Ah...! (albom) — Vikipediya

Ah...!
Yayımlanma tarixi 1999
Yazılma tarixi 1994 – 1999
Janr Pop
Dil Azərbaycan dili
Leybl Böyük Şahinlər
Aygün Kazımova albomlarının xronologiyası
"Ömrüm-günüm"
(1997)
"Ah...!"
(1999)
"Aygün"
(2000)

Ah...!Azərbaycan müğənnisi Aygün Kazımovanın studiya albomu. Alboma 11 mahnı daxildir.[1]

Hazırlanması[redaktə | mənbəni redaktə et]

Albomdakı bütün mahnıların bəstəsi Cavanşir Quliyevə aiddir. Albomdakı İtkin gəlin mahnısı, İtkin gəlin serialının saundtrektidir. Albomdakı Tənha qadın mahnısı Birinci Qarabağ müharibəsində həyat yoldaşlarını itirmiş qadınlara həsr olunmuşdur. Albomdakı Son gecə mahnısı Cənubi Azərbaycanlı şair Piruz Dilənçinin Son görüş adlı şeirinə bəstələnmişdir. Son görüş adlı şeir şairini şəxsi həyatı haqqındadır. Albomdakı Ot kökü üstə bitər adlı mahnı, 1999-cu ildə lentə alınan və ssenarisi Vaqif Səmədoğluna məxsus olan, Yaşıl eynəkli adam-2 filmində səsləndirilmişdir.

Mahnıların Siyahısı[redaktə | mənbəni redaktə et]

BaşlıqSözMusiqi Müddət
1. Getmə Miryusif MirnəsiroğluCavanşir Quliyev 7:15
2. Sevirəm demədim Yusif HəsənbəyCavanşir Quliyev 6:37
3. Falçı Bəxtiyar VahabzadəCavanşir Quliyev 5:18
4. Qızım Adil BabayevCavanşir Quliyev 6:26
5. Vəfasızsan Kəmalə ŞıxəliqızıCavanşir Quliyev 6:32
6. Bilməm Əlibala HacızadəCavanşir Quliyev 5:18
7. Səninlə Zenfira QuliyevaCavanşir Quliyev 4:59
8. Tənha qadın Zahidə xanımCavanşir Quliyev 4:19
9. Son gecə Piruz DilənçiCavanşir Quliyev 6:05
10. Ot kökü üstə bitər Vaqif SəmədoğluCavanşir Quliyev 4:06
11. İtkin gəlin Əlibala HacızadəCavanşir Quliyev 5:09

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "Discogsda albom haqqında". 2020-08-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-06-26.

Mənbə[redaktə | mənbəni redaktə et]

Həmçinin bax[redaktə | mənbəni redaktə et]