Fərraş — Vikipediya

Fərraş
39°50′20″ şm. e. 46°30′54″ ş. u.
Ölkə
Tarixi və coğrafiyası
Saat qurşağı
Xəritəni göstər/gizlə
Fərraş xəritədə
Fərraş
Fərraş

FərraşAzərbaycan Respublikasının Laçın rayonu Fərraş kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Ali Sovetinin 7 fevral 1991-ci il tarixli, 54-XII saylı Qərarı ilə Laçın rayonunun Fərraş kəndi Vaqazin kənd Sovetindən ayrılaraq, bu kənd mərkəz olmaqla Fərraş kənd Soveti yaradılmışdır.[1] Kənd 1992-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 2020-ci ildə İkinci Qarabağ müharibəsi sonunda imzalanmış atəşkəs bəyanatına əsasən 1 dekabr 2020-ci ildə Azərbaycan Respublikası Silahlı Qüvvələri tərəfindən işğaldan azad olunub.

Toponimikası[redaktə | mənbəni redaktə et]

Yaşayış məntəqəsi XIX əsrdə Zəngəzur qəzasında maldarlıqla məşğul olmuş sarallı tayfasına məxsus ailələrin məskunlaşması nəticəsində yaranmışdır. Tədqiqatçılar bu oykonimi Fərraş şəxs adı və ya orta əsrlərdə saray xidmətçisi vəzifəsi ilə əlaqələndirirlər. Əslində, faraş sözü Azərbaycan dilinin qərb qrupu dialektlərində heyvanlara və bitkilərə aid olub "tez böyüyən, iriləşən, vaxtından əvvəl yetişən" mənasında işlənir[2].

Tarixi[redaktə | mənbəni redaktə et]

Coğrafiyası və iqlimi[redaktə | mənbəni redaktə et]

Kənd dağlıq ərazidə yerləşir.

Əhalisi[redaktə | mənbəni redaktə et]

2006-cı ilin statistikasına görə kəndin əhali sayı 250 nəfər olmuşdur.

İqtisadiyyatı[redaktə | mənbəni redaktə et]

Kənd əhalisinin əsas məşğuliyyəti heyvandarlıq olub.

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "Azərbaycan Respublikasının Bakı, Gəncə və Sumqayıt şəhərlərinin, Abşeron, Ağdaş, Ağsu, Ağcabədi, Balakən, Bərdə, Beyləqan, Vartaşen, Quba, Qutqaşen, Daşkəsən, İmişli, Yevlax, Kəlbəcər, Kürdəmir, Gədəbəy, Goranboy, Laçın, Lerik, Lənkəran, Mirbəşir, Puşkin, Saatlı, Füzuli, Cəbrayıl və Şamxor rayonlarının, Dağlıq Qarabağ Muxtar Vilayəti Şuşa rayonunun inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası Ali Sovetinin 7 fevral 1991-ci il tarixli, 54-XII saylı Qərarı". 2022-05-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-09-21.
  2. Fərraş // Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. I cild. Bakı: Şərq-Qərb. 2007. səh. 272. ISBN 978-9952-34-155-3.

Həmçinin bax[redaktə | mənbəni redaktə et]