Edmund Allenbi — Vikipediya

Edmund Allenbi
ing. Edmund Allenby, 1. Viscount Allenby
Şəxsi məlumatlar
Doğum tarixi 23 aprel 1861(1861-04-23)[1][2][…]
Doğum yeri
Vəfat tarixi 14 may 1936(1936-05-14)[1][3][…] (75 yaşında)
Vəfat yeri
Vəfat səbəbi beyin qansızması[d]
Dəfn yeri
Vətəndaşlığı
Hərbi fəaliyyəti
Mənsubiyyəti Birləşmiş Krallıq
Qoşun növü Britaniya Ordusu[d][4]
Xidmət illəri 1880-ci ildən
Rütbəsi feldmarşal[d]
Döyüşlər
Təltifləri Knight Grand Cross of the Royal Victorian Order Order of Saint John "Görkəmli xidmətə görə" medalı 1914–15 Star British War Medal Croix de Guerre "Ağ qartal" ordeni Cəsur Mixay ordeni Order of the Crown Order of the Redeemer Fəxri Legion ordeninin yüksək rütbəli zabiti "Müqəddəs Mixail və Georgi" ordeni Knight Grand Cross of the Order of the Bath King George V Silver Jubilee Medal "Pavlovniya çiçəkləri" ordeninin Böyük kordonu "Doğan günəş" ordeni Grand Officer of the Order of Leopold Military Order of Italy Supreme Order of the Renaissance Qələbə medalı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Edmund Allenbi, I vikont Allenbi[5] (ing. Edmund Henry Hynman Allenby, 1st Viscount Allenby; 23 aprel 1861[1][2][…], Nottinqemşir[d]14 may 1936[1][3][…], London) — ingilis feldmarşalı. İngilis-burBirinci Dünya müharibəsiində iştirak edib. Meqiddo döyüşü ilə məşhurlaşıb. Bu döyüş süvarilərin istifadəsi ilə baş tutan son klassik döyüş hesab edilir.

Allenbi 1919-cu ildən 1925-ci ilə qədər Misirdə Ali Komissar kimi bölgədə xidmət etməyə davam edib. Bu da onun bu dövrdə faktiki olaraq Misiri idarə etməsi demək idi.[6]

Həyatı[redaktə | mənbəni redaktə et]

Edmund Allenbi 1861-ci ildə İngiltərədə anadan olub. Sandherstdəki Kral Hərbi Akademiyasını bitirib.[7] Onun hərbçi olmaq arzusu yox idi və Hindistan Dövlət Xidmətinə daxil olmağa çalışsa da, qəbul imtahanından keçə bilmədi.[7] 1880-ci il may ayının 10-da məzun olduqdan sonra o, 6-cı draqun batalyonuna (ing. 6th Inniskilling Dragoons) təyinat aldı.[8]

1884-1885-ci illərdə Uoren Ekspedisiyasında iştirak edərək,[9] Cənubi Afrikada dislokasiya olan alayına qatıldı.[10] Kanterberidəki süvari alayında xidmət etdikdən sonra o, 10 yanvar 1888-ci ildə kapitan rütbəsinə yüksəldikdən[11] sonra Cənubi Afrikaya qayıtdı.[9]

Allenbi 1890-cı ildə Britaniyaya qayıtdı və Kamberlidəki Qərargah Kollecinə qəbul imtahanında iştirak etdi, lakin onu verə bilmədi. O, həvəsdən düşməyərək növbəti il ​​yenidən imtahan verdi və qəbul olundu. 7-ci Draqun taboru kapitanı Duqlas Heyq də eyni vaxtda Qərargah Kollecinə daxil oldu. Bununla hər iki hərbçi arasında Birinci Dünya müharibəsinə qədər davam edən rəqabət başladı.[9] Allenbi zabit həmkarları arasında daha çox məşhur idi. O, hətta Heyqın daha yaxşı at minnməsinə baxmayara, zabit yoldaşları onu ən yaxşı süvari seçmişdi. Allenbi həmçinin mahir polo ustası olmuşdu.[9] Onların müasiri Ceyms Edmonds sonralar iddia edirdi ki, Staff Kollecindəki işçilər Allenbini darıxdırıcı və axmaq hesab edirdilər. Lakin onun Fermerlərin Şam yeməyində etdiyi çıxışdan təsirlənmiş və fikirlərini dəyişmişdilər. Onun dediyinə görə əslində isə çıxışın mətni Edmonds və başqaları tərəfindən onun üçün yazılmışdı.[12]

O, 19 may 1897-ci ildə mayor rütbəsinə yüksəldi[13] və 3-cü Süvari Briqadasına göndərildi. Daha sonra 1898-ci ilin martına qədər briqada-mayoru rütbəsində İrlandiyada xidmət etdi.[9]

İkinci Bur müharibəsi[redaktə | mənbəni redaktə et]

Edmund Allenbi Qüdsə daxil olur

1899-cu ildə Edmund Allenbi yenidən İkinci Bur müharibəsinin başladığı Afrikaya göndərildi. Həmən ilin oktyabrında Allenbi öz alayına qayıtdı. Süvari alayı 1899-cu ilin sonunda Kvinstaundan gəmi ilə yola çıxdı və Cənubi Afrikanın Keyptaun şəhərinə gəldi.[9] 11 yanvar 1900-cü ildə Kolesburqda, 15 fevral 1900-cü ildə Klip Driftdə və 16 fevral 1900-cü ildə Dronfild Ridcdə hərbi əməliyyatlarda iştirak etdi.[9] 31 mart 1900-cü il tarixində Ali Baş Komandan Lord Robertsin raportlarında adı çəkilirdi.[14] Mayor rütbəsində olan Allenbi, Bloemfonteyn yaxınlığındakı Avstraliya Yüngül Süvari alayının yanında düşərgə salan Yeni Cənubi Uels Lancers eskadronuna komandanlıq etmək üçün təyin edildi. Burda davamlı yağışdan həm insanlar, həm də atlar əziyyət çəkirdi və hər gün xəstəliklərdən ölənlər qeydə alınırdı. A.B. Patersona görə, Allenbi tezliklə özünü ciddi nizam-intizam yaradan kimi göstərdi. O hətta zabit yeməkxanasında komendant saatı da tətbiq etdi.[15]

Allenbi 10 may 1900-cü ildə Zand çayında, 3 iyun 1900-cü ildə Kalheuval keçidində, 12 sentyabr 1900-cü ildə Barbertonda və 16 oktyabr 1900-cü ildə Tevredendə hərbi əməliyyatlarda iştirak etdi. Bu əməliyyatlardan sonra Bur Generalı Yan Smuts təslim oldu.[9] O, 1 yanvar 1901-ci ildə polkovnik-leytenant,[16] 29 aprel 1901-ci ildə isə polkovnik rütbələrinə yüksəldi.[17] 23 iyun 1902-ci il tarixli raportunda müharibənin son dövründə Ali Baş Komandan olan Lord Herbert Kitçener onu "məşhur və bacarıqlı süvari komandanı" kimi təsvir etmişdi.[18]

Müharibə zamanı göstərdiyi xidmətlərə görə o, 26 iyun 1902-ci ildə dərc edilmiş Cənubi Afrikanın fəxri adları siyahısında "Qüdrətli hamam" ordeni ilə təltif edildi.[19] O, 24 oktyabr 1902-ci ildə Bukinqem sarayında keçirilən təntənəli mərasimdə mükafatını şəxsən Kral VII Eduarddan aldı.[20]

Müharibələr arası dövrdə[redaktə | mənbəni redaktə et]

General Edmund Allenbi, 1917-ci ilin rəsmi

Müharibəni polkovnik-leytenant rütbəsi ilə başa vuran Allenbi 2 avqust 1902-ci ildə İngiltərəyə qayıtdı və Kralın 5-ci İrland elit süvari birləşmələrinə (ing. 5th Royal Irish Lancers) komandan təyin edildi.[21] Allenbiyə 22 avqust 1902-ci ildə polkovnik rütbəsi verildi. [22]

19 oktyabr 1905-ci ildə əsas polkovnik rütbəsinə və müvəqqəti briqada generalı rütbəsinə yüksəldi. O, 1906-cı ildə 4-cü Süvari Briqadasının komandanlığını öz üzərinə götürdü.[23] 10 sentyabr 1909-cu ildə yenidən general-mayor rütbəsinə yüksəldi.[24] 1905-1910-cu illərdə Allenbi 4-cü Süvari Briqadasına komandanlıq etdi. Bundan sonra, süvarilərdə böyük təcrübəsini nəzərə alaraq, Allenbi süvarilərin müfəttişi təyin edildi.

Güclü fiziki hazırlığı və tabeliyində olanlarla qəzəbli davranışları səbəbindən ona "Bull" (Öküz) ləqəbi verilmişdi. Allenbi 6 fut 2 düym boya və çəllək formalı sinəyə malik idi. Onun çox sərt xasiyyəti "Bull"un komandanlığı altında işləyəcək insanları əvvəlcədən qorxudurdu.[25]

Birinci Dünya müharibəsi dövründə[redaktə | mənbəni redaktə et]

Ser Edmund Allenbi

Müharibə başlayanda Allenbi Qərb Cəbhəsinə göndərildi, süvari diviziyasının komandiri təyin edildi. O, Mons döyüşündə ingilislərin geri çəkilməsini təmin edərək fərqləndi. 1915-ci ildə Allenbi İkinci İpr döyüşündə Beşinci Korpusa komandanlıq etdi. Həmin ilin oktyabrında o, Üçüncü Ordunun komandanı təyin edildi. Lakin Arras döyüşündə irəliləyiş üçün qəfil vəziyyətdən istifadə etmədiyi üçün vəzifəsindən uzaqlaşdırıldı.

1917-ci ildə Allenbi Misir Ekspedisiya Qüvvələrinin komandiri vəzifəsində ser Arçibald Murreyi əvəz etdi. Gələndən dərhal sonra yeganə oğlunun Qərb cəbhəsində həlak olduğunu öyrəndi. Allenbi qərargahı Qahirədən cəbhə bölgəsi olan Rəfaha köçürdü. Qüvvələrini yenidən təşkil etdi və qoşunlarda ciddi nizam-intizam tətbiq etdi. Bundan əlavə, Allenbi Ərəbistanlı Tomas Edvard Lourens üçün daimi maliyyəni təmin etdi.

Sələfinin uğursuzluqlarının səbəblərini təhlil etdikdən sonra Allenbi Qəzzəni ələ keçirə bildi. O, bir başa ön xəttə deyil, cinahlardan hücuma üstünlük verirdi. Əvvəlcə Bershebanı tutdu (bundan əlavə, Allenbi düşmənə yanlış məlumat vermək üçün səy göstərdi). Bu, ingilislərə Fələstin cəbhəsində hücuma keçməyə imkan verdi və dekabrın 9-da onlar Qüdsü ələ keçirdi. Allenbi və zabitləri müqəddəs şəhərin əhəmiyyətinə hörmətlə yanaşaraq şəhərə atla deyil, piyada daxil oldular.

Almaniyanın Qərb Cəbhəsinə hücumları ingilislərin Yaxın Şərqə əlavə qüvvələr daşımasına mane oldu. 1918-ci ilin mart və aprel aylarında Əmmanı ələ keçirmək üçün uğursuz cəhdlərdən sonra Allenbi hücumu dayandırdı. Koloniyalardan (Avstraliya, Yeni Zelandiya, Hindistan, Cənubi Afrika; bu bölmələr Mesopotamiyadan və Qərb Cəbhəsindən gətirildi) yeni qoşunların gəlməsi ona əməliyyatı bərpa etməyə imkan verdi. İordaniya vadisində çoxlu aldadıcı manevrlər və simulyasiya fəaliyyətləri, eləcə də Ərəbistanlı Lourensin rəhbərlik etdiyi ərəb üsyançılarının bölmələrinin Osmanlı ordusunun arxasındakı obyektlərə hücumlarından sonra Allenbi əsas hücumu sahil boyunca istiqamətləndirdi. Bir gündən az vaxt ərzində ingilis qoşunları Nazaret, Meqiddo və Yeninə çatdılar. Sonrakı günlərdə Hayfa və Əmman tutuldu. Bir neçə gün ərzində ingilis süvariləri ingilis aviasiyasının dəstəyi ilə (mütləq üstünlüyə malik idilər) osmanlıların arxasına keçərək onların geri çəkilmələrinin qarşısını aldı. Osmanlıların son müdafiə xəttini yarıb keçən ingilislər sentyabrın 27-də Dəranı, oktyabrın 1-də Dəməşqi, oktyabrın 8-də Beyrutu, 26-da Hələbi işğal etdilər. Oktyabrın 30-da Osmanlı imperiyası təslim oldu.

Müharibədən sonra[redaktə | mənbəni redaktə et]

1919-cu ildə Allenbi feldmarşal rütbəsi və Meqiddo və Felikston Vikontu titulunu aldı. O, 1925-ci ilə qədər MisirSudanın Ali Komissarı kimi, onların müstəqillik elan etdiyi günədək Yaxın Şərqdə qaldı. Allenbi 1925-ci ildə təqaüdə çıxdı. 1926-cı ildən - Edinburq Universitetinin rektoru idi. O, 1936-cı ildə Londonda beyin anevrizmasının yırtılmasından vəfat etdi.

Xatirəsi[redaktə | mənbəni redaktə et]

Allenbinin adı İsrailin bir çox şəhərində və Beyrutda küçələrə verilib. Təl-Əvivdə Allenbi küçəsi mərkəzi alış-veriş küçələrindən biridir. İordan çayının üzərindən keçən körpülərdən biri İsraildə onun adını daşıyır (lakin İordaniya onu “Kral Hüseynin körpüsü” adlandırır). Həmçinin Torontoda (Kanada) onun adına küçə var. “Ərəbistanlı Lourens” epik filmdə General Allenbi rolunu Cek Hokins canlandırıb.

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. 1 2 3 4 Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
  2. 1 2 Edmund Henry Hynman Allenby, 1st Viscount Allenby // Encyclopædia Britannica (ing.).
  3. 1 2 Lundy D. R. Guy de Crecy, Comte de Rochefort sur Yvelin // The Peerage (ing.).
  4. 1 2 3 Oxford Dictionary of National Biography (ing.). / C. Matthew Oxford: OUP, 2004.
  5. Ермолович Д. И. Англо-русский словарь персоналий. — М.: Рус. яз., 1993. — 336 с. — С. 29
  6. A. D. Roberts, The Cambridge History of Africa, 1986, 7:742
  7. 1 2 Heathcote, p. 19
  8. "No. 25105". The London Gazette. 9 May 1882. səh. 2157.
  9. 1 2 3 4 5 6 7 8 Heathcote, p. 20
  10. Hart's. Annual Army List, 1904. səh. 174. John Murrary, London.
  11. "No. 25786". The London Gazette. 14 February 1888. səh. 966.
  12. Reid 2006, p. 69
  13. "No. 26860". The London Gazette. 8 June 1897. səh. 3199.
  14. "No. 27282". The London Gazette. 8 February 1901. səh. 846.
  15. A. B. Paterson. "Happy Despatches". Sydney: Angus & Robertson. 1934. 2016-03-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-03-19. pp. 188–189, 111–113
  16. "No. 27293". The London Gazette. 17 March 1901. səh. 1770.
  17. "No. 27325". The London Gazette. 21 June 1901. səh. 4187.
  18. "No. 27459". The London Gazette. 29 July 1902. 4835–4837.
  19. "No. 27448". The London Gazette (Supplement). 26 June 1902. 4191–4192.
  20. The Times. (36908). 25 October 1902. 8.
  21. "No. 27460". The London Gazette. 1 August 1902. səh. 4963.
  22. "No. 27490". The London Gazette. 31 October 1902. səh. 6897.
  23. "No. 27848". The London Gazette. 27 October 1905. səh. 7178.
  24. "No. 28294". The London Gazette. 5 October 1909. səh. 7354.
  25. Urban, 2005 p. 218

Ədəbiyyat[redaktə | mənbəni redaktə et]

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]