Baba Salahov — Vikipediya

Baba Salahov
Ümumi məlumatlar
Doğum tarixi 5 fevral 1923(1923-02-05)
Doğum yeri Bakı, Bakı qəzası, Azərbaycan SSR, ZSFSR, SSRİ
Vəfat tarixi 12 avqust 1981(1981-08-12) (58 yaşında)
Vəfat yeri
Musiqiçi məlumatları
Fəaliyyəti musiqiçi
Fəaliyyət illəri 1940–1981
Musiqi aləti tar
Mükafatları "Azərbaycan SSR əməkdar artisti" fəxri adı — 1964

Ağababa Əliheydər oğlu Salahov (5 fevral 1923, Bakı12 avqust 1981, Bakı) — Azərbaycan tarzəni, Azərbaycan SSR əməkdar artisti (1964).

Həyatı və yaradıcılığı[redaktə | mənbəni redaktə et]

Baba Salahov 5 fevral 1923-cü ildə Bakıda anadan olmuşdur. Tarda ifa etməyi Əhməd Bakıxanovdan öyrənmişdir. 1940-cı ildən ölümünə qədər Səid Rüstəmov adına Azərbaycan Xalq Çalğı Alətləri Orkestrinin konsertmeysteri olmuşdur. 1965-ci ildə Azərbaycan Televiziya və Radiosunun Xalq Çalğı Alətləri Orkestrini yaratmış və ömrünün sonunadək ona bədii rəhbərlik etmişdir.[1] Burada o, Hacıbaba Hüseynov, Rübabə Muradova, Şövkət Ələkbərova, Sara Qədimova, Əbülfət Əliyev, Yaqub Məmmədov, Zeynəb Xanlarova, Ağaxan Abdullayev, Səkinə İsmayılova, Alim Qasımov və başqa məşhur xanəndələri tarda müşayiət etmişdir.[2]

Baba Salahov 12 avqust 1981-ci ildə Bakıda vəfat etmişdir.

Baba Salahovun bədii rəhbəri olduğu ansambl 1981-ci ildən "Araz" olaraq adlandırılmışdır. Ansambl 1992-ci ildən Baba Salahovun adını daşıyır. Onun səsyazmaları Azərbaycan Televiziyasıın fondunda saxlanılır.[2]

Təltif və mükafatları[redaktə | mənbəni redaktə et]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "Salahov Baba Əliheydər oğlu" (az.). Muğam Ensiklopediyası. 2022-03-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 11 fevral 2019.
  2. 1 2 Енциклопедия азербайджанского мугама (rus). Баку: Шарг-Гарб. 2012. С. 204.