Tbilisi-Ağdam marşrut avtobusunun partladılması (1990) — Vikipediya

Tbilisi-Ağdam marşrut avtobusunun partladılması
Hücum yeri
40°35′13″ şm. e. 46°18′57″ ş. u.
Hücum hədəfi sərnişin avtobusunun partladılması
Vaxt 10 avqust 1990
Silah əldəqayırma partladıcı
Həlak olanlar 20
Yaralılar 30
Terrorçu sayı 2
Terrorçular A.Avanesyan,
M.Tatevosyan

Tbilisi-Ağdam marşrut avtobusunun partladılması — 10 avqust 1990-cı il tarixdə "Tbilisi-Ağdam" marşrutu ilə hərəkət edən sərnişin avtobusunun partladılması. Hadisə nəticəsində 20 nəfər həlak olmuş, 30 nəfər yaralanmışdır. Cinayətin təşkilatçıları Armen Mixayloviç Avanesyan və Mixayil Mixayloviç Tatevosov (Tatevosyan) cinayət məsuliyyətinə cəlb olunmuşlar. 1992-ci ilin mayında A. Avanesyan ölüm cəzasına məhkum edilmiş, M. Tatevosov isə 15 il azadlıqdan məhrum edilmişdir. İstintaq zamanı məlum olmuşdur ki, cinayətkarlar 1991-ci ilin iyulun 17-də Ağdam-Tbilisi marşrutu ilə hərəkət edən sərnişin avtobusunu da partlatmağı planlaşdırmış, lakin özlərindən asılı olmayan səbəblərdən aksiyanı həyata keçirə bilməmişlər. M. Tatevosov 1992-ci ilin may ayında Tərtər rayonunda azərbaycanlı girovlarla dəyişdirilmişdir.[1]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "Ermənilərin törətdiyi terror aktları". garabagh.ne (azərb.). 8 dekabr 2014 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20 mart 2016.

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]