Gerard Merkator — Vikipediya

Gerard Merkator
lat. Gerhardus Mercator
Digər adı Girt de-Kremer
Doğum tarixi
Doğum yeri Rupelmonde, Flandriya qraflığı, Habsburq Niderlandı
(indiki Belçika)
Vəfat tarixi (82 yaşında)
Vəfat yeri Duysburq, Yulix-Kleves-Berq qraflığı, Müqəddəs Roma imperiyası
Həyat yoldaşları Barbara Şellekens (e. 1534 – ö. 1586)
Gertrud Virlinqs (e. 1589)
Uşaqları Arnold, Emerentia, Dorotes, Bartolomey, Rumold, Katarina
Atası Hubert de-Kremer
Anası Emerans de-Kremer
Milliyyəti Mübahisəli
İxtisası Löven Universiteti
Fəaliyyəti riyaziyyatçı, coğrafiyaşünas, filosof, ilahiyyatçı, xəritəşünas, ixtiraçı, universitet müəllimi[d], cihaz hazırlayan[d], yazıçı
İmza
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Gerard Merkator və ya latınlaşdırılmış adıyla Gerarde Kremer (lat. Gerhardus Mercator, 5 mart 1512, Rupelmonde — 2 dekabr 1594, Duysburq) — Flamand kartoqrafı və coğrafiyaşünası.

O, 1569-cu dünya xəritəsi ilə tanınıb, yeni bir proyeksiya ilə hazırlanmışdır ki, bu da sabit gövdəsi olan bir gəminin köklərini, yəni bu günün naviqasiya xəritələrində hələ də istifadə edilən bir düz xətti göstərir.

Merkator, Hollandiya kartoqrafiya məktəbinin qurucularından biridir və məktəbin qızıl dövrünü yaşadığı 16 və 17-ci əsrlərdə ən əhəmiyyətli nümayəndəsi sayılır. O, dünyanın ən tanınmış coğrafiyaşünası idi, lakin ilahiyat, fəlsəfə, tarix, riyaziyyat və maqnetizmlə maraqlanırdı və eyni zamanda, dünya qlobusu və elm alətləri düzəldən usta bir oyma və xəttat idi.

Bioqrafiya[redaktə | mənbəni redaktə et]

Gerard Merkator 5 mart 1512-ci ildə Rupelmonde şəhərində anadan olmuşdur (İndiki şimali Belçika, Flandriya). Doğulduğunda ona Gerarde Kremer adı verilmişdi. Merkator, Rupelmonde şəhərində məktəbə getmiş, burada oxuma, yazma, hesab və latın dilinin əsaslarını öyrənmişdir.[1] Gerard Merkator 2 dekabr 1594 tarixində Duysburq şəhərində 82 yaşında vəfat etmişdir

Milliyəti[redaktə | mənbəni redaktə et]

Merkatorun milliyəti mübahisəli bir məsələdir. 1868-ci ildə, 1569-cu ildə hazırlanan dünya xəritəsinin 300-cü ildönümü səbəbiylə edilən hazırlıqların bir hissəsi olaraq belçikalı Jan-Van RaemdonkFlamand coğrafiyaşünası Merkatorun nəşr etdiyi bioqrafiyasında kökünün Rupelmondeyə əsaslanıran spekulyativ bir de-Kremer ailə ağacı da mövcud idi.[2] 1869-cu ildə Duysburqda alman Artur Breysinq Alman coğrafiyaşünası Merkator olaraq yayımladığı kitabda ailəsinin Yulixdən olduğunu və ailəsinin Rupelmondeni ziyarəti zamanı doğulduğunu iddia etmişdir.[3]

Hal-hazırda, atası Hubertin doğum yerinə və ya keçmişinə aid heç bir dəlilin olmamasına baxmaraq, belçikalılaralmanlar Merkatorun öz milliyətlərindən olduğunu iddia edirlər.[4]

Merkatorun əsərləri[redaktə | mənbəni redaktə et]

Merkatorun heykəli, Jardin-du Petit Sablon, Brüssel

Qlobus və alətləri[redaktə | mənbəni redaktə et]

Qemma Frizius və Merkator tərəfindən qlobuslar Kartoqrafiya tarixi (Avropanın intibah dövründə kartoqrafiya) kitabının 3-cü cildində müzakirə olunur.[5]

  • 1536 Qemma Friziusun yer kürəsi. Bu qlobusun rəsmləri Vikipediya Commons-da mövcuddur.
Merkatoru mətni oyması üçün dəvət edən Frizius tərəfindən hazırlanmışdır. Yeganə nümunəsi Avstriya Milli Kitabxanasının Qlobus Muzeyində (veb-saytı Arxivləşdirilib 2016-06-30 at the Wayback Machine). Digər nümuməs isə İkinci Dünya müharibəsi zamanı məhv edilmişdir.[6]

Yeganə nümuməsi Qrinviç Krallıq Müseylərində (Əvvəllər Milli Dəniz Muzeyi) saxlanılır.[6]

  • 1541 və 1551 Yer və astronomik kürəsləri
İyirmidən çox nümunəsi mövcuddur.[7][8] Qlobusların ətraflı izahı Steveson-da mövcuddur.[9]

Xəritələr[redaktə | mənbəni redaktə et]

Amplissima Terrae Sanctae descriptio ad utriusque Testamenti intelligentiam. (azərb. İki məsihətidə anlamaq üçün Müqəddəs torpaqların təsviri‎).[10]

Bu divar xəritəsinin adı yoxdur, ancaq adətən Orbis Imago adlanır. İlk xəritə Şimalı və Cənubi Amerikanı aydınlaşdırır. Xəritənin biraz dəyişdirilmiş surəti: 1531 dünya xəritəsi (və mətni).[11][12]

Divar xəitəsi. V Karla həsr olunmuşdur.[13][14]

Europae descriptio. Antoin Perrenota həsr olunmuşdur. Tam bir nümunəsi mövcud deyil. Kiçik-kiçik hissələri faksda mövcuddur.[15] Xəritədə ürəkşəkilli proyeksiyadan istifadə edilmişdir.

Anglia & Scotiae & Hibernie nova descriptio.[16][17][18] 4 nümuməsi məlumdur.

Lotaringiya hersopu Ren tərəfindən istismara verilmiş xəritə. Xəritənin tək nüsxəsi heç vaxt nəşr olunmayıb,[19] ancaq Lotaringiyanın iki ətraflı (şimal və cənub) xəritəsi 1585 atlasında mövcuddur.

1570-ci illərin əvvəllərində toplanmış xəritələrin unikal kolleksiyası.

Tabulae geographicae Cl. Ptolemaei ad mentem auctoris restitutis ac emendatis. Ptolomeyin 28 xəritəsinin qəti variant. Geographiae Libri Octo : recogniti iam et diligenter emendati. Nümumə: Britaniya

  • 1585 Atlası Galliae, Belgii Inferioris, Germaniae.
51 müasir xəritənin ilk kolleksiyası: 16-ı Fransanın (İsveçrə daxil olmaqla), 9-u BelçikaNiderlandın, 26-ı isə, Almaniyanın.

  • 1589 Atlası Italiae, Sclavoniae, Grecia.
23 müasir xəritənin ikinci kolleksiyası: 16-ı İtaliyanın (Korsika daxil olmaqla), 3-ü Ştiriyanın və digəri isə, Balkan dövlətlərinin.[20]

Atlas Sive Cosmographicae Meditationes de Fabrica Mundi et Fabricati Figura. Atlas adından istifadə olunan ilk xəritə kolleksiyası. Çoxlu kitabxana nüsxəsi dünyada mövcuddur.

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. The evidence for Mercator's place of birth is in his letter to Wollfgang Haller (Averdunk, (1914), Letter26, and Durme, (1959), Letter 152) and in the biography by his personal friend Ghim, (1595).
  2. Raemdonck, (1868) and Raemdonck, (1869).
  3. Breusing, (1869).
  4. Horst, (2011)Crane, (2003) milliyət verməsələr də, Turner, (2004) Hubertin flamand olduğunu demişdir.
  5. Woodward, (1987)
  6. 1 2 Stevenson, (1921) p102.
  7. The terrestrial and celestial globes may be examined in high resolution at the Harvard Map Collection Arxivləşdirilib 2012-08-17 at the Wayback Machine
  8. The gores for both Mercator globes held by the Bibliothèque Royale (Brussels) have been published in facsimile with a preface by Antoine de Smet ((Mercator & de Smet 1968). High resolution images are available at the National Library of Australia Arxivləşdirilib 2021-10-19 at the Wayback Machine (click on Browse).
  9. Stevenson, (1921) pages 124–135
  10. Crane, (2003) Cild 9 p103.
  11. For a discussion of cordiform projections see , Snyder, (1993) səh.37, Figure 1.27
  12. Crane, (2003) Chapter 10, p110.
  13. Crane, (2003) Cild 11
  14. Crane, (2003) Cild 11 p119.
  15. Watelet, (1997)
  16. See Crane, (2003) Chapter 19
  17. The British Isles by Peter M. Barber in Watelet, (2003). Most of this article is available as an excerpt Arxivləşdirilib 2021-09-27 at the Wayback Machine
  18. Chapter 54 (by Peter Barber) in Woodward, (1987), The History of Cartography, Volume 3, Cartography in the European Renaissance,
  19. See Crane, (2003) Chapter 21 p213.
  20. (Sullivan 2003) pdf-səhifəsi 458.

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]

Həmçinin bax[redaktə | mənbəni redaktə et]