Antropologiya — Vikipediya

Zoologiyanın bölmələri

Antropologiya


Zoologiyanın şöbələri

AkarologiyaAntropologiya
ApiologiyaAraxnologiya
HelmintologiyaHerpetologiya
İxtiologiyaKarsinologiya
KetologiyaKonxologiya
MalakologiyaNeyroetologiya
MirmekologiyaNematologiya
OologiyaOrnitologiya
PaleozologiyaPlanktologiya
PrimatologiyaProtozoologiya
TeriologiyaXiropterologiya
EntomologiyaEtologiya

Görkəmli zooloqlar

Georq Kyuvye · Çarlz Darvin
Karl Linney · Konrad Lorens
Sey Tomas · Edvard Uilson
Alfred Rassel Uolles · digərləri…

Tarix

Antropologiya (q.yun. ἄνθρωπος — insan; λόγος — elm) — insan haqqında elmdir. Təbiət elmlərindəndir. İnsanın yaranması və inkişafı, insan irqlərinin yaranması və insanın fiziki quruluşunun normal dəyişmələri haqqında elmdir.[1][2]

Qərbdə bu elmə insanın təbii tarixindən əlavə, həmçinin etnoqrafiyaarxeologiyanı da aid edirlər. İnsanın əmələ gəlməsində ictimai amillər daha çox rol oynadığında antroplogiya humanitar elmlərədə sıx əlaqədardır. Antropologiya insanın morfologiyası, antropogenez və irqşünaslıq kimi əsas bölmələrdən ibarətdir.[1]

Etimologiya[redaktə | mənbəni redaktə et]

Antropologiya yunan sözləri olan "ánthropos" ("insan") və "lógos" ("söz, elm") sözlərindən əmələ gələn düzəltmə sözdür. Bu gün bu sözü istənilən digər bir formaya salmaqla biz ya fransız, ya ingilis, ya da digər bir dilin sözünü işlətmiş olarıq.

XX əsrin əvvəllərinə aid Azərbaycandilli mənbələrdə elmi-tərkib-insan (علمی-ترکیب-اینسان) adlandırılmışdır.[3]

İnsan morfologiyası[redaktə | mənbəni redaktə et]

İnsan morfologiyası somatologiyayamerologiyaya bölünür.

Somatologiya[redaktə | mənbəni redaktə et]

Somatologiya insan orqanizmin fərdi dəyişkənliyinin qanuna uyğunluqlarını, rüşeym inkişafının ilk mərhələsindən qocalığa qədər insanın yaş xüsusiyyətlərini, müxtəlif bioloji və sosioloji amillərin insanın bədən qurluşuna təsiri, insanın konstitusiyasını öyrənir.

Merologiya[redaktə | mənbəni redaktə et]

Merologiya insan orqanizminin ayrı-ayrı hissələrinin dəyişkənliyini tədqiq edir. Nəticədə insanın başqa canlılarla qohumluq əlaqələrini və onun heyvanlar aləmində yeri müəyyən olunur.

Antropogenez[redaktə | mənbəni redaktə et]

Insanin yaranması hələ qədim zamanlardan insanları maraqlandıran əsas məsələlərdəndir. Qədim Şərqdə insanın yaranmasını dinlə əlaqələndirilir. Antik dövrdə iki nöqteyi-nəzər olmuşdur. 1.Atomistlər-insanın formalaşmasını canlı aləmin son nəticəsi kimi qəbul edirdilər. 2.İdealistlər-insanın mövcudluğunu fövqəltəbii qüvvələrlə bağlayırdılar. İntibah dövründə insanın mövcudluğu ilə bağlı yeni mülahizələr yarandı. 18-ci əsrdə Karl Linney “Təbiətin sistematikası” adlı əsərində insanı primatlar dəstəsinə aid etmişdi. 18-ci əsrin sonu 19-cu əsrin əvvəllərində Jan Batist Lamark təkamül nəzəriyyəsini irəli sürdü.

İrqşünaslıq[redaktə | mənbəni redaktə et]

1684-cü ildə fransız anatomu Fransua Bernye insanların xarici görünüşündəki fərqləri insan irqi anlayışı ilə ifadə etmişdir.Bernye bu fərqlərin yaranmasını təbii coğrafi şəraitin təsiri ilə əlaqələndirirdi.

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. 1 2 Məcidova, Nərgiz. "Müasir fəlsəfi-antropoloji konsepsiyaların komparativ təhlili" (PDF). Metafizika Jurnalı (rus). 5 (4). 2022-12-15: 22–37. eISSN 2617-751X. ISSN 2616-6879. OCLC 1117709579. 2023-01-28 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2022-12-15.
  2. Məmmədov Q.Ş. Xəlilov M.Y. Ekoloqların məlumat kitabı. "Elm" nəşriyyatı. Bakı: 2003. 516 s.
  3. Султан-Меджид Ганиев, Русско-татарский словарь, Баку, 1909

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]