Türklər (Laçın) — Vikipediya

Türklər
39°31′00″ şm. e. 46°36′51″ ş. u.
Ölkə
Tarixi və coğrafiyası
Saat qurşağı
Xəritəni göstər/gizlə
Türklər xəritədə
Türklər
Türklər

TürklərAzərbaycan Respublikasının Laçın rayonu Səfiyan kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Ali Sovetinin 7 fevral 1991-ci il tarixli, 54-XII saylı Qərarı ilə Laçın rayonunun Aşağı Fərəcan kənd Sovetindən Türklər kəndi Səfiyan kənd Sovetinin tərkibinə verilmişdir.[1] 1992-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 2020-ci il noyabrın 9-da Azərbaycan Respublikası Silahlı Qüvvələri tərəfindən işğaldan azad olunub.[2]

Toponimikası[redaktə | mənbəni redaktə et]

Yaşayış məntəqəsini Zəngilan rayonundakı Babaylı kəndindən köçüb gəlmiş ailələr salmışlar. XIX əsrdə kənd Babaylı kimi qeydə alınmışdır. Kəndin ərazisində Türklər qəbiristanlığı yaxınlığında Babaylı kəndinə məxsus qışlaq yeri olmuşdur. Kənd sonralar qədim qəbristanın adı ilə Türklər adlanmağa başladı.[3]

Coğrafiyası və iqlimi[redaktə | mənbəni redaktə et]

Kənd Qarabağ silsiləsinin ətəyində yerləşir.

Əhalisi[redaktə | mənbəni redaktə et]

2006-cı ilin statistikasına görə kəndin əhali sayı 250 nəfər olmuşdur.

İqtisadiyyatı[redaktə | mənbəni redaktə et]

Kənd əhalisinin əsas məşğuliyyəti əkinçilik və heyvandarlıq olub.

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "Azərbaycan Respublikasının Bakı, Gəncə və Sumqayıt şəhərlərinin, Abşeron, Ağdaş, Ağsu, Ağcabədi, Balakən, Bərdə, Beyləqan, Vartaşen, Quba, Qutqaşen, Daşkəsən, İmişli, Yevlax, Kəlbəcər, Kürdəmir, Gədəbəy, Goranboy, Laçın, Lerik, Lənkəran, Mirbəşir, Puşkin, Saatlı, Füzuli, Cəbrayıl və Şamxor rayonlarının, Dağlıq Qarabağ Muxtar Vilayəti Şuşa rayonunun inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası Ali Sovetinin 7 fevral 1991-ci il tarixli, 54-XII saylı Qərarı". 2022-05-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-09-21.
  2. "Prezident: Azərbaycan Ordusu daha bir neçə kəndi işğaldan azad edib". report.az (az.). 9 noyabr 2020. 2020-11-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 noyabr 2020.
  3. Türklər (Laçın) // Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. II cild. Bakı: Şərq-Qərb. 2007. 304. ISBN 978-9952-34-156-0.