Bakıda 106 saylı avtobusun partladılması — Vikipediya

106 saylı avtobusun partladılması
Hücum yeri Bakı şəhəri
Hücum hədəfi sərnişinlərin öldürülməsi
Vaxt 17 iyun 1984
Hücum üsulu Bomba partladılması
Silah partladıcı
Həlak olanlar 1
Yaralılar 3
Terrorçu sayı 1
Terrorçular Henrix Vartanov

106 saylı avtobusun partladılması17 iyun 1984-cü ildə Bakı şəhərində 106 saylı sərnişin avtobusunun erməni terrorçusu Henrix Vartanov tərəfindən partladılması hadisəsi.[1]

Haqqında[redaktə | mənbəni redaktə et]

17 iyun 1984-cü ildə Bakı şəhərində 106 saylı sərnişin avtobusu erməni terrorçusu Henrix Vartanov tərəfindən partladıldı.[1] Vartanovun bu qanlı əməli o vaxt SSRİ-nin xüsusi xidmət orqanları tərəfindən terror aktı kimi deyil, onunla müdiriyyət arasında olan narazılıq kimi qiymətləndirildi.[2]

Nəticə[redaktə | mənbəni redaktə et]

İki uşaq anası olan bir qadın həlak olmuş,[1] üç nəfər yaralanmışdır.[3]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. 1 2 3 "Azərbaycan ərazisində erməni quldur və terror birləşmələrinin törətdikləri cinayətlərə dair faktlar" (yaddaş kitabçası), (tərtib edəni: Anar İsgəndərov), Bakı, 2011. səh.16
  2. "Keçmiş SSRİ və MDB-də erməni terroru (2) (ARAŞDIRMA): İlk terror" (az.). 168.az. 17.01.2013. 2013-07-26 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-11-12.
  3. "Ermənilərin törətdiyi terror aktları: Sərnişin avtobuslarında törədilmiş terror aktları" (az.). garabagh.net. 2012. 2014-12-08 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-11-12.

Ədəbiyyat[redaktə | mənbəni redaktə et]

  1. "Zaman Azərbaycan" qəzeti, 22 noyabr 2012-ci il.

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]