Elçin Əliyev (güləşçi) — Vikipediya

Elçin Əliyev
Şəxsi məlumatlar
Tam adı Elçin Əliyev
Vətəndaşlığı Azərbaycan Azərbaycan
Türkiyə Türkiyə
Doğum tarixi (33 yaş)
Doğum yeri
Boyu 160 sm. (5 ft 6 in)
İdman növü Güləş
Karyera illəri 2001—2021
Məşqçisi Əbülət Məmmədov

Elçin Əliyev (26 aprel 1990, Azərbaycan) — 2007-2013-cü illərdə Azərbaycanı, 2018-2021-ci illərdə isə Türkiyəni təmsil edən yunan-roma güləşçisi, 2010 və 2012-ci illərdə Avropa Çempionatının qalibi.[1]

Karyerası[redaktə | mənbəni redaktə et]

Elçin Əliyev 2007-ci ildə Belqrad şəhərində (Serbiya) baş tutan gənclər arasında Avropa Çempionatının qalibi oldu. 2008-ci ildə isə o, İstanbul şəhərində gənclər arasında Dünya Çempionatını 8-ci pillədə başa vurdu.

Daha sonra Elçin Əliyev 2009-cu ildə Fransada Kristo Lutte Turnirini qızıl medalla, Azərbaycanda Qızıl Qran-Pri beynəlxalq turnirini isə 7-ci pillədə başa vurdu.

2010-cu ilin yanvarında İstanbul şəhərində Vəhbi Əmrə Turnirinin qalibi olan Elçin Əliyev, apreldə Avropa Çempionatında debüt elədi. Azərbaycanda baş tutan Avropa Çempionatının 1/8 final mərhələsində Ukrayna nümayəndəsi Vüqar Rəhimova, 1/4 final mərhələsində Norveç nümayəndəsi Anders Renningena, 1/2 final mərhələsində isə Bolqarıstan nümayəndəsi Alexander Kostadinova qalib gələn Elçin Əliyev, final görüşündə Rusiya nümayəndəsi, olimpiya çempionu Nazir Manqiyev üzərində qələbə qazandı və Avropa Çempionatının qalibi oldu. Daha sonra Elçin Əliyev iyulda Azərbaycanda Qızıl Qran-Pri beynəlxalq turnirini və sentyabrda Rusiyada Dünya Çempionatını 8-ci pillələrdə başa vurdu.

2011-ci ildə isə Elçin Əliyev sadəcə İstanbul şəhərində Vəhbi Əmrə Turnirində mübarizə apardı və turnirin bürünc medalına sahib oldu.

Elçin Əliyev 2012-ci ilin yanvarında İstanbul Qran-Prisini bürünc medalla başa vurdu. Daha sonra o, martda Avropa Çempionatında mübarizə apardı Serbiyanın Belqrad şəhərində baş tutan Avropa Çempionatının 1/8 final mərhələsində Ermənistan nümayəndəsi Roman Amoyana, 1/4 final mərhələsində Ukrayna nümayəndəsi Dmitri Xaroya, 1/2 final mərhələsində isə Türkiyə nümayəndəsi Fatih Üçüncüya qalib gələn Elçin Əliyev, final görüşündə Macarıstan nümayəndəsi Peter Modos üzərində qələbə qazandı və növbəti dəfə Avropa Çempionatının qalibi oldu. Daha sonra Elçin Əliyev sentyabrda Azərbaycanda Qızıl Qran-Pri beynəlxalq turnirinin qalibi oldu.

2013-cü ilin martında Elçin Əliyev Gürcüstanın Tbilisi şəhərində baş tutan Avropa Çempionatında mübarizə apardı. Turnirin 1/8 final mərhələsində Serbiya nümayəndəsi Kristian Qazdağa, 1/4 final mərhələsində Türkiyə nümayəndəsi Fatih Üçüncüya, 1/2 final mərhələsində isə Moldova nümayəndəsi Victor Çobanuya qalib gələn Elçin Əliyev, final görüşündə Belarus nümayəndəsi Elbəy Taciyeva məğlub oldu və Avropa Çempionatının gümüş medalına sahib oldu. Daha sonra Elçin Əliyev iyulda İspaniya Qran-Prisini gümüş medalla başa vurdu.

2014-cü ilin yanvar-fevral aylarında Elçin Əliyev və Azərbaycan Güləş Federasiyası arasında saqqal mövzusunda mübahisə yaşandı. Yanvar ayında Azərbaycan Güləş Federasiyasının Baş Katibi Əjdər Cəfərov Elçin Əliyevə saqqalının uzun olduğunu və beynəlxalq qaydalara əsasən onu qısaltmalı olduğu ilə bağlı dəfələrlə xəbərdarlıq elədi. Bundan sonra Elçin Əliyev sələfi təriqətinə mənsub olmasının şiə olan İranlı məşqçinin xoşuna gəlmədiyini bildirdi və yığmamdan ayrıldığını açıqladı. Fevralın 4-də Əjdər Cəfərov və Elçin Əliyev arasında görüş oldu. Görüş zamanı Elçin Əliyev "Saqqala toxuna bilmərəm. Allah-təalanın əmridir." olduğunu bildirdi. Bundan sonra ona saqqalını turnirlər zamanı beynəlxalq qaydalara uyğun olara qısatlması xahiş olundu. Nəticədə fevralın 6-da Elçin Əliyev Azərbaycan yığmasının heyətinə qayıtdı.

Bununla belə saqqal davasından sonra Elçin Əliyevə beynəlxalq turnirlərdə şans verilmədi. Nəticədə Elçin Əliyev məşqlərini dayandırdı və bazarda alverlə məşğul olmağa başladı. 2018-ci ildə müsahibə zamanı Elçin Əliyev o günlər barədə bunları demişdi: Yığmamızın toplanışından ayrıldıqdan sonra bazarda utana-utana, gizlənə-gizlənə alver edəndə bir nəfərdə sahib çıxmadı. Allahın dinini qorumalı idim. Sadəcə, Rəbbimə ibadət edirdim.

Saqqal davasından sonra sərbəst güləş üzrə Azərbaycan yığmasından uzaqlaşdırılan Elçin Əliyev 2018-ci ildən Türkiyə bayrağı altında beynəlxalıq turnirlərdə mübarizə aparmağa başladı. 2018-ci ildə Rusiyada Avropa Çempionatını 14-cü pillədə başa vuran Elçin Əliyev İspaniyada Aralıq dənizi Oyunlarının gümüş medalına sahib oldu. Ümumi olaraq 2018-2021-ci illərdə 8 beynəlxalq turnirdə çıxış edən Elçin Əliyev cəmi 2 gümüş medala sahib oldu. Elçin Əliyev 2021-ci ildə 30 yaşında idmanla vidalaşdı.

Uğurları[redaktə | mənbəni redaktə et]

Sıra
İl
Yarış
Ev sahibi
Nəticə
Azərbaycan Azərbaycan
1
2007
Gənclərin Avropa Çempionatı Serbiya Serbiya
1.
2
2008
Gənclərin Dünya Çempionatı Türkiyə Türkiyə
8.
3
2009
Kristo Lutte Turniri Fransa Fransa
1.
4
Qızıl Qran-Pri Azərbaycan Azərbaycan
7.
5
2010
Vəhbi Əmri Turniri Türkiyə Türkiyə
1.
6
Avropa Çempionatı Azərbaycan Azərbaycan
1.
7
Qızıl Qran-Pri Azərbaycan Azərbaycan
8.
8
Dünya Çempionatı Rusiya Rusiya
8.
9
2011
Vəhbi Əmri Turniri Türkiyə Türkiyə
3.
10
2012
İstanbul Qran-Prisi Türkiyə Türkiyə
3.
11
Avropa Çempionatı Serbiya Serbiya
1.
12
Qızıl Qran-Pri Azərbaycan Azərbaycan
1.
13
2013
Avropa Çempionatı Gürcüstan Gürcüstan
2.
14
İspaniya Qran-Prisi İspaniya İspaniya
2.
Türkiyə Türkiyə
15
2018
Avropa Çempionatı Rusiya Rusiya
14.
16
Aralıq dənizi Oyunları İspaniya İspaniya
2.
17
Vəhbi Əmri Turniri Türkiyə Türkiyə
7.
18
Almaniya Qran-Prisi Almaniya Almaniya
12.
19
2019
Vəhbi Əmri Turniri Türkiyə Türkiyə
8.
20
D. Kolov - N. Petrov Turniri Bolqarıstan Bolqarıstan
11.
21
2021
Fransa Qran-Prisi Fransa Fransa
2.
22
Vəhbi Əmri Turniri Türkiyə Türkiyə
5.

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. International Wrestling Database. "ELCHIN ALIYEV". www.iat.uni-leipzig.de (ingilis). 2022-08-04. 2022-12-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 02.08.2022.