E.T. — Vikipediya

sinql
E.T.
İfaçılar Keti PerriKanye Vest
Albom Teenage Dream
Yayımlanıb 16 fevral 2011
Yazılma tarixi 2010
Janr Pop, elektronik, hip hop
Dil ingilis dili
Müddət 3:51
Bəstəkarlar Katy Perry, Lukasz Gottwald
Sözlərin müəllifləri Max Martin, Joshua Coleman
Prodüser Dr. Luke, Ammo, Max Martin
Studiya Capitol Records
"Teenage Dream" albomunun xronologiyası
"Firework"
(2010)
"E.T."
(2011)
"Last Friday Night (T.G.I.F.)"
(2011)
Audio nümunəsi
E.T. mahnısının səslənməsi

“E.T.”Keti Perrinin üçüncü studio albomu olan “Teenage Dream” albomundan olan sinql. Mahnının müəllif və prodüserləri Dr. Luke, Max Martin, Ammo və Keti Perridir. Mahnı müğənninin albomundan üçüncü təbliğat sinqlı kimi 17 avqust, 2010 – cu ildə çıxarılmışdır. Daha sonra mahnı albomun dördüncü sinqlı kimi 16 fevral 2011 – ci ildə satışa çıxarılmışdır. Mahnının sinql versiyasında ABŞ repçisi Kanye Vestin də ifası əlavə edilmişdir.

“Taqqıltı-taqqıltı-alqış” vurğusu üzərində qurulmuş mahnının musiqisi Queen qrupunun məşhur "We Will Rock You" (1977) mahnısını xatırladır. “E.T.” “yad dünyadan gələn varlığa qarşı olan məhəbbət”dən bəhs edən elektronik balladadır. Yerdən kənar məcazların istifadə edildiyi mahnı arasında, Vestin söylədiyi rep də mövzuya uyğundur və onun ifasını Auto-Tune müşayət edir. Hər dəqiqədə yetmiş altı vuruş olmaqla mahnı yavaş temp üzərində qurulmuşdur. Bəzi tənqidçilər mahnının Rihanna, EvanescenceQueenin mahnıları ilə oxşar xüsusiyyətlərə malik olduğunu qeyd edirlər.

ABŞ, Kanada, Yeni ZellandiyaPolşa hit paradlarında birinci yerə yüksələn mahnı Avstraliya, İrlandiyaBirləşmiş Krallıqda ilk beşliyə, daha on Avropa ölkəsində isə ilk onikiliyə daxil olmuşdur. “E.T.” musiqi tənqidçilərinin əksəriyyətindən müsbət rəy almışdır. Xüsusilə Perrinin ifası çox bəyənilmiş, mahnının müğənninin səs imkanları üçün çox çətin - zil, bəm məqamlarla zəngin olduğu, lakin onun bu çətinliklərin öhdəsindən çox uğurla gəldiyi bildirilmişdir. Vestin ifası isə tənqidçilər tərəfindən müxtəlif cür qarşılanmışdır.

Mahnının klipi Floria Sigismondinin rejissorluğu ilə çəkilmişdir. Klipdə Perri və Vest kosmosda mahnı ifa edərkən təsvir edilir. 31 mart, 2011 – ci ildə MTV.com – da klipin təqdim edilməsindən sonra, onun haqqında müxtəlif fikirlər bildirilmiş, bəziləri isə klipi Lady Gaganın işlərinə bənzətmişdir. Keti Perri mahnını “California Dreams Tour” (2011) zamanı və “American Idol” kimi televiziya layihələrində canlı ifa etmişdir.

Fon[redaktə | mənbəni redaktə et]

“E.T.”-nin yazılması haqqında ideya studiyada ABŞ hip hop qrupu "Three 6 Mafia" üçün hazırlanmış ritmlərin eşidilməsindən sonra meydana gəlmişdir.[1][2] Musiqinin səs düzümünü bəyənən Perri “futurist, yad planetlilərlə bağlı bir mahnı” yazılması qərarına gəlmişdir.[1]

Kompozisiya[redaktə | mənbəni redaktə et]

Albom müddəti üç dəqiqə otuz altı saniyə olan “E. T.” zəif pop elementləri olan elektonik və hip hop balladadır.[2][3][4][5] “BBC Music” mahnını “qeyri-real hadisələrdən təsirlənmiş yarım ballada” adlandırmışdır.[6] Perry, Lukasz Gottwald, Max Martin, və Joshua Coleman tərəfindən yazılan mahnının prodüserliyini son üç nəfərlə birgə Gottwald və Coleman etmiş, təşkilatçı kimi isə Dr. Luke və Ammo işləmişdir. “Alfred Music Publishing” tərəfindən nəşr edilmiş nota əsasən orijinalda mahnı F minor açarı üzərində, hər dəqiqədə 76 vuruş ritmi ilə yazılmışdır.[5] Keti Perrinin səs diapazonu isə E♭4 və D♭5 arasındadır.[5]Los Angeles Times”dan Enn Pauers qeyd edir ki, barbadoslu müğənni Rihannanın təsiri altında yazılmış “E. T.” mahnısında Perri “hip-hop divasına məxsus boğaz elemenlərindən” istifadə etmişdir.[7] Mahnının musiqisi “qarışıq blip və blip səslərini müşaiyyət edən baraban zərblərinə əsaslanır".[8]QMI Agency”dən Daril Sterdan qeyd edir ki, mahnıda Queen qrupunun "We Will Rock You" (1977) mahnısındakı “taqqıltı-taqqıltı-alqış” ritmindən istifadə edilmişdir.[3]Allmusic”dən Stefan Tomas Örlivayn isə mahnının Rayan Tiderin işləri ilə oxşarlığa malik olduğunu bildirmişdir.[9] “Rolling Stone”dan Metyu Perpetua isə mahnının Evanescence qrupunun hard rok balladalarına bənzədiyini yazmışdır.[10]

Keti Perri qeyd edir ki, mahnı yad planetliyə qarşı olan məhəbbətə həsr edilmişdir.[11] Yad planetlilərlə bağlı məcazlar işlədərək o, oxuyur: “Sən başqalarına bənzəmirsən / Futurist sevgilim / Fərqli DNA – lı".[12] Xorun müşayəti ilə Perri sevgisini ünvanlandıraraq deyir: “Öp məni, öp məni / Məni öz sevginə yoluxdur və / Məni öz zəhərinlə birgə hiss et” və sevgilisini “geri qaytarmağa hazır olduğunu” iddia edir. Mahnının sinql versiyasının üzərində yenidən işlənmiş və ona Kanye Vestin yad planetlilərlə bağlı rep hissələri əlavə edilmişdir.[13][14] Vestin hissəsinin açılışında “Mənim çirkli fikirim var / Mən çirkli yolla irəliləyirəm” deyilir[15] və daha sonra o deyir ki, “Onlar məni yad planetli (eliyen) adlandırırlar/ Böyük başlıqlı astranavtlar”.[14] Perrinin final nəqarətindən əvvəl Vest daha bir parça rep söyləyərək “Mən Marsdan kənarda bir bar tanıyıram / Orada maşınların yerinə kosmik gəmilər sürürlər” deyə qeyd edir.[8][12] O, öz parçasını uydurma personaj Şrekdən sitat gətirərək “yad planetlilərin seksi”: “Səni araşdırarkən səni kəşf etdim / Bax, mən səndən asılı olmuşam və sənə deyirəm indi neyləyim” sözləri il bitirir.[14][15][16]The National Post”dan Ben Kaplan qeyd edir ki, Vestin bu mahnıdakı ifası onun 2008 – ci ildə çıxardığı “808s & Heartbreak” adlı studio albomundakı işləri ilə bənzərdir.[8]

Çıxarılması[redaktə | mənbəni redaktə et]

“Teenage Dream” albomu satışa çıxarılmamşdan əvvəl “E. T.” albomun üçüncü və sonuncu tanıtım sinqlı kimi 17 avqust 2010 – cu ildə satışa çıxarılmışdır.[17] 2010 – cu ilin dekabrında Twitter sosial şəbəkəsi vasitəsiylə fanatlarından “Teenage Dream” albomunun növbəti sinqlının “E. T.” olmasıyla bağlı fikirlərini soruşdu.[18] Müzakirələr zamanı “Peacock” mahnısının növbəti sinql olmasına daha çox üstünlük verilsə də müğənninin Facebook səhifəsi vasitəsilə albomdan çıxarılacaq dördüncü sinqlın “E. T.” olacağı elan edildi.[18][19][20] Elanla eyni vaxta sinqlın üz qabığı kimi istifadə ediləcək Perrini pişik gözləri və geniş yaxalıqlı paltarda təsvir edən şəkil də yayımlandı.[13][20] Mahnının Kanye Vestin də iştirakı ilə yazılmış sinql versiyası 16 fevral 2011 – ci ildə satışa çıxarıldı.

Tənqidçilərin mövqeyi[redaktə | mənbəni redaktə et]

Kanye Vestin "E.T." mahnısındakı ifasıyla bağlı tənqidçilərin fikirləri müxtəlif olmuşdur.

“E.T.” mahnısı tənqidçilərdən müxtəlif rəylər almışdır.Lakin əksər tənqidçilər qeyd edirlər ki, mahnı Perrinin öz səs imkanlarını göstərməsi üçün yaxşı imkan yaratmışdır.[10][21][22] Mahnı “BBC Music”dən müğənninin əvvəlki "Hot n Cold" və "California Gurls" mahnılarından da zövq aldığını bildirən Al Fox tərəfindən mükafatlandırılmışdır.[6]Entertainment Weekly”dən li Qrinblat qeyd edir ki, Perri ABŞ rok musiqiçiləri Lita Ford və Trent Reznorun musiqi üslublarını kombinasiya edərək öz böyük səs imkanlarını nümayiş etdirmişdir.[23]Slant Magazine”dən Metyu Kul mahnının anlaşılmazlığını bəyənmədiyini bildirərək “E. T.”nin “t.A.T.u.”nun" “All the Things She Said" mahnısını xatırlatdığını söyləmişdir.[24]

Now” dan Ceyson Riçards mahnını “bacarıqsız”, “Sputnikmusic”dən Rudi Klaper “piskeyfiyyətli” adlandıraraq səs düzümünün normal olmadığını bildirmişdir.[25][26] Bill Lamb About.com üçün yazdığı məqalədə mahnını beş ulduzdan üç yarım ulduzla qiymətləndirmişdir.[22] Buna əlavə olaraq “PopMatters”dən Stiv Leftrayc yazır: “Üstəgəl, 'E.T.' və 'Circle the Drain' kimi mahnıların nə düşündürücü məzmun, nə də maraqlı musiqisi baxımından Perrinin yaradıcılığında hansısa ciddi irəliləyişə səbəb olacağını da demək olmaz.”[27]

Vestin ifası haqqında da tənqidçilərin fikirləri müxtəlifdir. Mahnını “böyük duet” adlandıran Kaplan hər iki müğənninin ifasını tərifləyir.[8][22] Bundan başqa “Entertainment Weekly”dən Bred Viti kişi ifasının mahnını inkişaf etdirdiyini yazmışdır.[28]Digital Spy”dan Robert Kopsi mahnıya beş ulduzdan dörd ulduz vermiş, lakin repçinin ifasının mahnıya heç nə əlavə etmədiyini vurğulamışdır.[29]New York”dan Amos Barşad Vestin yad planetli məcazlarının kobud və misoqnist yönümlü olduğunu qeyd etmişdir.[12]

Gəlir göstəriciləri[redaktə | mənbəni redaktə et]

Mahnının təbliğat sinqlı kimi satışa çıxarılmış solo versiyası 64.000 dijital nüsxə ilə satılaraq Billboard Hot 100 – də qırx ikinci yerdə debüt etmişdir.[30] Həmin həftə mahnı Canadian Hot 100 – də on üçüncü yürdə debüt etmişdir.[31] Avstraliyada 2011 – ci ilin fevral ayında on ikinci yerdə debüt edən mahnı beşinci yerə kimi yüksələ bilmişdir.[32] Daha sonra “E. T.” “Australian Recording Industry Association” tərəfindən ikiqat platinium sertifikata layiq görülmüşdür.[33] Bir həftə sonra Yeni Zellandiyada on yeddinci yerdə debüt edən “E. T.” 31 yanvar, 2011 – ci ildə birinci yerə yüksəlmiş, Yeni Zellandiya mahnının birinciliyə yüksəldiyi altıncı ölkə olmuş və bu ölkədə “Recording Industry Association of New Zealand” tərəfindən 15.000 nüsxə satışa görə mahnı platinium sertifikata layiq görülmüşdür.[34][35]20 iyul 2011 – ci ildə “E. T.” "Firework" və "California Gurls" mahnılarından sonra Perrinin “Yeni Zellandiyada bütün zamanların ən yaxşı sinqlı” (New Zealand's Best Singles of All Time) olan üçüncü mahnısı olmuşdur.[36] 26 fevral 2011 – ci ildə “Billboard"ın "Hot Dance Club Songs” hit paradında otuz yeddinci yerdə daxil olan mahnı tezliklə birinci yerə yüksəlmişdir ki, bununla da mahnının birinci yerə yüksəldiyi hit paradların sayı altıya çatmışdır.[37][38]

Keti Perri 2011-ci il MTV musiqi mükafatının təqdimat mərasimində

Mahnının Vestin ifası ilə çıxarılmış ikinci sinql versiyası 110.000 nüsxə ilə satılaraq 5 mart 2011–ci ildə yenidən “Billboard Hot 100”ə daxil olmuşdur.[39] 9 aprel 2011–ci ildə “E. T.” hit paradda birinci yerə yüksələrək Perrinin beşinci, Vestin isə dördüncü bir nömrəli sinqlı olmuşdur.[40][41] Mahnı Lady GaganınBorn This Way” mahnısının altı həftəlik uğuruna son qoymuş, “Teenage Dream” albomu isə tarixə dörd bir nömrəli sinqla malik olan doqquzuncu albom kimi daxil olmuşdur.[42] Üç həftə birinci yerdə qalan mahnı böyük satış miqdarı ilə də yadda qalmışdır.[43][44][45] “Billboard"ın "Hot Digital Songs” hit paradında isə mahnı yeddi həftə birinci yerdə qalaraq Eminemin 2010 – cu ildə satışa çıxarılmış "Love the Way You Lie" mahnısından sonra ən uzun müddət bu yeri saxlayan mahnı olmuşdur.[46]

“Billboard"ın "Mainstream Top 40 (Pop Songs)”ın tarixində “E. T.” həftəlik ifa sayına görə rekorda imza nail olmuşdur: “Nielsen Broadcast Data Systems”in hesablamalarına görə 25 aprel1 may 2011–ci il tarixləri arasında mahnı 131 radio stansiyasında 12.330 dəfə ifa olunmuşdur ki, bu da orta hesabla hər radioda həftədə 94 ifa deməkdir.[47] Bu nəticə Perrinin əvvəlki sinqlı olan "California Gurls"ün (12.159) nəticələrindən daha yüksək idi.[47] Bu rekord sonradan Perrinin "Last Friday Night (T.G.I.F.)" sinqlının 13 avqust, 2011 – ci ildə 12, 468 ifa sayı ilə yenilənmişdir.[48] Bu arada, mahnı Perrinin “Rhythmic Airplay Chart”da ilk bir nömrəli mahnısı olmaqla ifaçını bu hit paradda mahnısı birinciliyə yüksəlmiş üçüncü qadın ifaçı etmişdir.[49]

Billboard hit paradlarında mahnı yaxşı uğur qazanaraq “Adult Pop Songs chart” da ikinci, “Adult Contemporary”və“Latin Pop Songs” hit paradlarında isə on ikinci yerə kimi yüksələ bilmişdir.[50][51] Nielsen SoundScana görə mahnının ən çox satış miqdarı əldə etdiyi həftə “Billboard Hot 100”də birinciliyə yüksəldiyi və Perrinin mahnını “American Idol”da canlı ifa etdiyi təqdimatdan sonrakı dördüncü həftə olmuşdur ki, bu zaman mahnı 344.000 nüsxə ilə satılmışdır.[44] Mahnı 300.000 dijital nüsxə ilə satılaraq bu nəticəni əldə etmiş dörd mahnıdan biri olmuşdur.[46] “E. T.” 28 aprel 2011–ci ildə “Recording Industry Association of America” tərəfindən ikiqat platiniun sertifikata layiq görülmüşdür.[52] 2011 – ci ilin avqustunda əldə edilmiş nəticəyə görə “E. T.” 4. 531. 000 nüsxə satışla həmin ilin birinci yarısının ən çox satılan sinqlı olmuşdur.[53] Bu Perrinin beşinci, Vestin isə dördüncü 4 milyondan artıq nüsxə ilə satılmış mahnısı olmuşdur.[54][55]

Mahnı “Canadian Hot 100” ə on səkkizinci yerdə yenidən daxil olaraq 7 may, 2011 – ci ildə, on ikinci həftəsində birinci yerə yüksəlmişdir.[56][57] “E. T.” İrlandiyada beşinci yerə yüksəlmiş, Avstriya, Almaniyaİtaliyada ilk onluğa daxil olmuş, Belçikanın Wallonia hit paradında, Danimarka, Fransa, Finlandiya, Norveç, İsveçİsveçrədə ilk on ikiliyə, Belçikanın Flanders hit paradında isə on dördlüyə daxil olmuşdur.[32][58][59][60]UK Singles Chart”da mahnı səkkizinci həftəsində üçüncü yerə yüksəlmiş, bununla da həmin çat mahnının bu ölkədə ilk onluğa daxil olduğu səkkizinci hit parad olmuşdur.[61][62] Mahnı 200.000 nüsxə satış miqdarına görə “British Phonographic Industry (BPI)” tərəfindən gümüş sertifikata layiq görülmüşdür.[63] “Slovak airplay chart”da mahnının solo versiyası on səkkizinci, “Czech airplay chart”da on ikinci, “Dutch Top 40”da iyirmi yeddinci, “Greek airplay chart”da isə iyirmi səkkizinci yerə kimi yüksəlmişdir.[64][65][66][67]

Klipi[redaktə | mənbəni redaktə et]

Keti Perrinin klipdə evolyusiyadan əvvəlki və sonrakı görünüşü

Klipin çəkilişləri 2011-ci ilin fevral ayında həyata keçirilmişdir.[68] “E. T.” mahnısı üçün çəkilmiş klip 31 mart 2011–ci ildə MTV.com – da təqdim edilmişdir.[69] MTV – nin yayımladığı təbliğat fotosunda Vest adi küçə geyimində, Perri isə pastel rəngli qəribə makiyaj və böyük başlıqla təsvir edilmişdi.[13] 21 martda klipin ilk qısa treyleri yayımlandı: 19 saniyə davam edən treylerdə naməlum uçan obyektlər görünürdü.[70] Klipin rejissoru Kristina AgileraMerlin Mensonla birgə həyata keçirdi işlərdən sonra, özünəməxsus “qara qadınsayağı” tərzi ilə tanınmış Floria Sigismondi olmuşdur.[13][71] “NRJ"nin fransı radiosunun “Le 6/9” verilişinə 10 mart 2011–ci ildə verdiyi müsahibədə Perri klipin otuz saniyəlik hissəsini izlədikdən sonra Sigismondinin işindən razı qaldığını bildirmişdir.[72] Başqa bir müsahibəsində o deyir: “Mən bu albomdakı mahnılara daha çox klip çəkdirmək istəyirəm. Bu mahnıların tarixçəsidir. [...] Mən həqiqətən də kliplərin çəkilməsi zamanı çox həyəcanlanıram, çünki onların yaşama müddəti insanların yaşama müddətindən dəfələrlə uzundur."[13][70]

Klip Midge Williams & Her Jazz Jestersin "Where in the World Can My Lover Be?" mahnısının zəif səslə fonda ifa olunması ilə başlayır. Musiqi Vestin Sputnikə bənzər kosmik maşında vakkum şəraitində görünməsi ilə başlayır.[73] Klipdə yad planteli kimi açıq kosmosda təsvir edilən Perri, inkişaf edərək insana yaxın formaya düşür və xaraba qalmış, insanlar tərəfindən tərk edilmiş Yer kürəsinə enir.[74] Klipdə xeyli ov oyunu səhnələrindən də istifadə edilmişdir.[75] Yer kürəsində Perri xarab olmuş robota rast gəlir (kosmik adama bənzər) və onu öpür, bundan sonra həmin robot Şaun Rozun canlandırdığı çılpaq adama çevirilir.[74][76] Bir neçə saniyə sonra isə məlum olur ki, Perrinin evolyusiyası tamamlanmayıb və onun ayaqları ceyran ayaqlarıdır.[77] Bu arada, Vest klipdə yalnız kosmik gəmidə səyahət edən halda təsvir edilir.[78][79]

Klipin əvvəlindən sonuna kimi Perri mavi rəngin üstünlük təşkil etdiyi ağır kosmetikalı və ekstravanqart aksesuarlarla[80], pişik gözünə bənzər göz və Meduzanı xatırladan başlıqla təsvir edilir.[81][82][83] “New York”dan Vaylla Paskin Perrinin klipdəki görünüşünü, Lady Gaganın "Born This Way" klipindəki obrazı, Kraliça Şeba, Ziggi Stardast, Lara Kroft, Padme Amidala və “Yer kürəsindəki döyüş zonası” və “Jadzia Dax” filmlərindəki yad planetlilər obrazları ilə müqayisə edirlər.[75][81][84][85] Klip özü isə “Avatar" filminin davamı və ya Keti Perrinin video oyunu” adlandırılmışdır.[10] 2011 – ci ilin iyununda klip ”Fuse tv” tərəfindən bütün zamanların yüz ən seksual klipi arasında doxsan altıncı yerdə qərarlaşdırılmışdır.[86]

2011 – ci il “MTV Video Music Awards”da Perrinin “E. T.” Klipi beş kateqoriyada mükafata nominant kimi elan edilmiş, lakin, iki kateqoriyada Ən uğurlu əməkdaşlıq və Ən yaxşı xüsusi effektlər[87] kateqoriyalarında MTV musiqi mükafatına layiq görülmüşdür.[88]

Canlı ifalar[redaktə | mənbəni redaktə et]

Perri mahnını bir neçə dəfə, bonus mahnı kimi “Walmart Soundcheck” çəkilişlərində Manhettendəki “Madison Square Garden”də, 10 dekabr 2010 – cu ildə Z100 – ün “Jingle Ball”ında canlı ifa etmişdir.[89][90] Perri mahnını ikinci konsert turu olan “California Dreams Tour” zamanı da ifa etmişdir.[91] Mahnının canlı ifasından iOS üçün hazırlanmış Revenge 2 oyununda da istifadə edilmişdir.[92] Mahnının sözləri 16 mart 2011 – ci ildə Perrinin veb saytına göndərilmişdir.[93] Vest isə mahnını 2011 – ci ildə “Coachella Valley Music and Arts Festival”da Keti Perrisiz ifa etmişdir.[94] Perri mahnını 21 aprel 2011–ci ildə “American Idol”un onuncu sezonunda ifa etmişdir.[95]

Digər səsyazmalar[redaktə | mənbəni redaktə et]

Teenage Dream”dən olan digər sinqllar kimi “E. T.” mahnısı da bir çox digər ifaçılar tərəfindən ifa edilmişdir. Mahnının akustik versiyası 2011 – ci ilin mayında VersaEmerge tərəfindən ifa edilmişdir.[96] Bir ay sonra “E. T.” mahnısı üçün Kardaşyan və Cenner ailəsi tərəfindən Mexiko səfəri tərəfindən çəkilmiş video yayımlanmışdır.[97] “Huffington Post”dan olan jurnalist bu videonu “sözün əsl mənasında dəhşətli dərəcədə yaxşı” adlandırmışdır.[98] Həmin ay Vinter Qordon mahnını Avstraliyanın “Dancing With the Stars” verilişində slov sevgi balladası kimi ifa etmişdir. “Idolator”un müxbiri Qordonun ifasına fikir bildirərkən “vokal imkanlarının cazibəyə tabe olmayaraq orijinal versiyanı üstələdiyini” bildirmişdir.[99]

Kompozisiya siyahı və formatları[redaktə | mənbəni redaktə et]

Yaradıcı heyət və işçi qrup[redaktə | mənbəni redaktə et]

  • Ammo – bəstəkar, zərb alətləri, dilli alətlər, proqramlaşdırma, prodüser
  • Megan Dennis – kordinator
  • Serban Ghenea – musiqi redaktoru
  • Jon Hanes – musiqi mühəndisi
  • Sam Holland – musiqi mühəndisi
  • Dr. Luke – bəstəkar, zərb alətləri, dilli alətlər, proqramlaşdırma, prodüser
  • Max Martin – bəstəkar, zərb alətləri, dilli alətlər, proqramlaşdırma, prodüser
  • Keti Perri – bəstəkar, vokal
  • Irene Richter – kordinator
  • Bundinha Sarada – musiqi mühəndisi assisantı
  • Vanessa Silberman – kordinator
  • Emily Wright – mühəndis

Personalın siyahsı Teenage Dream albomunun qeydlərindən götürülmüşdür.

Hit parad və sertifikatlar[redaktə | mənbəni redaktə et]

Çıxış tarixi[redaktə | mənbəni redaktə et]

Çıxış regionlarının, format və leybllarının siyahısı
Region Tarix Format Leybl
ABŞ[17] 17 avqust, 2010 Təbliğat sinqlı – Dijital yükləmə Capitol Records
Fransa[124] 11 fevral 2011 Dijital yükləmə
Birləşmiş Krallıq[125] 16 fevral 2011 Sinql – dijital yükləmə
ABŞ[126]
ABŞ 1 mart 2011 Mainstream and rhythmic radio
Avstraliya[127] 4 mart 2011 Remix EP – dijital yükləmə
Belçika[128]
Yeni Zellandiya[129]
ABŞ[101] 8 mart 2011
Birləşmiş Krallıq[130] 14 mart 2011
Almaniya 18 mart 2011 CD sinql[131]
Remix EP – dijital yükləmə[103]
Birləşmiş Krallıq[132] 3 aprel 2011 CD sinql
ABŞ 12 aprel 2011 Urban[133], Urban AC[134], AC[135], və Hot AC radio[136]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. 1 2 Montgomery, James; Calloway, Sway. "Katy Perry Says She Swiped 'E.T.' From Three 6 Mafia". MTV News (MTV Networks). April 1, 2011. February 26, 2014 tarixində arxivləşdirilib. İstifadə tarixi: April 1, 2011.
  2. 1 2 Herrera, Monica. "Katy Perry: The Billboard Cover Story". Billboard. Prometheus Global Media. July 23, 2010. səh. 2. October 20, 2009 tarixində arxivləşdirilib. İstifadə tarixi: February 24, 2011.
  3. 1 2 Sterdan, Darryl. "Album Review: Teenage Dream". JAM! Music. Canadian Online Explorer. QMI Agency. August 22, 2010. February 18, 2012 tarixində arxivləşdirilib. İstifadə tarixi: March 9, 2011. (#apostrophe_markup)
  4. Montgomery, James. "New Katy Perry Songs Hit The Net". MTV News. Viacom. May 6, 2010. April 6, 2011 tarixində arxivləşdirilib. İstifadə tarixi: February 24, 2011. (#apostrophe_markup)
  5. 1 2 3 Perry, Katy. E.T. // Katy Perry – Teenage Dream: Piano/Vocal/Chords. Alfred Music Publishing. 2010. ISBN 978-0739075944.
  6. 1 2 Fox, Al. "Katy Perry Teenage Dream Review". BBC Music. BBC. August 23, 2010. August 25, 2010 tarixində arxivləşdirilib. İstifadə tarixi: February 24, 2011.
  7. Powers, Ann. "Album review: Katy Perry's 'Teenage Dream". Los Angeles Times. Tribune Company. August 23, 2010. August 25, 2010 tarixində arxivləşdirilib. İstifadə tarixi: February 24, 2011.
  8. 1 2 3 4 Kaplan, Ben. "Katy Perry and Kanye West: E.T., The First Review". National Post. Postmedia Network. February 16, 2011. February 25, 2012 tarixində arxivləşdirilib. İstifadə tarixi: February 25, 2011.
  9. Erlewine, Stephen Thomas. "Teenage Dream – Katy Perry: Review". Allmusic. Rovi Corporation. November 20, 2011 tarixində arxivləşdirilib. İstifadə tarixi: February 24, 2011.
  10. 1 2 3 Perpetua, Matthew. "Katy Perry Goes Sci-Fi With 'E.T.'". Rolling Stone. Jann Wenner. March 31, 2011. April 3, 2011 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: March 31, 2011.
  11. Barshad, Amos. "Katy Perry Blew Confetti Into Vulture's Beer Last Night". New York. New York: New York Media LLC. November 9, 2010. November 28, 2010 tarixində arxivləşdirilib. İstifadə tarixi: February 25, 2011.
  12. 1 2 3 Barshad, Amos. "Kanye West Coins the Phrase 'Alien Sex' for Katy Perry". New York. New York: New York Media LLC. February 16, 2011. August 19, 2011 tarixində arxivləşdirilib. İstifadə tarixi: February 25, 2011.
  13. 1 2 3 4 5 Vena, Jocelyn. "Kanye West Joins Katy Perry On 'E.T.'". MTV News. Viacom. February 15, 2011. March 27, 2014 tarixində arxivləşdirilib. İstifadə tarixi: March 31, 2011. (#apostrophe_markup)
  14. 1 2 3 Montgomery, James. "Kanye West Gets Dirty On Katy Perry's 'E.T.' Remix". MTV News. Viacom. February 16, 2011. June 29, 2011 tarixində arxivləşdirilib. İstifadə tarixi: February 25, 2011. (#apostrophe_markup)
  15. 1 2 Collins, Leah. "Hear Kanye West and Katy Perry's New Single 'E.T." Dose. Postmedia Network. February 16, 2011. July 6, 2011 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: February 25, 2011.
  16. Roberts, Soraya. "Katy Perry 'E.T.' remix with Kanye West features singers engaging in 'alien sex' talk". Daily News. New York: Mortimer Zuckerman. February 16, 2011. February 20, 2011 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: February 25, 2011.
  17. 1 2 "Final iTunes Countdown Track: "E.T." KatyPerry.com. Capitol Records. August 17, 2010. July 27, 2012 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: February 24, 2011.
  18. 1 2 Vena, Jocelyn. "Is Katy Perry's Next Single 'E.T.'?". MTV News. Viacom. December 22, 2010. December 25, 2013 tarixində arxivləşdirilib. İstifadə tarixi: February 24, 2011. (#apostrophe_markup)
  19. "Katy Perry's 'California Gurls' is top selling digital song". EMI Music. January 7, 2011. December 3, 2013 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: February 25, 2011.
  20. 1 2 Vena, Jocelyn. "Katy Perry Unveils Artwork For New Single, 'E.T." MTV News. Viacom. January 26, 2011. December 25, 2013 tarixində arxivləşdirilib. İstifadə tarixi: February 24, 2011. (#apostrophe_markup)
  21. Mason, Kerri. "Katy Perry, "Teenage Dream". Billboard. Prometheus Global Media. September 3, 2010. October 20, 2009 tarixində arxivləşdirilib. İstifadə tarixi: February 24, 2011.
  22. 1 2 3 Lamb, Bill. "Katy Perry – "E.T." featuring Kanye West". About.com. The New York Times Company. April 7, 2011 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: March 22, 2011. (#apostrophe_markup)
  23. Greenblatt, Leah. "Music Review: Teenage Dream (2010)". Entertainment Weekly. Time Warner. August 11, 2010. October 18, 2013 tarixində arxivləşdirilib. İstifadə tarixi: February 24, 2011.
  24. Cole, Matthew. "Katy Perry: Teenage Dream Album Review". Slant Magazine. August 22, 2010. November 2, 2013 tarixində arxivləşdirilib. İstifadə tarixi: February 24, 2011.
  25. Richards, Jason. "Disc Review: Katy Perry, Teenage Dream (Capitol/EMI)". Now. Toronto: NOW Communications. August 26, 2010. August 15, 2012 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: February 24, 2011.
  26. Clapper, Rudy. "Katy Perry – Teenage Dream". Sputnikmusic. August 23, 2010. July 8, 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: February 24, 2011.
  27. Leftridge, Steve. "Katy Perry: Teenage Dream". PopMatters. PopMatters Media. October 4, 2010. June 15, 2012 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: August 24, 2011. (#apostrophe_markup)
  28. Wete, Brad. "Kanye West abducts Katy Perry on singer's new single, 'E.T". Entertainment Weekly. Time Warner. February 16, 2011. October 14, 2014 tarixində arxivləşdirilib. İstifadə tarixi: February 25, 2011.
  29. Copsey, Robert. "Katy Perry ft. Kanye West: 'E.T." Digital Spy. Hachette Filipacchi Médias. February 27, 2011. July 10, 2011 tarixində arxivləşdirilib. İstifadə tarixi: February 25, 2011. (#apostrophe_markup)
  30. 1 2 "Eminem, Rihanna Continue to 'Love' Life Atop Hot 100". Billboard. Prometheus Global Media. August 26, 2010. October 20, 2009 tarixində arxivləşdirilib. İstifadə tarixi: February 24, 2010.
  31. 1 2 Katy Perry Album & Song Chart History Canadian Hot 100, Katy Perry. Prometheus Global Media. Yoxlanılıb February 24, 2011.
  32. 1 2 3 Australian-charts.com — Katy Perry — E.T.. ARIA Top 50 Singles. Hung Medien. Yoxlanılıb April 27, 2011.
  33. 1 2 "ARIA Charts – Accreditations – 2011 Singles". Australian Recording Industry Association. April 30, 2011. June 30, 2015 tarixində arxivləşdirilib. İstifadə tarixi: May 3, 2011.
  34. 1 2 Charts.org.nz — Katy Perry — E.T.. Top 40 Singles. Hung Medien. Yoxlanılıb February 2, 2011.
  35. 1 2 "Latest Gold / Platinum Singles". RadioScope. October 14, 2008 tarixində arxivləşdirilib. İstifadə tarixi: September 22, 2011.
  36. New Zealand's Best Of All Time Arxivləşdirilib 2011-08-11 at the Wayback Machine retrieved on July 20, 2011.
  37. "Dance/Club Play Songs: Week of February 26, 2011 (Biggest Jump)". Billboard. Prometheus Global Media. October 20, 2009 tarixində arxivləşdirilib. İstifadə tarixi: March 2, 2011.
  38. 1 2 Katy Perry Album & Song Chart History Billboard Hot Dance Club Songs, Katy Perry. Prometheus Global Media. Yoxlanılıb April 27, 2011.
  39. Pietroluongo, Silvio. "Lady Gaga's 'Born This Way' Grows Atop Grammy-Fueled Hot 100". Billboard. New York: Prometheus Global Media. February 24, 2011. October 20, 2009 tarixində arxivləşdirilib. İstifadə tarixi: February 24, 2011.
  40. "Hot 100: Week of April 09, 2011". Billboard. Prometheus Global Media. October 20, 2009 tarixində arxivləşdirilib. İstifadə tarixi: April 27, 2011.
  41. Grein, Paul. "Week Ending March 20, 2011: Songs: The Chris Brown Matter". Yahoo! Music. Yahoo!. March 23, 2011. July 2, 2012 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: March 23, 2011. (#apostrophe_markup)
  42. 1 2 Trust, Gary. "Katy Perry's 'E.T.' Rockets To No. 1 On Hot 100". Billboard. New York: Prometheus Global Media. March 30, 2011. October 20, 2009 tarixində arxivləşdirilib. İstifadə tarixi: March 30, 2011.
  43. Trust, Gary. "Katy Perry Takes Third Week Atop Hot 100 with Airplay Boost". Billboard. New York: Prometheus Global Media. April 13, 2011. October 20, 2009 tarixində arxivləşdirilib. İstifadə tarixi: April 27, 2011.
  44. 1 2 Trust, Gary. "Katy Perry's 'E.T.' Returns To No. 1 On Hot 100". Billboard. New York: Prometheus Global Media]]. April 27, 2011. October 20, 2009 tarixində arxivləşdirilib. İstifadə tarixi: April 27, 2011.
  45. Trust, Gary. "Katy Perry Holds Off Britney Spears Atop Hot 100". Billboard. New York: Prometheus Global Media]]. May 4, 2011. October 20, 2009 tarixində arxivləşdirilib. İstifadə tarixi: May 8, 2011.
  46. 1 2 Grein, Paul. "Week Ending May 1, 2011. Songs: Even Divas Struggle". Chart Watch. Yahoo! Music. May 4, 2011. September 8, 2012 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: May 8, 2011.
  47. 1 2 Trust, Gary. "Katy Perry's 'E.T.' Is No. 1 on Top 40 Radio, Sets Airplay Record". Billboard. New York: Prometheus Global Media. May 2, 2011. October 6, 2012 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: May 8, 2011.
  48. Trust, Gary. "Katy Perry Notches Record Fifth No. 1 From 'Teenage Dream' On Pop Songs". Billboard. New York: Prometheus Global Media. Augist 1, 2011. November 30, 2010 tarixində arxivləşdirilib. İstifadə tarixi: August 2, 2011.
  49. Trust, Gary. "Weekly Chart Notes: Taylor Swift, Adele, Richard Marx". Billboard. Prometheus Global Media. May 5, 2011. səh. 2. October 20, 2009 tarixində arxivləşdirilib. İstifadə tarixi: May 8, 2011.
  50. 1 2 3 "E.T. – Katy Perry". Billboard. Prometheus Global Media. October 20, 2009 tarixində arxivləşdirilib. İstifadə tarixi: September 6, 2011.
  51. 1 2 3 "Chart Highlights: Rock, Country Songs & More". Billboard. Prometheus Global Media. May 9, 2011. October 20, 2009 tarixində arxivləşdirilib. İstifadə tarixi: May 9, 2011.
  52. 1 2 "Gold & Platinum Searchable Database: Katy Perry". Recording Industry Association of America. September 24, 2015 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: September 10, 2011.
  53. "Ask Billboard: Katy Perry First With Five 4-Million Sellers". 2014-05-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2011-10-11.
  54. "Week Ending May 8, 2011. Songs: Rolling In The Dough – Yahoo! Chart Watch". Yahoo Music. Yahoo!. 2011-05-11. 2011-10-13 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2011-05-12. (#apostrophe_markup)
  55. "Billboard Top Digital Artists of the Decade". Billboard. Prometheus Global Media. October 20, 2009 tarixində arxivləşdirilib. İstifadə tarixi: September 10, 2011.
  56. "Canadian Hot 100: Week of March 05, 2011 (Biggest Jump)". Billboard. Prometheus Global Media. October 20, 2009 tarixində arxivləşdirilib. İstifadə tarixi: March 2, 2011.
  57. "Canadian Hot 100: Week of May 07, 2011". Billboard. Prometheus Global Media. October 20, 2009 tarixində arxivləşdirilib. İstifadə tarixi: April 28, 2011.
  58. 1 2 Chart Track. Irish Singles Chart. GfK. Yoxlanılıb April 8, 2011.
  59. 1 2 [http://musicline.de/de/chartverfolgung_summary/title/Perry%2CKaty /E.t. /single Musicline.de — Chartverfolgung — Perry,Katy — E.t.]  (alm.). Media Control Charts. PhonoNet GmbH. YoxlanılıbApril 30, 2011.
  60. 1 2 Italiancharts.com — Katy Perry feat. Kanye West — E.T.  (ital.). Italian Singles Chart. Hung Medien. Yoxlanılıb April 26, 2011.
  61. 1 2 "Katy Perry". The Official Charts Company. June 15, 2011 tarixində arxivləşdirilib. İstifadə tarixi: September 22, 2011.
  62. "JLO stands firm with On The Floor while Adele's 21 keeps on running..." The Official Charts Company. April 10, 2011. October 26, 2011 tarixində arxivləşdirilib. İstifadə tarixi: April 10, 2011.
  63. 1 2 "BPI Certified Awards". British Phonographic Industry. To access, user must enter the search parameter "Kanye West" and select "Search by: Keyword", with the other two set to "All". October 6, 2017 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: September 10, 2011.
  64. 1 2 SNS IFPI  (slovak.). Hitparáda — RADIO TOP100 Oficiálna. IFPI Czech Republic. Qeyd: axtarış sətrinə bunu daxil edin 201120. Yoxlanılıb May 25, 2011.
  65. 1 2 Nederlandse Top 40 - Katy Perry search results  (nid.). Stichting Nederlandse Top 40. Yoxlanılıb March 11, 2011.
  66. 1 2 ČNS IFPI  (çex.). Hitparáda — RADIO TOP100 Oficiální. IFPI Czech Republic. Qeyd: axtarış sətrinə bunu daxil edin 201119. Yoxlanılıb May 18, 2011.
  67. 1 2 "Billboard Greek Airplay Charts: Εβδομάδα: 24-04-2011 έως 01-05-2011". Billboard (Greek). Prometheus Global Media. May 1, 2011. July 27, 2012 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: September 3, 2011.
  68. "Arxivlənmiş surət". 2011-12-02 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2011-10-13.
  69. "Katy Perry's 'E.T.' Video To Premiere Thursday On MTV". MTV News. Viacom. March 28, 2011. April 9, 2011 tarixində arxivləşdirilib. İstifadə tarixi: March 29, 2011. (#apostrophe_markup)
  70. 1 2 Vena, Jocelyn. "Katy Perry Launches 'E.T.' Video Teaser". MTV News. Viacom. March 21, 2011. January 9, 2012 tarixində arxivləşdirilib. İstifadə tarixi: March 21, 2011. (#apostrophe_markup)
  71. "KATY PERRY visits Scotiabank Place on July 3" (Press-reliz). Marketwire. January 19, 2011. October 1, 2012 tarixində arxivləşdirilib. İstifadə tarixi: January 20, 2011.
  72. Hulin, Christophe. "Katy Perry : Confidences au 6–9 d'NRJ !" (French). NRJ Radio. March 10, 2011. March 11, 2012 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: March 21, 2011.
  73. Bain, Becky. "A Deeper Look Into The Style And Sound Of Katy Perry's "E.T." Video". Idolator. 8 July 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22 April 2011.
  74. 1 2 "Katy Perry strips off as she plays a naked alien in new video for chart-topping E.T." Daily Mail. Associated Newspapers. March 31, 2011. October 27, 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: March 31, 2011.
  75. 1 2 Warner, Kara. "Katy Perry's 'E.T.' Video: Watch An Exclusive Preview!". MTV News. Viacom. March 30, 2011. March 27, 2014 tarixində arxivləşdirilib. İstifadə tarixi: March 31, 2011. (#apostrophe_markup)
  76. Contessa, Gayless. "Katy Perry 'E.T.' Feat. Kanye West – New Video". AOL Music. AOL. March 31, 2011. April 4, 2011 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: April 1, 2011. (#apostrophe_markup)
  77. Paskin, Willa. "Katy Perry Makes Out With an Alien in New 'ET' Video". New York. New York: New York Media LLC. March 31, 2011. April 3, 2011 tarixində arxivləşdirilib. İstifadə tarixi: March 31, 2011.
  78. Iandoli, Kathy. "Katy Perry And 'Friend' Kanye West Finally Unveil 'E.T." MTV News. Viacom. March 31, 2011. March 11, 2012 tarixində arxivləşdirilib. İstifadə tarixi: April 1, 2011. (#apostrophe_markup)
  79. Goodman, William. "Katy Perry Debuts Otherworldly Video ft. Kanye". Spin. Spin Media LLC. September 10, 2011. July 21, 2015 tarixində arxivləşdirilib. İstifadə tarixi: April 1, 2011.
  80. Montgomery, James. "Katy Perry's 'E.T.' Video Premieres – Watch It Now!". MTV News. Viacom. March 31, 2011. July 26, 2012 tarixində arxivləşdirilib. İstifadə tarixi: March 31, 2011. (#apostrophe_markup)
  81. 1 2 Glazer, Eliot. "Star Spotting: Katy Perry Phones Home In 'E.T.' Video Stills". MTV News. Viacom. March 25, 2011. March 27, 2011 tarixində arxivləşdirilib. İstifadə tarixi: March 29, 2011. (#apostrophe_markup)
  82. "Out of this world! Katy Perry gets an alien transformation for her new E.T. film clip". Daily Mail. Associated Newspapers. March 26, 2011. October 20, 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: September 10, 2011.
  83. Saad, Nardin. "Katy Perry and Kanye West get spacey in 'ET' video premiere [Poll]". Los Angeles Times. Tribune Company. March 31, 2011. March 6, 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: March 31, 2011.
  84. Riley, Katherine. "Katy Perry's "E.T." Video: Space Glam!". E! Online. E!. March 30, 2011. April 3, 2011 tarixində arxivləşdirilib. İstifadə tarixi: March 31, 2011. (#apostrophe_markup)
  85. Lynch, Joseph Brannigan. "Katy Perry's 'E.T.' video feat. Kanye West: Watch the bizarro sci-fi fest here!". Entertainment Weekly. Time Warner. March 31, 2011. March 11, 2014 tarixində arxivləşdirilib. İstifadə tarixi: March 31, 2011.
  86. "100 Sexiest Videos of All Time". Fuse TV. July 21, 2011 tarixində arxivləşdirilib. İstifadə tarixi: August 17, 2011. (#apostrophe_markup)
  87. "List of winners of 2011 MTV Video Music Awards". San Francisco Chronicle. Hearst Corporation. August 28, 2011. İstifadə tarixi: September 10, 2011.[ölü keçid]
  88. Anderson, Kyle. "Katy Perry, Adele, Kanye West lead 2011 MTV Video Music Awards nominations". Entertainment Weekly. Time Warner. July 21, 2011. October 25, 2014 tarixində arxivləşdirilib. İstifadə tarixi: September 10, 2011.
  89. "Walmart Soundcheck: Katy Perry". Walmart.com. Walmart. March 22, 2011 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: March 21, 2011.
  90. Vena, Jocelyn. "Justin Bieber, Selena Gomez, Katy Perry Rock Z100's Jingle Ball". MTV News. December 11, 2010. December 26, 2013 tarixində arxivləşdirilib. İstifadə tarixi: March 21, 2011.
  91. Dawson, Kim. "Gig Review: Katy Perry, Ancienne Belgique, Brussels". Daily Star. Northern & Shell. March 12, 2011. September 23, 2012 tarixində arxivləşdirilib. İstifadə tarixi: March 21, 2011.
  92. Saltzman, Marc. "Katy Perry's Revenge 2: App tops iTunes chart". USA Today. Gannett Company. March 19, 2011. January 10, 2014 tarixində arxivləşdirilib. İstifadə tarixi: March 21, 2011.
  93. "E.T." (Feat. Kanye West) Official Lyrics Video". KatyPerry.com. Capitol Records. March 16, 2011. October 4, 2013 tarixində arxivləşdirilib. İstifadə tarixi: March 21, 2011.
  94. Goodman, William. "Kanye's Bold Greek Tragedy Closes Coachella". Spin. Spin Media. April 18, 2011. September 24, 2015 tarixində arxivləşdirilib. İstifadə tarixi: April 19, 2011.
  95. Mansfield, Brian. "Kanye West joins Katy Perry on 'Idol". USA Today. Gannett Company. April 21, 2011. February 3, 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: April 21, 2011.
  96. "VersaEmerge Acoustic Cover of Katy Perry 'ET'". Fueled By Ramen. May 3, 2011. March 24, 2012 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: September 22, 2011.
  97. "Kardashians Cover Katy Perry's 'E.T.' (Video)". Huffington Post. June 3, 2011. October 29, 2015 tarixində arxivləşdirilib. İstifadə tarixi: September 22, 2011.
  98. "Wynter Gordon Covers Katy Perry's "E.T."". Idolator. June 19, 2011. July 8, 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: September 22, 2011.
  99. "Oritse's living la VIDA loca". The Sun. New International. July 22, 2011. September 23, 2011 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: September 22, 2011. (#apostrophe_markup)
  100. "E.T." Amazon.com. July 8, 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: September 10, 2011.
  101. 1 2 "E.T. (The Remixes) – EP". Amazon.com. July 8, 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: September 10, 2011.
  102. "E.T. [Single]". Germany: Amazon.de. July 8, 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: September 10, 2011.
  103. 1 2 "E.T. Remix EP". Germany: Amazon.de. July 8, 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: September 10, 2011.
  104. Katy Perry feat. Kanye West — E.T. Austriancharts.at  (alm.). Ö3 Austria Top 40. Hung Medien. Yoxlanılıb May 6, 2011.
  105. Ultratop.be — Katy Perry feat. Kanye West — E.T.  (nid.). Ultratop 50. ULTRATOP & Hung Medien / hitparade.ch. Yoxlanılıb May 13, 2011.
  106. Ultratop.be — Katy Perry feat. Kanye West — E.T.  (fr.). Ultratop 40. ULTRATOP & Hung Medien / hitparade.ch. Yoxlanılıb April 29, 2011.
  107. "Brasil Hot 100 Airplay", Billboard (Brasil), Prometheus Global Media, səh. 96, April 2011, ISSN 977-217605400-2 (#bad_issn)
  108. Danishcharts.com — Katy Perry feat. Kanye West — E.T.. Tracklisten. Hung Medien. Yoxlanılıb April 22, 2011.
  109. Finnishcharts.com — Katy Perry feat. Kanye West — E.T.. Finland's Official List
  110. Lescharts.com — Katy Perry feat. Kanye West — E.T.  (fr.). French Singles Chart. Hung Medien. Yoxlanılıb May 10, 2011.
  111. German Airplay Chart Arxivləşdirilib 2011-04-21 at the Wayback Machine, Retrieved on 2011-06-03
  112. Archívum — Slágerlisták — MAHASZ — Magyar Hanglemezkiadók Szövetsége  (mac.). Rádiós Top 40 játszási lista. Magyar Hanglemezkiadók Szövetsége. Yoxlanılıb September 7, 2011.
  113. Norwegiancharts.com — Katy Perry feat. Kanye West — E.T.. VG-lista. Hung Medien. Yoxlanılıb May 1, 2011.
  114. "ZPAV Top5 Airplay 14.05. – 20.05.2011". 2011-11-14 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2011-10-13.
  115. "Romanian Top 100". RT100.RO. 2010-08-02 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2011-04-11.
  116. Archive Chart. Scottish Singles Top 40. The Official Charts Company.
  117. Swedishcharts.com — Katy Perry — E.T.. Singles Top 60. Hung Medien. Yoxlanılıb April 17, 2011.
  118. Katy Perry — E.T. swisscharts.com. Swiss Singles Chart. Hung Medien. Yoxlanılıb May 3, 2011.
  119. "R&B/Hip-Hop Songs: Week of May 07, 2011 (Biggest Jump)". Billboard. Prometheus Global Media. October 20, 2009 tarixində arxivləşdirilib. İstifadə tarixi: April 28, 2011.
  120. "Chart Highlights, Pop Songs, Adult Contemporary". Billboard. Prometheus Global Media. 2011. (#accessdate_missing_url)
  121. "Audio & Video Certifications: June 2011". Canadian Recording Industry Association. July 20, 2007 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: September 10, 2011.
  122. "BVMI Certified Awards". Bundesverband Musikindustrie. To access, user must enter the search parameter "Kanye West" and select "Search by: Keyword", with the other two set to "All". February 13, 2012 tarixində arxivləşdirilib. İstifadə tarixi: September 15, 2011.
  123. "FIMI certifications" (PDF). Federation of the Italian Music Industry. October 18, 2012 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: September 10, 2011.
  124. "E.T. (feat. Kanye West) – Single". iTunes Store (French). Apple Inc. December 22, 2014 tarixində arxivləşdirilib. İstifadə tarixi: September 10, 2011. (#apostrophe_markup)
  125. "E.T. (feat. Kanye West)". United Kingdom: Amazon.co.uk. July 8, 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: September 10, 2011.
  126. "E.T. (feat. Kanye West)". Amazon.com. July 8, 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: September 10, 2011.
  127. "E.T. (The Remixes) – EP". iTunes Store. Australia: Apple Inc. November 11, 2012 tarixində arxivləşdirilib. İstifadə tarixi: September 10, 2011. (#apostrophe_markup)
  128. "E.T. (The Remixes) – EP". iTunes Store. Belgium: Apple Inc. November 11, 2012 tarixində arxivləşdirilib. İstifadə tarixi: September 10, 2011. (#apostrophe_markup)
  129. "E.T. (The Remixes) – EP". iTunes Store. New Zealand: Apple Inc. November 11, 2012 tarixində arxivləşdirilib. İstifadə tarixi: September 10, 2011. (#apostrophe_markup)
  130. "E.T. Remix EP". United Kingdom: Amazon.co.uk. July 8, 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: September 10, 2011.
  131. "Katy Perry: E.T." (German). Germany: EMI Music. July 27, 2012 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: September 10, 2011.
  132. "This Week's Single Releases". MTV News. United Kingdom: Viacom. April 4, 2011. January 9, 2014 tarixində arxivləşdirilib. İstifadə tarixi: September 10, 2011. (#apostrophe_markup)
  133. "Arxivlənmiş surət". 2012-03-31 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2021-01-19.
  134. "Arxivlənmiş surət". 2012-03-31 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2021-01-19.
  135. "Arxivlənmiş surət". 2012-03-31 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2021-01-19.
  136. "Arxivlənmiş surət". 2012-03-31 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2021-01-19.

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]