Seçki — Vikipediya

Seçkidövlət hakimiyyəti nümayəndələrinin, həmçinin ictimai təşkilatların rəhbər orqanlarının seçilməsi üsulu.[1] Seçkilər qanunda nəzərdə tutulan seçki reqlamentinə uyğun olaraq gizli və açıq keçirilir.[2]

Müasir demokratiyanın bərqərar olmasının təsirli mexanizmləri sırasında seçkilər həlledici rol oynayır. Xalq hakimiyyətinin həyata keçirilməsinin təmin edilməsi seçkilər nəticəsində meydana çıxır. Seçkilər hakimiyyətin xalq etimadını və müdafiəsinin əldə etməsinin ən təsirli və sınanmış vasitəsidir. Bu mühüm vasitə cəmiyyəti ədalətsizlikdən və diktatura təhlükəsindən qoruyur.[3]

Dünya təcrübəsində seçki sisteminin iki əsas tipi – majoritar seçki sistemiproporsional seçki sistemi mövcuddur. Bunlardan əlavə bir sıra ölkələrdə hər iki sistemin ayrı-ayrı ünsürlərini özündə əks etdirən qarışıq seçki sistemi adlanan formada tətbiq edilir.

Estoniyada seçki yaşına çatmamış şəxslərin e-seçki barəsində məlumatlandırılması və vərdişlərinin artırılması üçün "kölgə səsverməsi" həyata keçirilir.[4]

Azərbaycan Respublikasında seçki hüququ[redaktə | mənbəni redaktə et]

border=none Əsas məqalə: Azərbaycanda seçkilər

Seçki hüququ Azərbaycan Respublikasında seçkili dövlət orqanlarının təşkili qaydalarını nizamlayan hüquq normalarının sistemidir. Seçki hüququ ölkənin Konstitusiyası ilə müəyyən edilir. Konstitusiyanın "Əsas insan və vətəndaş hüquqları və azadlıqları" adlı III fəslində təsbit edilmişdir ki, Azərbaycan Respublikası vətəndaşlarının dövlət orqanlarma seçmək və seçilmək, habelə referendumda iştirak etmək hüququ vardır. Seçki hüququ sahəsində yaranan münasibətlər Seçki Məcəlləsi ilə tənzimlənir.

Vətəndaşlarm seçmək və seçilmək hüququ Azərbaycan Respublikasında dövlət işlərinin və ictimai işlərin idarə olunmasında onların iştirakı haqqında Konstitusiya ilə verilmiş hüquqlarıın ən mühüm hüquqi təminatıdır. Respublikanın vətəndaşları seçki qanunları ilə müəyyən edilmiş qaydada ümumi, bərabər, birbaşa seçki hüququ əsasmda sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçib-seçilirlər.

Seçkilər günü 18 yaşı tamam olan və ya yaşı 18-dən çox olan bütün Azərbaycan Respublikası vətəndaşlarının seçmək hüququ vardır. 18 yaşına çatmış və fəaliyyət qabiliyyəti olan vətəndaşların hamısı seçki hüququna malikdirlər.

Mənşəyinə, siyasi baxışlarma, sosial və əmlak vəziyyətinə, irqi və milli mənsubiyyətinə, cinsinə, təhsilinə, dilinə, dinə münasibətinə, məşğuliyyət növünə və xarakterinə görə Azərbaycan Respublikası vətəndaşlannm seçki hüquqlarının birbaşa, dolayısı ilə və ya başqa şəkildə məhdudlaşdırılması qadağandır.[5]

Həmçinin bax[redaktə | mənbəni redaktə et]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. Сечки // Азәрбајҹан Совет Енсиклопедијасы: [10 ҹилддә]. VIII ҹилд: ПрадоСпринт. Бакы: Азәрбајҹан Совет Енсиклопедијасынын Баш Редаксијасы. Баш редактор: Ҹ. Б. Гулијев. 1984. С. 364.
  2. http://www.cec.gov.az/az/msk/secki-macallasi_2008.pdf
  3. "M. Rəhimov, İnsan və cəmiyyət, Ali məktəblər üçün dərs vəsaiti, Bakı 2010" (PDF). 2022-03-03 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2021-05-31.
  4. "Rəşad Mehbaliyev, E-demokratiya, e-nəsil, e-seçkilər… Avropa Gənclər Parlamenti, Krakov". 2014-02-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2011-07-13.
  5. AZƏRBAYCAN ELEKTORATI HAQQINDA