Məcnun Göyçəli — Vikipediya

Məcnun Göyçəli
Məcnun Səməd oğlu İbrahimov
12 oktyabr 1992 – 2004
ƏvvəlkiHüseyn Arif
SonrakıQaracan Kərimli
Şəxsi məlumatlar
Doğum tarixi 2 iyun 1949(1949-06-02)
Doğum yeri
Vəfat tarixi 17 may 2021(2021-05-17) (71 yaşında)
Vəfat yeri
Partiya
Fəaliyyəti şair, yazıçı, müəllim

Məcnun Göyçəli (İbrahimov Məcnun Səməd oğlu; 2 iyun 1949, Kiçik Məzrə, Basarkeçər rayonu17 may 2021, Bakı) — Azərbaycan şairi, Azərbaycan Yazıçılar Birliyinin üzvü (2002), Azərbaycan Jurnalistlər və Aşıqlar Birliyinin üzvü, Ümumdünya Qaçqın Yazarlar Departamenti Rəyasət Heyətinin üzvü.

Həyatı[redaktə | mənbəni redaktə et]

Məcnun Göyçəli 1949-cu il iyunun 2-də Qərbi Azərbaycanda Göyçə mahalının Kiçik Məzrə kəndində anadan olmuşdur. Burada kənd orta məktəbini bitirdikdən sonra Zod qızıl-filiz kombinatında fəhlə işləmişdir (1967–1973). Azərbaycan Dövlət Universitetinin kitabxanaçılıq fakültəsində təhsil almışdır (1973–1979).

Kiçik Məzrə kəndində kitabxana müdiri, kənd orta məktəbində pioner baş dəstə rəhbəri, "Vardenis" rayon qəzeti redaksiyasında ədəbi işçi, Azərbaycan Aşıqlar Birliyi Sədrinin təsərrüfat üzrə müavini, yerli Həmkarlar İttifaqı Komitəsinin sədri, "Ozan" qəzeti baş redaktorunun müavini, redaktoru və Azaərbaycan Aşıqlar Birliyinin sədri işləmişdir (1989–2002).

Ədəbi fəaliyyətə erkən başlamışdır, lakin şeirləri XX əsrin 80-ci illərindən "Azərbaycan", "Ulduz", "Göyərçin", "Kirpi" və s. jurnallarda, "Ədəbiyyat qəzeti"ndə, "Körpü", "Vətən səsi", "Şərq qapısı" qəzetlərində, eləcə də Türkiyə mətbuatında dərc olunmuşdur.

2002-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan Jurnalistlər və Aşıqlar Birliyinin üzvü, Ümumdünya Qaçqın Yazarlar Departamenti Rəyasət Heyətinin üzvü, Azərbaycan Yazıçılar Birliyi İrəvan Yazıçılar Şurasının sədr müavinidir.

"Vətən", "Azərbaycan bayrağı", "İnam", "Qızıl qələm", "Araz", "İman", "H. B. Zərdabi", "H. Z. Tağıyev", "Ustad sənətkar", "İlin nüfuzlu ziyalısı", "Fəzilıt", "Ziya" və başqa mükafatlar laureatıdır.

2002-ci ildən Azərbaycan Müasir Müsavat Partiyası sədrinin ictimaiyyətlə əlaqələr üzrə müşaviridir.

Əsərləri[redaktə | mənbəni redaktə et]

  1. Göyçə yallısı (şeirlər). Bakı: Yazıçı, 1988, 68 səh. 2000 nüs.
  2. Göyçə təbəssümləri. Bakı: Gənclik, 1996, 92 səh. 2000 nüs.
  3. Köçkün nəğmələri (şeirlər və poemalar). Bakı: Elm, 2000, 300 səh. 500 nüs.
  4. Tanrıdan payım mənim (şeirlər və poemalar). Bakı, Nurlan, 2003, 228 səh. 500 nüs.
  5. Ağ buluda qanad ömür.
  6. Göyçənamə.
  7. Ocaq yalı. 2009.
  8. "Dərələyəz harayı" (poema, şeirlər, bayatılar). Bakı, "YYSQ", 2014.
  9. "Seçilmiş əsərləri" III cilddə, II cild. Bakı, "MBM", 2016. 864 səh. ISBN 978-9952-29-104-9

Məqalələri[redaktə | mənbəni redaktə et]

  • "Yaralı şeirlərin həzin pıçıltıları". "Bizim söz", № 7(14), 15 oktyabr 2010-cu il.

İstinadlar[redaktə | mənbəni redaktə et]