Filip Mauntbetten — Vikipediya

Filip Mauntbetten
Prince Philip
6 fevral 1952 – 9 aprel 2021
Şəxsi məlumatlar
Doğum adı Philip of Greece and Denmark[5]
Filipo de Grekio kaj Danio
Doğum tarixi 10 iyun 1921(1921-06-10)[1][2][…]
Doğum yeri
Vəfat tarixi 9 aprel 2021(2021-04-09)[3][4][…] (99 yaşında)
Vəfat yeri
Vəfat səbəbi qocalıq[d][6]
Fəaliyyəti polo oyunçusu, zabit, donanma zabiti[d], Əsilzadəlik
Anası Alisa Battenberq[5][7]
Həyat yoldaşı II Elizabet
Uşaqları

III Çarlz

Şahzadə Anna
Şahzadə Endryu
Şahzadə Eduard
Dini Xristian
Hərbi xidmət
Mənsubiyyəti Birləşmiş Krallıq
Qoşun növü Krallıq donanması, Britaniya Ordusu[d]
Döyüşlər
Rütbəsi feldmarşal[d]

İmzanın şəkli
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Filip Mauntbetten və ya şahzadə Filip, Edinburq hersoqu və ya kral-konsort (10 iyun 1921[1][2][…], Kerkira, Yunanıstan Krallığı9 aprel 2021[3][4][…], Vindzor sarayı, Cənub-Şərqi İngiltərə[d]) — Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının 12-ci monarxının həyat yoldaşı, kral-konsort.

Həyatı[redaktə | mənbəni redaktə et]

Filip Mauntbetten qriqorian təqvimi ilə 10 iyun 1921-ci ildə Yunanıstanın Korfu şəhərində anadan olmuşdur,[8] Ancaq o dövrdə Yunanıstan yulian təqvimidən istifadə etdiyinə görə onun doğum şəhadətnaməsində 28 may 1921-ci il qeyd edilib.[9] Kraliça II Elizabetin həyat yoldaşıdır.

Yunanistan və Danimarka Kralı Andrey'in 5-ci övladı və yeganə oğlu, Yunanıstan kralı I Georq'un nəvəsidir. Anadan olandan Yunanistan və Danimarka Şahzadəsi adını daşıyırdı. Baba, Yunanıstanda hökm sürən Danimarka Glucksburg evinə mənsub idi. Ata nənəsi Olga Konstantinovna Romanova, I Nikolayın nəvəsi idi. Philipin anası, Şahzadə Alisa Hessianın Battenberg ailəsindən idi. Filipp Danimarka Kralı IX Christianın, İngiltərə Kraliçası I Viktoriya və Rus İmperatoru I Nikolayın nəticəsi sayılır.

O körpə olarkən ailələri Yunanıstandan çıxarılıb. Almaniya və Şotlandiyada alman yəhudilərinin məktəblərində dərs alıb. 18 yaşında Böyük Britaniya Hərbi Qəniz Qüvvələrində qulluğa gedir və İkinci dünya müharibəsində iştirak edir. Bu zaman onun iki qardaşı Almaniya vətəndaşı kimi əks tərəfdə vuruşurlar.

Müharibədən sonra o, 1939-cu ildə tanış olduğu kral V Georqun qızı və Britaniya taxt-tacının vəliəhdi Elizabet ilə münasibətlərini davam etdirir. Ancaq milli köklərinin və provoslav dininin onun izdivacına mane olacağını görərək anasının Britaniya soyadını götürür. Rütbəsindən də imtina edərək Leytenant Filip Mauntbetten rəsmi ad və titulunu götürür. Eyni zamanda xristian dininin provoslav kilsəsindən anqlikan kilsəsinə keçir.

Həmin il vəliəhd şahzadə Elizabet ilə kəbin kəsdirir. Toydan sonra Elizabetin atası kral V Georq tərəfindən ona Edinburq hersoquKral həzrətləri titulları verilir. 1952-ci ildə Elizabet kraliça elan edildikdən sonra o, hərbi xidmətini dayandırır və kraliçanı müşayiət etməyə başlayır. 1957-ci ildə həyat yoldaşı II Elizabet ona Britaniya şahzadəsi titulu verir. O, kraliça ilə ən çox ömür sürmüş həyat yoldaşı və ən yaşlı monarx əridir.[10]

Philip'in Elizabeth ilə dörd uşağı var idi: Uels şahzadəsi Çarlz, Şahzadə Anna, Şahzadə Endryu və Şahzadə Edward.

Ölümü[redaktə | mənbəni redaktə et]

Şahzadə Philip, 100 yaşına iki ay qalmış, 9 aprel 2021-ci ildə Windsor qalasında 99 yaşında öldü. Ölümündən sonra Cəbəllütariqdə 40 dəqiqə ərzində hər dəqiqə 41 atəş edildi. Dəfn mərasimi 17 aprel tarixinə təyin edildi.

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. 1,0 1,1 Prinz Philip // filmportal.de. 2005.
  2. 2,0 2,1 Lundy D. R. Philip Mountbatten, 1st Duke of Edinburgh // The Peerage (ing.).
  3. 3,0 3,1 Davies C. Prince Philip, Duke of Edinburgh, dies aged 99 (brit. ing.). 2021. ISSN 0261-3077
  4. 4,0 4,1 הנסיך פיליפ, בעלה של מלכת בריטניה אליזבת השנייה, מת בגיל 99 (ivr.).
  5. 5,0 5,1 https://www.royal.uk/the-duke-of-edinburgh.
  6. Ward V. Exclusive: Duke of Edinburgh’s official cause of death recorded as ‘old age’ (brit. ing.). // The Daily Telegraph / red. C. Evans London, (untranslated): 2021. ISSN 0307-1235
  7. Kindred Britain.
  8. Bell, Lynne, Queen and Consort: Elizabeth and Philip - 60 Years of Marriage, Dundurn Press, 2007, səh. 83, ISBN 1550027255
  9. Higham, Charles, Elizabeth and Philip: The Untold Story, Sidgwick & Jackson, 1991, səh. 73, ISBN 0283998873
  10. "Prince Philip breaks royal record". Nine News. 18 April 2009. 21 April 2009 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 18 April 2009.