Yaya Ture — Vikipediya

Yaya Ture
fr. Yaya Touré
Ümumi məlumatlar
Tam adı Nyenyeri Yaya Ture
Doğum tarixi (40 yaş)
Doğum yeri Buake, Kot-d'İvuar
Vətəndaşlığı Kot-d'İvuar Kot-d'İvuar
Boyu 191 sm
Çəkisi 90 kq
Mövqeyi dayaq yarımmüdafiəçisi
Klub haqqında məlumat
Klub İngiltərə Mançester Siti
Nömrəsi 42
Karyerası
Gənclik karyerası
2001 Kot-d'İvuar ASEK Mimozas
Klub karyerası[* 1]
2001—2003 Belçika Beveren 70 (3)
2003—2005 Ukrayna Metallurq Donetsk 33 (3)
2005—2006 Yunanıstan Olimpiakos 26 (3)
2006—2007 Fransa Monako 27 (5)
2007—2010 İspaniya Barselona 74 (4)
2010—2018 İngiltərə Mançester Siti 230 (59)
Milli yığma[* 2]
2004—h.h. Kot-d'İvuar Kot-d'İvuar 80 (16)
Təltif və medalları
Afrika millətlər kubokları
Gümüş Misir 2006
Gümüş Qabon/Ekvatorial Qvineya 2012

  1. Milli çempionatların müxtəlif liqalarında peşəkar klubların heyətində keçirdiyi oyunların və vurduğu qolların sayı, 28 sentyabr 2013 tarixində redaktə olunub.
  2. Rəsmi oyunlarda milli yığmanın heyətində keçirdiyi oyunların və vurduğu qolların sayı, 16 iyun 2013 tarixində redaktə olunub.
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Nyenyeri Yaya Ture (fr. Gnégnéri Yaya Touré; 13 may 1983, Buake) — "Mançester Siti" və Kot-d'İvuar milli futbol komandasının yarımmüdafiəçisi.

Karyerası[redaktə | mənbəni redaktə et]

Yaya Ture 13 May 1983-cü ildə Sokura-Buakedə anadan olmuşdur. O, 1996-cı ildə ASEC futbol klubunun gənclər akademiyasına dəvət olunmuşdur. Daha sonra o, karyerasını Avropada davam etdirmişdir. Ture 2,5 il Belçikanın Beveren klubunda, 1,5 il isə Metallurq Donetskində oynamışdır.

Olimpiakos[redaktə | mənbəni redaktə et]

Yaya Ture Olimpiakosa 2005-ci ildə keçdi. Turenin qardaşı Kolo onu yeni Patrik Viera adlandırdı. 2005-ci ildə Eurosport kanalının keçirdiyi sorğuya əsasən Yaya Ture Xavyer Maskerano və Serxio Aquero ilə birlikdə gənc və istedadlı futbolçular adına layiq görülmüşlər.

Monako[redaktə | mənbəni redaktə et]

Olimpiakos Tureni Monakoya 4,5 mln avroya satdı. Monakoya keçməmişdən əvvəl Ture Olimpiakos rəhbərliyini ona maaş odəməməsində ittiham etdi. 2006-cı ilin 15 avqustunda Ture tamamilə Monakoya keçdi.

Barselona[redaktə | mənbəni redaktə et]

2007-ci ilin 26 iyununda Barselona Tureni 9 mln avroya transfer etdi. Rəsmi təqdimetmə mərasimində çıxış edən klubun prezidenti Xuan Laporta və idman direktoru Çiki Beqiristayna Tureyə 17 nömrəli futbol geyimini təqdim etdilər. Lakin Andres İniesta özünə 8 nömrəsini götürdükdə, Ture də öz nömrəsini 24-cüyə dəyişdi.

Statistika[redaktə | mənbəni redaktə et]

25 yanvar 2009-cu il

Klub Mövsüm Liqa Kubok Avropa Cəmi
Oyun Qol Oyun Qol Oyun Qol Oyun Qol
ASEC Mimosas 2001
Beveren 2001-2002
2002-2003
Cəmi 70 3 70 3
Metallurq Donetsk 2003-2004
2004-2005
Cəmi 33 3 33 3
Olimpiakos 2005-2006 19 3 0 0 6 0 25 3
2006-2007 27 5 27 5
Cəmi 46 8 0 0 6 0 52 8
Barselona 2007-2008 26 1 3 0 9 1 38 3
2008-2009 15 1 3 0 3 0 21 1
Cəmi 41 2 6 0 12 1 59 4
Karyerası ərzində 190 16 6 0 18 1 214 17

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]