istəyilə vəzifədən alındı (6 mart 1691).

O əsnada kiçik oğlu Əzəmət Gərayın ruslarla döyüşdə həlak olduğunu eşidən Səlim Gəray icazə alaraq həcc ziyarətinə getdi. Dönüş yolunda ikən Dəməşqdə əmirlər arasında yaranan anlaşmlığı həll edərək bölgədə sülhü təmin etdi. Bu davranışı səbəbilə Sultan Əhmədin etibarını qazanan Səlim Gəraya Silivridə bir malikanə hədiyyə edildi və burada yaşamasına icazə verildi. O əsnada Krım xanı olan əmisi oğlu Səfa Gəraya qarşı ayaqlanma başlamış, yerli tatar əsilzadələrinin dəvəti və Sultan Əhmədin də istəyilə Səlim Gəray üçüncü dəfə Krım xanlığına gətirildi (21 oktyabr 1692). Böyük oğlu Dövlət Gərayı kalqay, əmisi İslam Gərayın oğlu Şahin Gərayı isə nurəddin təyin etdi. Çox keçmədən AvstriyaRusiya ilə başlayan müharibəyə çağırıldı. 1693-cü ildə Valaxiya bölgəsinə daxil olan Səlim Gəray ardından Ədirnəyə gəldi və mərasimlə qarşılandı. 1694-cü ilin fevralında Krıma qayıtdı. 1695-ci ildə çar I Pyotrun Krım üzərinə başlayan hücumları nəticəsində ertəsi il Azak qalası ruslar tərəfindən ələ keçirildi. 1699-cu ildə bağlanan Karlovitsa müqaviləsi ilə Osmanlılar 2 cəbhədə də məğlub olmuş, buna baxmayaraq sülh təmin edilmişdir. Ardından Səlim Gəray yaşlılığını bəhanə göstərərək oğlu Dövlət Gərayın lehinə vəzifədən ayrıldı (16 fevral 1699). Ədirnədə yaşamasına icazə verilən Səlim Gəraya illik 8 min axca təqaüd ayrıldı. Ancaq oğulları arasında yaranan anlaşmazlıq səbəbilə 1701-ci ilin martında bölgəyə göndərilmiş, sülhü təmin etməsi üçün oğullarına məsləhət verməsi buyrulmuşdur. Buna baxmayaraq sülh təmin edilməmiş, bu səbəblə Səlim Gəray dördüncü dəfə Krım xanlığına gətirilmişdir (24 dekabr 1702). Bu dəfə oğullarından Qazi Gərayı kalqay, Qaplan Gərayı isə nurəddin təyin etdi. Çərkəzistan bölgəsinə qaçan oğlu Dövlət Gərayın bağışlanmasını təmin etdi və onu İstanbula yolladı. Çox keçmədən 14 dekabr 1704-cü ildə vəfat edən Səlim Gərayın cənazəsi Bağçasarayda Xan məscidinə dəfn olundu.

Krım vəziri Əli Mərdan ağanın qızıyla evli olan Səlim Gərayın 12 oğlu və 12 qızı olmuş, oğullarından altısı Krım xanı olmuşdur. Səlimi təxəllüsü ilə şeirlər yazmış, mahnılar bəstələmişdir. Bağçasarayda topladığı zəngin kitabxanası 1736-cı ildə şəhəri istila edən ruslar tərəfindən yandırılmışdır.

Mənbə[redaktə | mənbəni redaktə et]

  • Oleksa Gaivoronsky «Повелители двух материков», Kiev-Bakhchisarai, 2007, ISBN 978-966-96917-1-2
  • Evliya Çelebi, Seyahatnâme (Dağlı), VII, 30, 236, 388-403.
  • Uşşâkīzâde İbrâhim, Uşşâkīzâde Târihi (haz. Raşit Gündoğdu), İstanbul 2005, s. 318, 375, 450-453, 536.
  • Abdülgaffar Kırîmî, Umdetü’t-tevârîh (nşr. Necib Âsım), İstanbul 1343, s. 133-140.
  • L. A. Hajda, Two Ottoman Gazanames Concerning the Chyhyryn Campaign of 1678 (doktora tezi, 1984), Harvard University, s. 75-95.
  • Hüseyin Çınar, “Hacı I. Selim Giray Han ve Çiftlik Vakıfları”, Karadeniz Araştırmaları, sy. 11, Çorum 2006, s. 19-37.
  • A. Dubinski, “Selīm Girāy I”, EI2 (İng.), IX, 135.

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. 1 2 Selim // MAK (pol.).
  2. Henry Hoyle Howorth, History of the Mongols, 1880, part 2, p 479
  3. Halim Giray, Gülbün-i Hânân, İstanbul 1327, s. 109-121.