Kurş dili — Vikipediya

Kurş dili
lit. Kuršių nerija rus. Куршская коса
Ümumi məlumatlar
Sahəsi
  • 33.021 ha
Yerləşməsi
55°16′28″ şm. e. 20°58′15″ ş. u.
Akvatoriya Baltik dənizi
Ölkələr
Kurş dili xəritədə
Kurş dili
Kurş dili
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar
YUNESKO-nun bayrağı YUNESKO-nun Ümumdünya irsi,
obyekt № 994
ing.rus.fr.

Kurş dili (lit. Kuršių nerija, alm. Kurische Nehrung‎) — uzun və ensiz quru parçası, dil Kurş körfəzini Baltik dənizindən ayırır. Dik Kalininqrad vilayəti Zelenoqrand şəhərindən Litvanın Klaypeda şəhərinə qədər uzanır.

Dilin adı vaxtı ilə Prussiyadan bura gəlmiş almanlardan öncə burada yaşayan Kurşi xalqının şərəfinə adlandırılmışdır.

Dilin uzunluğu 98 km, eni isə 300 metrdən 3,8 km arasında dəyişir.

2000-ci ildə Kurş dili YUNESCO Ümumdünya irsi siyahısına daxil edilmişdir.

Kurş unikal təbiət-antropogen lanşaft formasıdır. Ümumilikdə Baltik dənizində yerləşən XelBaltik dili ilə birlikdə bu dillərin dünyada analoqu yoxdur.

Bioloji rəngarəngliyi açıq şəkildə müşahidə etmək olur. Burada səhralara xas olan dyunlardan tutmuş, tundra zonasına xas olan bataqlıqlara belə rast gəlmək olur. Burada olan dyunların eni 0,3–1 km km arasında dəyişir. Üstəlik dünyada sahilə yaxın ərazidə ən hündür dyun məhs burada yerləşir. Onun hündürlüyü 67,2 metrdir (Vetsekuqs). İl ərzində yaz və payız ayları bura 10–20 min quş pənah gətirir.

Dil əsasən qumdan təşkil olunmuşdur. Üzəri bir necə sm olan ot bitkisi ilə örtülüdür.

İqlimi mülayimdir. Bu səbəbdən burada insanlar maydan noyabra qədər istirahət edirlər.

Dilin Klaypeda şəhəri yaxınlığında boğaz yerləşir. Bu boğa vastəsi ilə Kurş körfəzi ilə Baltik dənizi birləşir. Burada bərələr fəaliyyət göstərir. Rusiyaya məxsus ərazidə Kurş dili Milli Parkı yerləşir[1]

Adı[redaktə | mənbəni redaktə et]

Alman idarəçiliyi dönəmində dil Kurişe-Nerunq (alm. Nehrung — «dil»‎) adını daşıyırdı. Litvada Kurşyo-Nerinqo və ya Kurşyo-Neriya (lit. nerija — «ensiz uzun qumlu dil»). Cənub hissəsinin FSFSR ərazisinə verildikdən sonra adı Kurskaya Nereya, 1959 ildə adı Kurs dili, 1971 ildən isə çağdaş adı təstiqlənmişdir.

Tarix[redaktə | mənbəni redaktə et]

XXI əsrlər Kurş dilində vikinqlərə məxsus yaşayış məntəqəsi olmuşdur. Bu yaşayış məntəqəsi indiki Rıbaçiy qəsəbəsi yaxınlığında yerləşirdi. İlk dəfə vikinqlərin izləri alman arxeoloqu tərəfindən 1893-cü ildə aşkarlanmışdır. Ancaq 2008-ci ildə Kalininqrad arxeoloqlarının sayəsində bu fakt təstiqlənmişdir[2]. Burada çoxlu sayda əşyalar aşkarlanmışdır.

XIII əsrdə Kurş dili Tevton ordeninin tərkibinə keçmişdir. Bu ərazi şimal və cənub torpaqları arasında ən qısa yol olmuşdur. Güçlü küləklərin sayəsində hündür dyunlar əmələgəlmə prosesi daim davam etmişdir. Prussiyalılar dili küləklərdən qorumaq məqsədi Ağcaqayın ağacları əkilmişdir.

Qanunsuz tikili[redaktə | mənbəni redaktə et]

Dilin YUNESCO Ümumdünya irsi siyahısına daxil edilməsinə baxmayaraq dilin Rusiya hissəsində tikinti işləri aparılır[3]. Üstəlik əraziyə gələn turistlərin sayında böyük həcmdə artım vardır[4][5]

Neft hasilatı[redaktə | mənbəni redaktə et]

Dildən 22 km aralıda şelf zonasında Lukoyl şirkəti neft hasilatını həyata keçirir[6].

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "Efa hündürlüyü". park-kosa.ru. 2016-04-27 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2016-5-3.
  2. "# Albert Adılov. Korallenberq dyunu sirr gizlədir // «Kalininqradskaya pravda», 12 avqust 2008". 2012-04-12 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2016-09-02.
  3. На Куршской косе незаконно строит дом супруга экс-мэра Калининграда Савенко Arxivləşdirilib 2021-10-28 at the Wayback Machine  (rus.)
  4. Dildə olan tikinti haqqında — "RBK-daily"
  5. "Kurş dilində Tur zonanın tikintisi 2010-cu ilə hesablanır". 2023-07-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-09-02.
  6. "Baltik ekoloqları Lukoyla dinclik vermir". 2008-04-08 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2020-12-28.

Ədəbiyyat[redaktə | mənbəni redaktə et]

  • Тяльксните М. Куршская коса. — Вильнюс: Минтис, 1980.
  • "GEO" Jurnalı № 3, mart 2008 il.

Mənbə[redaktə | mənbəni redaktə et]