Afrika Birləşmiş Ştatları — Vikipediya


Afrika Birləşmiş Ştatları 55 müstəqil Afrika dövlətinin hamısının və ya bəzilərinin birləşib federasiya təşkil etməsi barədə təklif olunan konsepsiyadır.

Afrika İttifaqının rəhbəri olan keçmiş Liviya lideri Muammar al-Qəddafi iki regional səviyyəli Afrika sammitində Afrika Birləşmiş Ştatlarının yaradılması fikrini irəli sürür: ilk dəfə 2007-ci ilin iyununda Qvineyanın paytaxtı Konakridə və ikinci dəfəf 2009-cu ilin fevralında Efiopiyanın paytaxtı Əddis-Əbəbə şəhərində. Gəddafinin bu sahədə ilk təşəbbüsü 2000-ci ildə Lome sammitində olmuşdu. O, Afrika İttifaqını çoxsaylı hadisələrdə uğursuzluqda ittiham etmiş və yalnız həqiqi pan-Afrika dövlətinin Afrika regionunda stabillik yaradacağını qeyd etmişdi. Afrika İttifaqı ölkələrinin əksəriyyəti təklif olunan federasiya ideyasını dəstəklədi, onlar bu birliyin “yeni” Afrikaya sülh gətirəcəyinə inanırdılar.

Markus Garvey, 1924[redaktə | mənbəni redaktə et]

“ Afrika Birləşmiş Ştatları” ideyası ilk dəfəf Markus Garvey tərəfindən 1924-cü ildə “ Ey, Afrika Birləşmiş Ştatları” şeirində qeyd olunub. Garveyin ideyaları Pan-afrikanist hərəkatına güclü təsir etmişdir. Bu hərəkat 1945-ci ildə Birləşmiş Krallıqda Mançestr şəhərində Beşinci Pan- Afrikanist Konqresinin keçiriıməsi lə nəticələndi

Əhalisi[redaktə | mənbəni redaktə et]

Təklif olunan federasiyanın ərazisi istənilən dövlətin ərazisindən böyük olacaqdı ( Yəni, Rusiya Federasiyasından daha böyük). Bu federasiya ÇinHindistandan sonra dünyanın ən çox əhalisi olan yer olacaq və burda 2000 dildə danışan əhali birləşəcəkdi.

Mənbə[redaktə | mənbəni redaktə et]

https://en.wikipedia.org/wiki/United_States_of_Africa