Ceyms MakAti — Vikipediya

Ceyms MakAti
Ümumi məlumatlar
Tam adı Ceyms Con MakAti
Doğum tarixi (21 yaş)
Doğum yeri Salford, İngiltərə
Boyu 1,8 m
Mövqeyi Yarımmüdafiəçi
Klub haqqında məlumat
Klub İngiltərə Mançester Siti
Nömrəsi 87
Karyerası
Gənclik karyerası
2013—2021 İngiltərə Mançester Siti
Klub karyerası[* 1]
2021—h.h İngiltərə Mançester Siti 0 (0)
Milli yığma[* 2]
2019 İngiltərə İngiltərə U-18 3 (2)
2021—h.h İngiltərə İngiltərə U-20 1 (1)

  1. Milli çempionatların müxtəlif liqalarında peşəkar klubların heyətində keçirdiyi oyunların və vurduğu qolların sayı.
  2. Rəsmi oyunlarda milli yığmanın heyətində keçirdiyi oyunların və vurduğu qolların sayı.
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Ceyms Con MakAti (18 oktyabr 2002, Salford, İngiltərə) — İngiltərə Premyer Liqası təmsilçilərindən olan "Mançester Siti" klubunda yarımmüdafiəçi kimi çıxış edən peşəkar İngiltərə futbolçusu.[1] Bir müddət İngiltərə U-18 millisində çıxış edən sonra Ceyms hal-hazırda İngiltərə U-20 millisində çıxış edir.

Klub karyerası[redaktə | mənbəni redaktə et]

MakAti əsas komanda ilə debütünü 29 oktyabr 2019-cu ildə "Bolton Uonderers" klubuna qarşı Liqa Trofeyi görüşündə etmişdir.[2] 2020-21 mövsümü ərzində Ceyms Liqa Trofeyi turnirində "Skantorp Yunayted"[3] və "Mansfild Taun"[4] klublarına qalib gəldikləri, həmçinin "Tranmir Rovers"[5] klubuna məğlub olduqları görüşlərdə iştirak etmişdir. 24 avqust 2021-ci ildə Ceyms "Skantorp Yunayted" klubunu 3-0 hesabı ilə məğlub etdikləri görüşdə qolla yadda qalmışdır.[6]

2020-ci ilin noyabrında Ceyms "Çelsi" klubuna qarşı FA Gənclər Kuboku finalı görüşündə qolla yadda qalmış və komanda rəqibinə 3-2 hesabı ilə qalib gəlmişdir.[7] Həmin mövsüm Premyer Liqa 2-də toplamda iyirmi üç görüşdə iştirak edən Ceyms səkkiz qol və doqquz assistlə mövsümü başa vurmuşdur.[8]

Ceyms peşəkar karyerasında debütünü 21 sentyabr 2021-ci ildə "Uikomb Uonderers" klubuna qarşı Liqa Kuboku görüşündə etmişdir. O, 72-ci dəqiqədə meydana daxil olmuş və komandası rəqibinə 6-1 hesabı ilə qalib gəlmişdir.[9]

Milli karyerası[redaktə | mənbəni redaktə et]

Ceyms İngiltərə U-18 millisi ilə debütünü 2019-cu ilin noyabrında Norveç millisi ilə görüşdə etmişdir. 4-4 hesabı ilə bitən görüşdə o, dublla yadda qalmışdır.[10]

6 sentyabr 2021-ci ildə o, İngiltərə U-20 millisi ilə Rumıniya millisinə qarşı görüşdə qolla yadda qalmış və milli rəqibinə 6-1 hesabı ilə qalib gəlmişdir.[11]

Şəxsi həyatı[redaktə | mənbəni redaktə et]

Ceymsin böyük qardaşı Con MakAti "Qrimsbi Taun" klubunda çıxış edən peşəkar futbolçudur.[12]

Karyera statistikası[redaktə | mənbəni redaktə et]

21 sentyabr 2021 tarixində yenilənib
Klublarına görə oyunları və qolları, mövsümləri və turnirləri
Klub Mövsüm Liqa FA Kuboku Liqa Kuboku Digər Ümumi
Diviziya Oyun Qol Oyun Qol Oyun Qol Oyun Qol Oyun Qol
Mançester Siti 2021–22 Premyer Liqa 0 0 0 0 1 0 0 0 1 0
Ümumi karyera 0 0 0 0 1 0 0 0 1 0

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "Manchester City v Wycombe Wanderers". BBC Sport. 11 March 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 21 September 2021.
  2. "Report: Bolton Wanderers 3-1 Manchester City U21s". Bolton Wanderers F.C. 29 October 2019. 17 July 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22 September 2021.
  3. "Report: Iron 0-4 Manchester City U21s". Scunthorpe United F.C. 29 September 2020. 2 August 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22 September 2021.
  4. Curry, Aaron. "Report: Stags 0-3 Manchester City U21". Mansfield Town F.C. 8 September 2020. 26 September 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22 September 2021.
  5. "Report: Tranmere 2-1 Man City U21s". Tranmere Rovers F.C. 8 December 2020. 28 October 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22 September 2021.
  6. O'Regan, Luke. "Report: Iron 0-3 Manchester City U21s". Scunthorpe United F.C. 24 August 2021. 27 September 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22 September 2021.
  7. Bajkowski, Simon. "Man City 3-2 Chelsea RECAP and highlights from FA Youth Cup final as McAtee, Rogers and Palmer score". Manchester Evening News. 2 November 2020. 9 March 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 23 September 2021.
  8. Smith, Jonathan. "James McAtee: Man City's 'Salford Silva' who turned his back on Man Utd". Goal. 21 September 2021. 17 July 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22 September 2021.
  9. "Manchester City 6-1 Wycombe Wanderers". BBC Sport. 21 September 2021. 11 March 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 21 September 2021.
  10. Veevers, Nicholas. "A thrilling Game in Pinatar, as the young Lions come back from behind to draw 4-4". The Football Association. 16 November 2019. 29 January 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 23 September 2021.
  11. "England's Mens's Under-20s in impressive form at St. George's Park against Romania". The Football Association. 7 September 2021. 9 October 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 23 September 2021.
  12. Bajkowski, Simon. "James McAtee is growing into Man City role as he follows Phil Foden path". Manchester Evening News. 14 October 2020. 17 July 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22 September 2021.

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]