Baykal — Vikipediya

Baygöl
bur. Байгал нуурru, rus. о́зеро Байка́л
Ümumi məlumatlar
Mütləq hündürlüyü 457 m
Eni 79.5 km
Uzunluğu 636 km
Sahil uzunluğu 2000 km
Sahəsi 31 722 km²
Həcmi 23 615,390 km³
Su tutumu 570 000 km²
Dərin yeri 1642 m
Orta dərinliyi 744,4 m
Şəffaflığı 40—60 m
Temperatur
 • Minimum −50 °C
 • Maksimum 20 °C
 • Yanvarda orta -20 °C
 • İyulda orta 15 °C
 • İllik yağıntı 450 mm
Yerləşməsi
53°13′ şm. e. 107°45′ ş. u.HGYO
Ölkə  Rusiya
Region
Vilayət
Yerləşməsi Şərqi Sibirin cənubu
Adalar Uşkan, Olxon, Yarki
Baygöl xəritədə
Baygöl
Baygöl
Baykal (Buryatiya)

Baykal
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Baygöl (saxa Баай күөл) — Rusiya Federasiyasında göl. Dünyanın ən böyük şirin su mənbəyidir. Rusiyanın cənub-şərqində yerləşir.

Baygöl gölü 600 km-dən artıq məsafədə uzanan çökəkliyi tutur. Gölün eni 25 km-dən 80 km-ə qədərdir. Dünyanın ən dərin gölü hesab olunan Baykalın dərinliyi 1620 metrdir. Bu göl Avrasiyanın ən böyük şirin su anbarıdır.[1] Geniş yayılmış fərziyyələrə əsasən qədim türk dilindən tərcümədə "Bai-kul" yəni, Bəy göl anlamını verir. Gölün şərqində yerləşən Svyatoy Nos yarımadasını materikə Civırkuy bərzəği birləşdirir.

Qədim Türklər əsasən Baykal gölü ətrafında yaşamışlar. Oradan uzaqlaşmağa doğru getdikdə, "Bayqal" deyə adlandırmışdırlar. Tərcümə olaraq Bay-Varlı deməkdir. Qal - isə Qalmaq felindəndir.

Yumru buz kütlələri

[redaktə | mənbəni redaktə et]

Baykal gölü üzərində hər qış yaranan böyük yumru buz kütlələrinin necə meydana gəldiyi elm insanlarını tam 128 ildir məşğul edirdi. Ancaq yeddi illik bir çalışma gerçəyi ortaya çıxardı.Yumru buzları ilk dəfə 1882-ci ildə bir Rus alimi gördü. Yumru buz kütlələrinin necə meydana gəldiyini araşdırmağa başlayan Rus alim, o dövrkü məlumatla bir nəticəyə çata bilmədi və bu vəziyyəti "sirrli bir hadisə" olaraq xarakterizə etdi.[2]

Bu hadisədən 121 il sonra 2003-cü ildə Baykal Gölünün peyk fotoşəkillərində eyni yumru buz kütlələrinə rast gəlindi. Kilometrlərcə yumru buz kütlələri meydana gəlmişdi.

Rus alimləri, buzun necə meydana gəldiyini anlamaq üçün bir daha qolları çirmələdi. Bu dəfə işlər 7 il davam etdi. Uzun sürən işlərdən sonra buz kütlələrinin yumru şəkildə meydana gəlməsinə gölün altında olan təbii qaz qaynaqlarının səbəb olduğu ortaya çıxdı.

Qış aylarında suyla qarışan qaz isti buxar meydana gətirir və bu da yumru dalğalara səbəb olur. Bu yumru dalğalar yuxarıya doğru çıxdığında yaxşıca soyuyaraq buz kütləsinə çevrilir. Göl daxilində yerləşən adalarla sahil arasında bir sıra boğazlar vadır: Olxon darvazası.

  1. Avrasiya[ölü keçid]
  2. "128 illik sirr aşkar oldu". 2023-07-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2010-03-13.