Avatar (film, 2009) — Vikipediya

Avatar
ing. Avatar
Janr Elmi fantastika
Əsas mövzu klonlaşdırma, ekologiya, yerdən kənar həyat[d]
Rejissor Ceyms Kemeron
Prodüserlər Ceyms Kemeron
Con Landau
Ssenari müəllifi Ceyms Kemeron
Baş rollarda Sem Uortinqton
Zoe Saldana
Siqurni Viver
Stiven Lenq
Operator Mauro Fiore
Bəstəkar Ceyms Horner
Montajçı Ceyms Kemeron
İstehsalçılar Lightstorm Entertainment
Dune Entertainment
Ingenious Film Partners
Distribütor Fórum Hungary[d][7]
İlk baxış tarixi Böyük Britaniya 10 dekabr 2009
ABŞ 10 dekabr 2009
Azərbaycan 17 dekabr 2009[1]
Filmin növü Macəra filmi
Müddət 162 dəqiqə
Büdcə $237 milyon[2]
Gəlir $2,922,917,914[3][4]
Ölkələr ABŞ ABŞ[5][6]
Dil İngilis dili
İl 2009
Sonrakı film Avatar: Suyun yolu
Rəng rəngli
Çəkiliş yeri Kaliforniya, Havay, Yeni Zelandiya
IMDb ID0499549
Mükafatları Ən yaxşı operator işinə görə "Oskar" mükafatı Golden Globe Award for Best Director
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Avatar və ya Ceyms Kemeronun Avatarı (ing. Avatar, ing. James Cameron's Avatar) — 2009-cu il ABŞ elmi-fantastik filmi. Film insanların və Na’vi adlı yadplanetlilərin qarşılıqlı əlaqələrini, xüsusilə insanların Na’vi aləminə xətərli müdaxiləsini təmsil edir. Filmin adı Pandora planetində tədqiqat aparan və baş qəhrəmanı ilə uzaqdan idarə olunan bir süni bədənlə (avatarla) bağlıdır (hinduizmdə avatarlar allahların təcəssümləridir). Pandoranın gözəl bitki və heyvan aləmində yaşayan Na’vilərin isə öz doğma dili var. Filmin və xüsusən Na’vi aləminin gerçək dünyayla bir neçə paralelləri var. "Avatar"ın premyerası 2009-cu il dekabrın 10-da Londonda baş vermişdir. Üç Oskar və bir Qızıl Qlobus mükafatını almış,[8] kompüter qrafikasıyla zəngin "Avatar" dünyanın ən gəlirli (2 milyard dollardan çox) filmi olub. Filmin distribütori 20th Century Fox kinokompaniyasıdır.

Süjet[redaktə | mənbəni redaktə et]

Pandorada Uçan Dağlar.

Əhvalat 2154-cü ildə Pandora planetində baş verir.[9] Planet müxtəlif bitki və heyvan növləri ilə zəngindir. Həmin planetdə insanların "RDA" ("Resource Development Administration") korporasiyası anobtanium adlı qiymətli mineral çıxarır. Pandora Yerə oxşar bir cisimdir, lakin onun atmosferi insan üçün zəhərlidir və buna görə insanlar maskalar geyirlər. Pandorada hündür, insanabənzər, lakin mavi dərili məxluqlar yaşayırlar.

Anobtanium çıxarmasına görə insan-Na’vi münasibətləri pisləşdirir. Həmin münasibətləri təkmilləşdirmək üçün insanlar Na’viyə oxşar süni bədənlərin (avatarların) yaradılması üzrə proqram həyata keçirirlər. Avatarları isə insanlar uzaqdan idarə edirlər. Lakin onlardan biri — Tom ölür və Tomun yeri onun əkiz qardaşı Ceyk Salli (Sem Uortinqton) tutmağa başlayır. Pandorada Ceykin avatarı Neytiri adlı bir Na’vi qadınıyla (Zoi Saldana) rast gəlir. Bundan sonra Ceykin avatarına Can Ağacı toxumları enir və Neytiri avatarı öz nəsilə qəbul edir. Çətin öyrənmə nəticəsində Ceykin avatarı Na’vi qabiliyyətləri və davranışına malik olur. Lakin Ceykin tapşırığı Na’vi ilə mürəkkəb münasibətlərinin şəraitlərində boşa çıxır və insanların Pandoradakı hərbi qarnizonun komandanı Maylz Kuoritç (Stiven Lenq) Ceykdən dönür.

İnsan hərbçiləri Na’vi xalqının anobtanium yataqlarının verməməsi səbəbinə görə Pandora təbiətini dağıtmağa başlayırlar. Ox-yayla silahlanmış Na’vilər insanların hərbi texnologiyasına qarşı heç bir şey edə bilmir. Lakin bu anda müdaxiləçilərə qarşı durmuş Pandora təbiəti onlara xidmət edir. Filmin axırında Ceyk tamamilə öz avatara keçir, halbuki bəzi avatarlar operatorları Pandorada qalmağa icazə alırlar.

Rollarda[redaktə | mənbəni redaktə et]

  • Sem Uorinqton - Ceyk Salli
  • Zoe Saldana - Neytiri
  • Siqurni Viver - Qreys Oqustin
  • Stiven Lenq - Mayklz Kuoritç
  • Mişel Rodriqes - Trudi Çakon
  • Covanni Ribizi - Parker Selfric
  • Coel Devid Mur - Norm Spellman
  • Si Si Eyç Paunder - Mo'at
  • Laz Alonso - Tsu'tey
  • Ues Styudi - Etukan
  • Dilip Rao - Maks Patel

Videooyun[redaktə | mənbəni redaktə et]

2009-cu ildə Ubisoft Montreal şirkəti tərəfindən, filmin çıxış tarixinə 17 gün qalmış James Cameron’s Avatar: The Game istehsal edilmişdir.

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "Аватар". Kinopoisk.ru. 2000-03-27. 2021-12-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-01-25.
  2. "Avatar (2009)". 2012-06-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: January 10, 2012. $2,782,275,172
  3. "Avatar (Special Edition)". 2012-06-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: January 10, 2012. North America:$10,741,486; Overseas: $22,469,358
  4. "Avatar". The-Numbers. Nash Information Services. 2012-06-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: March 27, 2011.
  5. French, Philip. "Avatar was the year's real milestone, never mind the results" (ingilis). London: The Guardian. 2010-03-14. 2012-06-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2012-03-08.
  6. Johnston, Rich. "Review: AVATAR — The Most Expensive American Film Ever... And Possibly The Most Anti-American One Too" (ingilis). Bleeding Cool. 2009-12-11. 2012-06-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2012-03-08.
  7. Terjesztésre kerülő filmalkotások és artfilmek nyilvántartása (mac.). NMHH.
  8. "List of Academy Award nominations". CNN (ingilis). 2009-02-02. 2012-06-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2012-03-08.
  9. Davis, Lauren. "Did James Cameron Rip Off Poul Anderson's Novella?". io9. 26 October 2009. 11 February 2013 tarixində arxivləşdirilib. İstifadə tarixi: 4 November 2009.

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]

Həmçinin bax[redaktə | mənbəni redaktə et]