Əzizxan Tanrıverdi — Vikipediya

Əzizxan Tanrıverdi
Doğum tarixi 1 yanvar 1959(1959-01-01)
Doğum yeri
Vəfat tarixi 18 iyul 2018(2018-07-18) (59 yaşında)
Vəfat yeri
Milliyyəti azərbaycanlı
Elm sahəsi filologiya
Elmi dərəcəsi elmlər doktoru
Elmi adı professor
İş yeri
Təhsili
Mükafatları Türk dünyasının ulu atası Korkut

Əzizxan Tanrıverdi (1 yanvar 1959, Aşağı Qarabulaq, Dmanisi rayonu18 iyul 2018, Bakı) — Azərbaycan dilçisi, professor, Azərbaycan Dövlət Pedaqoji Universitetinin Azərbaycan dili və onun tədrisi metodikası kafedrasının müdiri, filologiya elmləri doktoru.[1][2]

Tərcümeyi-halı[redaktə | mənbəni redaktə et]

Əzizxan Vəli oğlu Tanrıverdiyev 1959-cu il yanvarın 1-də Gürcüstan Respublikasının Başkeçid rayonunun Aşağı Qarabulaq kəndində anadan olub. 1973-cü ildə Aşağı Qarabulaq kənd səkkizillik, 1975-ci ildə isə Kirovisi kənd orta məktəbini əla qiymətlərlə bitirib.

1977-ci ildə V.İ.Lenin adına APİ-nin (indiki ADPU) filologiya fakültəsinə qəbul olunub, tələbəlik illərində "C.Cabbarlı" adına təqaüdlə oxuyub, 1981-ci ildə həmin ali məktəbi fərqlənmə diplomu ilə bitirib.

1985-ci ildə V.İ.Lenin adına APİ-nin (indiki ADPU) əyani aspiranturasına (Azərbaycan dilçiliyi kafedrası üzrə) qəbul olunub. 1987-ci ildə aspiranturanı vaxtından 1 il 6 ay əvvəl qurtararaq "XVII-XIX əsr Azərbaycan antroponimləri" mövzusunda namizədlik dissertasiyası müdafiə edib. "Türk mənşəli Azərbaycan antroponimlərinin tarixi-linqvistik tədqiqi" adlı doktorluq dissertasiyasını isə 1998-ci ildə müdafiə etmişdir.

ADPU-nun Azərbaycan dilçiliyi kafedrasında laborant (1987), baş laborant (1988), müəllim (1990), baş müəllim (1992), dosent (1994), professor (1999…) vəzifələrində işləyib. 30 sentyabr 2011-ci ildə Azərbaycan dili və onun tədrisi metodikası kafedrasına müdir təyin olunub və dünyasını dəyişənədək həmin vəzifədə çalışıb.

31 kitab, 8 proqram, 250-dan artıq tezis və məqalənin müəllifidir. Onun rəhbərliyi ilə üç nəfər namizədlik dissertasiyası (fəlsəfə doktoru proqramı üzrə) müdafiə edib. 4 doktorluq, 19 namizədlik dissertasiyasına (fəlsəfə doktoru proqramı üzrə) opponentlik etmişdir. 90-dan artıq dərslik və monoqrafiyanın rəyçisi və redaktoru olub.

1989-cu ildə Özbəkistan onomastikası konfransında iştirak edib. 7–10 oktyabr 2014-cü ildə Türksoy xətti ilə Qazaxıstan Respublikasının Kızılorda şəhərində "Dədə Qorqud türk xalqlarının sələfidir" mövzusunda keçirilmiş beynəlxalq konfransda "Kitabi-Dədə Qorqud" türk xalqlarının ortaq abidəsi kimi" adlı məruzə ilə çıxış edib. Həmin çıxışına görə "Türk Dünyasının Ulu Atası Korkut" medalı ilə təltif olunub.

2003–2005-ci illərdə Ali Attestasiya Komissiyasının filologiya elmləri üzrə eksperti kimi fəaliyyət göstərmişdir. 2007–2009-cu illərdə isə pedaqoji elmlər üzrə Azərbaycan Respublikası Təhsil Problemləri İnstitutunda № 02.191 dissertasiya şurasının üzvü olmuşdur. 2011–2018-ci illərdə Azərbaycan Dövlət Pedaqoji Universitetində fəaliyyət göstərən № 02.191 pedaqoji elmlər üzrə dissertasiya şurasının üzvü olub. 2015-ci ilin fevralından Azərbaycan Yazıçılar Birliyinin üzvü olub. Yeni Azərbaycan Partiyasının üzvü olub.

Əsərləri azərbaycan, rus, ingilis, türk, qazax və s. dillərdə çap olunub.

Görkəmli dilçi alim, professor Əzizxan Tanrıverdi 19 iyul 2018-ci ildə dünyasını dəyişib.

Elmi fəaliyyəti[redaktə | mənbəni redaktə et]

Türk mənşəli Azərbaycan şəxs adlarını ilk dəfə olaraq tarixi-linqvistik müstəvidə tədqiq etmişdir.

“Kitabi-Dədə Qorqud” da şəxs adları, dağ kultu, at kultu, obrazlar sistemi, assonans və alliterasiya kimi məsələləri ilk dəfə olaraq kompleks və sistemli şəkildə araşdırmışdır.

“Dəli Kür” romanının poetik dilini tarixiliklə müasirliyin sintezində təhlil etmişdir.

31 kitab, 8 proqram, 250-dan artıq tezis və məqalənin müəllifidir.

Onun rəhbərliyi ilə üç nəfər namizədlik dissertasiyası (fəlsəfə doktoru proqramı üzrə) müdafiə edib.

4 doktorluq, 19 namizədlik dissertasiyasına (fəlsəfə doktoru proqramı üzrə) opponentlik etmişdir.

90-dan artıq dərslik və monoqrafiyanın rəyçisi və redaktoru olub.

Dil tarixi, onomastika, ədəbi tənqid sahəsində elmi-tədqiqat işi aparmışdır.[3]

ADPU-da Azərbaycan dili, Linqivistik təhlil, Azərbaycan dilinin tarixi qrammatikası və digər fənlərdən dərs keçmişdir.

Əmək fəaliyyəti[redaktə | mənbəni redaktə et]

Əmək fəaliyyətinə 1975-ci ildə Eqrisi sovxozunda fəhlə kimi başlamışdır.

Sonradan isə Şabran rayonunda müəllim işləmişdir.

1985–1987-ci illərdə Azərbaycan dili ixtisası üzrə əyani aspirant olmuşdur.

Həmçinin ADPU-da baş laborant kimi çalışmışdır.

1990–1995-ci illərdə ADPU-da müəllim kimi çalışmışdır.

1995–1998-ci illərdə isə ADPU-da dosent olmuşdur.

1999-cu ildə isə professor olmuşdur.[1]

2011-ci ildən etibarən Azərbaycan Dövlət Pedaqoji Universitetinin Azərbaycan dili və onun tədrisi metodikası kafedrasının müdiri vəzifəsində işləmişdir.

İctimai əsaslarla fəaliyyəti[redaktə | mənbəni redaktə et]

  • Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının filologiya elmləri üzrə ekspert Şurasının üzvü (2003–2005-ci illər)
  • Pedaqoji elmlər üzrə Azərbaycan Respublikası Təhsil Problemləri İnstitutunda fəaliyyət göstərən V.02.191 dessertasiya şurasının üzvü (2007–2009-cu illər)
  • Pedaqoji elmlər üzrə ADPU-da fəaliyyət göstərən № 02.191 dissertasiya şurasının üzvü (2011–2016-cı illər)[1]

Çap olunmuş əsərləri[redaktə | mənbəni redaktə et]

Monoqrafiyaları[redaktə | mənbəni redaktə et]

  • 1."Kitabi-Dədə Qorqud"da şəxs adları". (Bakı, 1999)
  • 2. "Антропонимы в Азербайджанской литературе(XVII–XIX вв.)(Bakı, 1999)
  • 3."Kitabi-Dədə Qorqud və qərb ləhcəsi". (Bakı, 2002)
  • 4."Kitabi-Dədə Qorqud"un obrazlı dili". (Bakı, 2006)
  • 5."Kitabi-Dədə Qorqud"un söz dünyası". (Bakı, 2007)[4]
  • 6. "Poeziyanın dili, dilin poeziyası". (Bakı, 2008)
  • 7."Dilimiz, mənəviyyatımız". (Bakı, 2008)
  • 8."Dədə Qorqud kitabı"nın dil möcüzəsi". (Bakı, 2008)[5]
  • 9. "Türk mənşəli Azərbaycan şəxs adlarının tarixi- linqvistik tədqiqi".(Bakı, 2012)[6]
  • 10."Qədim türk mənbələrində yaşayan şəxs adları". (Bakı, 2009)
  • 11."Dədə Qorqud kitabı"nda at kultu". (Bakı, 2012)[7]
  • 12."Dəli Kür" romanının poetik dili".(Bakı, 2012)[8]
  • 13."Dədə-Qorqud kitabı"nda dağ kultu". (Bakı, 2013)[9]
  • 14."Dədə Qorqud kitabı"nın obrazlar aləmi".(Bakı, 2013)
  • 15."Anarın nəsri".(Bakı, 2013)[10]
  • 16."Dədə sözü işığında".(Bakı, 2014)
  • 17."Çal qılıncını, xan Qazan!".(Bakı, 2015)[11]
  • 18."Dədə Qorqud"un möcüzələr dünyası".(Bakı, 2015)
  • 19."Dədəm Qorqud"un zamanı".(Bakı, 2015)
  • 20."Koroğlu"nun şeir dili".(Bakı, 2015)
  • 21."Dilimiz, düşüncəmiz".(Bakı, 2017)
  • 22."Türkologiyamızın Afad Qurbanovu.".(Bakı, 2018)
  • 23."Ədəbiyyat və ədəbiyyatşünaslığın problemləri.".(Bakı, 2018)
  • 24."Dədəm Qorqudun sözü (kitab ölümündən sonra əlyazmaları əsasında nəşr edilib).".(Bakı, 2019)

Dərslik və dərs vəsaitləri[redaktə | mənbəni redaktə et]

  • 1. Azərbaycan dili və ədəbiyyatdan testlər (Orta məktəb şagirdləri və abituriyentlər üçün vəsait. Z.Məmmədov, İ.İsmayılov və İ.Abbasovla birlikdə).(Bakı, 1995)
  • 2. Türk mənşəli Azərbaycan antroponimləri.(Bakı, 1996)
  • 3. XVI əsr qıpçaq (poloves) dilinin qrammatikası (Документы на половецком языке XVI в. kitabı əsasında). Bakı, Azərbaycan Respublikası təhsil Nazirliyi Elmi-Metodiki Şurası Azərbaycan dili və ədəbiyyatı bölməsinin 02 saylı 2000-ci il tarixli (01 saylı protokolu) qərarına əsasən çap olunmuşdur.(Bakı, 2000)
  • 4. Azərbaycan dilinin tarixi qrammatikası (I nəşr). (Bakı, 2010)
  • 5. Azərbaycan dilinin tarixi qrammatikası (II nəşr). (Bakı, 2012)
  • 6. Azərbaycan dilinin tarixi qrammatikası (III nəşr). (Bakı, 2014)
  • 7. Azərbaycan dilinin tarixi qrammatikası (IV nəşr). (Bakı, 2017)[12]

Tərtib etdiyi kitablar[redaktə | mənbəni redaktə et]

  • 1. Mədəd Çobanov–60. Elmi-pedaqoji fəaliyyəti (N.Əsgərov, İ.Ömərov, K.Əlizadə ilə birlikdə). Azərbaycan Onomastika Cəmiyyəti.(Bakı, 1997)
  • 2. A.Qurbanov –70. (tərtibçisi və redaktoru Ə.V.Tanrıverdiyev).(Bakı, 1999)
  • 3. Akademik Afad Qurbanov. (tərtibçisi Ə.V.Tanrıverdiyev). .(Bakı, 1999)

Haqqında yazılmış əsərlər[redaktə | mənbəni redaktə et]

  • 1. "Dəli Kür" romanının poetik dili ədəbi tənqiddə (tərtibçi və redaktor: İlham Abbasovun redaktəsilə). (Bakı, 2013)
  • 2. Dədəm Qorqudun kitabı tədqiqat işığında (Əzizxan Tanrıverdi Qorqudşünaslıqda). (tərtibçi və redaktor: İlham Abbasovun redaktəsilə). (Bakı, 2015)
  • 3. Dil sevgisindən dilçiliyə (Əzizxan Tanrıverdi dilçilikdə). (tərtibçi və redaktor: İlham Abbasovun redaktəsilə). (Bakı, 2017)
  • 4. Məhərrəm Hüseynov "Əzizxan" (poema). (Bakı, 2018)
  • 5. Tərtibçi: Bəhram Cəfəroğlu "Dədə Əzizxan" (şeirlər).(Bakı, 2018)
  • 6. Əzizxan Tanrıverdi-60. Tərtibçi: İlham Abbasov. (Bakı, 2018) *Əzizxan Tanrıverdi-60.[13]

Mükafatları[redaktə | mənbəni redaktə et]

  • 2009. "İlin alimi"
  • 2014. "Türk dünyasının ulu atası Korkut" medalı (Türksoy xətti ilə Qazaxıstan Respublikasının Kızılorda şəhərində "Dədə Qorqud türk xalqlarının sələfidir" mövzusunda keçirilmiş beynəlxalq konfransda "Kitabi-Dədə Qorqud" türk xalqlarının ortaq abidəsi kimi" adlı məruzə ilə çıxış etdiyinə görə)

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. 1 2 3 "Filologiya elmləri doktoru, professor Əzizxan Tanrıverdi vəfat edib". 2019-07-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-07-20.
  2. "Əzizxan Vəli oğlu Tanriverdi". 2013-11-13 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2018-07-20.
  3. "DİLİMİZ, DÜŞÜNCƏMİZ" (PDF). 2019-07-24 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2018-07-20.
  4. "Qorqud"un söz dünyası"." (PDF). 2019-11-01 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2018-07-29.
  5. "Qorqud kitabı"nın dil möcüzəsi"." (PDF). 2019-07-18 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-08-07.
  6. "mənşəli Azərbaycan şəxs adlarının tarixi- linqvistik tədqiqi" (PDF). 2021-10-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-08-07.
  7. "Qorqud kitabı"nda at kultu"" (PDF). 2019-07-17 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-08-07.
  8. "Kür" romanının poetik dili"" (PDF). 2019-07-18 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-08-07.
  9. "kitabı"nda dağ kultu"" (PDF). 2019-07-18 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-08-07.
  10. "nəsri"" (PDF). 2018-05-17 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-08-07.
  11. "qılıncını, xan Qazan!"" (PDF). 2019-07-18 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-08-07.
  12. "dilinin tarixi qrammatikası (IV nəşr)"" (PDF). 2019-11-01 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-08-07.
  13. "Tanrıverdi-60." (PDF). 2019-07-26 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2018-12-06.

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]