Cənub dəniz fili — Vikipediya

Cənub dəniz fili
Elmi təsnifat
Beynəlxalq elmi adı

Cənub dəniz fili (lat. Mirounga leonina) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin əsl suitilər fəsiləsinin dəniz fili cinsinə aid heyvan növü.

Dünyada Pərayaqlılara daxil olan ən boyük canlıdır. Onun ölçüləri 6 metr uzunluğa və 4 ton çəkiyə malik olurlar. Bu canlı "fil" adını malik olduğu xotumu və iri çəkisi ilə əlaqədardır. Burnu iri kisəçik formasındadır. Döyüşlər zamanı xortumlarından istifadə edirlər. Bu növün "Cənub" dəniz fili andanmasının səbəbi isə onun əsasən Antarktika sahillərində yaşaması ilə əlaqədardır. Şimal dəniz fili isə Şimali Amerika, xüsusi ilə Kaliforniya sahillərində (Mirounga angustirostris) yaşayırlar.

Xariçi görünüş[redaktə | mənbəni redaktə et]

Dişi cənub dəniz fili

Bədən quruluşu iri olub, iri sinəyə malikdir. Xüsusi ilə gözləri daha iridir. Qalın piy qatına malikdirlər.

Ümumi rəng çaları əsasən tünd-boz olur. Bəzən isə gümüşü və sarı rəngə çalır. Gümüşü-sarı rəng əsasən su ilə və ya orada olan bitkilələrin təsiri ilə olur. Yeni doğulan körpələrdə isə demək olar ki qaradır.

Yayılması[redaktə | mənbəni redaktə et]

Erkəklərin döyüşü

Bu növün nümayəndələri əsadən Subantarktik və Antarktik iqlim qurşaqlarında yaşayır. Əsas arealı isə Herd və Makdonald, Şahzadə Eduard, Kerqelen arxipelaqı, Kroze adaları, Cənubi Georgiya adalarında böyük koloniya əmələ gətirirlər. Cəmi 5% dəniz fili Antarktik yarımadası, Cənubi Sandviç adaları, Cənubi Orkney adalarıCənubi Şetland adaları ərazisində təsadüf edilir. Bu canlıların bir necə koloniyasına Folklend adaları və Argentinanın Valdes yarımadası sahillərində yaşayır.

Əvvəllər bu növə Xuan Fernandes adaları, Tasmaniya, Kinq, Müqəddəs Yelena adası ərazilərində rast gəlinirdi. XIX əsrdə kütləvi ovlanma nəticəsində bu adı çəkilən ərazilərdə növ tamamən tükənmişdir.

Ölçüləri[redaktə | mənbəni redaktə et]

Erkəkləri 4,2–5,8 m uzunluğa (bəzi mənbələrdə 6,2–6,5 m) və çəki 3–5 ton, dişisi isə 2,6–3,0 m uzunluğa və 400–900 kq çəkiyə malikdir. Dişilər bəzən 1 ton çəkiyə malik olur. Yeni doğulanlar 127 sm uzunluğa, 40–46 kq (50 kq) çəkiyə malik olur.

Həyat tərzi[redaktə | mənbəni redaktə et]

Körpə dəniz fili qara rəngdə olur.

Cənub dəniz filinin< əsas qidasını kalmarlar (75%) təşkil edir. Onlar 400–700 m dərinliyə üzə bilir. Su altında 120 dəqiqə qala bilir. Bəzi hallarda dəniz filinin 1250–2000 m dərinliyə enə bildir. Yayda Antarktida istiqamətinə 4800 km üzməsi məlumdur.

Dişilər yetkiblik yaşına 2–4, erkəklər isə 3–7 yaşında çatır. Erkəklər böyük hərəmcanaya sahib olurlar. Əsas etibari ilə 50 dişidən təşkil olunsada bəzən 100–300 qədər catır. Sentyabr-noyabr ayları balalar doğulur. Ana balalarını üç həftə südlə bəsləyir. Bu müddət ərzində o balalarını tərk etmir. Çütləşmə 3–5 gün davam edir.

İlin 2–3 yay aylarını onlar qurunu tərk etmirlər. Əksinə isə qalan müddət isə dənizdə yaşayırlar. Açıq dənizdə 250–300 olurlar. Qış aylarında bəzən soyuq cərəyanların sayəsində CAR, Yeni Zelandiya, Cənubi Amerika sahilərinə qədər irəliləyirlər. Hind okeanı ilə üzərək bəzi hallarda Mavriki adalarına qədər gələ bilirlər.

Erkəklər 20 il, dişilər isə 14 il yaşaya bilirlər.

Sayı[redaktə | mənbəni redaktə et]

Cənub dəniz filinin dünyada sayı hal-hazırda 670–800 min baş təşkil edir. Bu sayın yarıdan çoxu Cənubi Georgiya adasında, yerdə qalan faizi isə (40%) subantarktik adalarda (Hind okeanı akvatoriyasında) yaşayır.

Əhəmiyyəti və qoruma tətbirləri[redaktə | mənbəni redaktə et]

XIX əsrdə Cənub dəniz filini kütləvi şəkildə ovlayırdılar. Bu əsasən subantartik qurşaqda yerləşən adalarda həyata keçirilirdi. Xüsusi ilə qiymətli dərialtı piyi onların ovlanması üçün əsas səbəb idi. Ovda əsasən iri erkəklər hədəf seçilirdi.

1964-cü ildən cənub dəniz şirlərinin ovu qadağan edilmişdir. Hazırda isə Antraktida haqqında konvensiyaya əsasən bu növ qorunur (Convention for the Conservation of Antarctic Seals).

Təbii düşmənləri Dəniz bəbiriOsadır.

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. Integrated Taxonomic Information System (ing.). 1996.
  2. Mammal Species of the World (ing.): A Taxonomic and Geographic Reference. / D. E. Wilson, D. M. Reeder 3 Baltimore: JHU Press, 2005. 35, 2142 p. ISBN 978-0-8018-8221-0

Həmçinin bax[redaktə | mənbəni redaktə et]