İqor Aşurbəyli — Vikipediya

İqor Aşurbəyli
İqor Rauf oğlu Aşurbəyli
Doğum tarixi 9 sentyabr 1963(1963-09-09) (60 yaş)
Doğum yeri
Təhsili
Fəaliyyəti təşkilati təsisçisi[d], mühəndis, iş adamı, alim, sahibkar, siyasətçi
Elmi dərəcəsi
Partiyası
ashurbeyli.ru

İqor Aşurbəyli (tam adı: İqor Rauf oğlu Aşurbəyli; 9 sentyabr 1963, Bakı) — Rusiya Hava Hücumundan Müdafiə Sistemləri Konserninin İdarədənkənar Ekspert Şurasının həmsədri[1]; "Almaz-Antey" konstruktor bürosunun sabiq rəhbəri[2] (2001–2011). Texnika elmləri doktoru. Socium Holdinq İdarə Heyətinin prezidenti. Asgardia Kosmos Millətinin qurucusudur.

Həyatı[redaktə | mənbəni redaktə et]

Əslən azərbaycanlı olan İqor Aşurbəyli 1963-cü ilin sentyabrın 9-da Bakıda doğulub.[3]

Təhsili[redaktə | mənbəni redaktə et]

1980-ci ildə bir sıra fənlərin ingilis dilində tədris olunduğu 27 nömrəli xüsusi orta məktəbi qızıl medalla bitirib. O, 1985-ci ilə Azərbaycan Sənaye İnsitutunu bitirib.[4] Azərbaycanlı alim Rafiq Əliyevin aspirantı olub.[5] Aşurbəyli Rafiq Əliyevin rəhbərliyi altında 30 may 1992-ci ildə Azərbaycan Sənaye İnsitutunda öz namizədlik işini müdafiə edib.[5] Elmi işinin mövzusu isə "D-Mərkəzləşdirilmiş sistemlərin qurulma prinsipləri"dir.[5]

Fəaliyyəti[redaktə | mənbəni redaktə et]

2011-ci ilədək İqor Aşurbəyli on il "Almaz-Antey" baş konstruktor bürosu sisteminə rəhbərlik edib.[1] Onun direktoru olduğu "Almaz" korporasiyası müasir Rusiyanın havadan müdafiə sisteminin qalxanı sayılan S-300S-400 raketlərinin istehsalı ilə məşhurlaşıb.

Təltif və mükafatları[redaktə | mənbəni redaktə et]

İ. Aşurbəyli Rus pravoslav kilsəsinin 2-ci və 3-cü dərəcəli "Moskva knyazı müqəddəs Daniil" (2000, 2002, 2008), "Şərəf" (2007) ordenləri, "Georgi Jukov" (1995), "1941–1945-ci illər Böyük Vətən müharibəsində Qələbənin 50 illiyi" (1995), "Rusiya Donanmasının 300 illiyi" (1996), "Moskvanın 850 illiyi" (1997) xatirə medalları ilə təltif olunub. Akademik V. Utkin adına qızıl medalın (2005), "SSRİ EA-nın akademiki A. A. Raspletin" gümüş medalının (2008) sahibidir. İki dəfə "İlin meneceri" Moskva müsabiqəsinin (2000, 2009), "Müəssisə Sahibi — Alim il" nominasiyasında "Rusiya Milli Olimpi" mükafatının (2003), "Rusiya iqtisadiyyatının lideri" milli mükafatının (2004), akademik A. Proxorov adına mükafatın (2008), "İlin adamı" milli mükafatının (2009) və s. laureatıdır.

Həmçinin bax[redaktə | mənbəni redaktə et]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. 1,0 1,1 RF məşhur S-300 komplekslərinin istehsalını dayandırıb Arxivləşdirilib 2016-03-15 at the Wayback Machine. trend.az, 15. avqust 2011  (az.)
  2. Moskvanın müdafiə sistemi yeniləşdirilir. bbc.co.uk, 15. avqust 2011  (az.)
  3. Bağıyeva, Mətanət. Xaricdə yaşayan azərbaycanlılar. Qısa bioqrafik məlumat kitabçası (PDF) (az.). Bakı: "Papirus NP". 2016. ISBN 978-9952-8299-1-4. 2017-10-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2017-10-21.
  4. Məşhur azərbaycanlı Rusiya mətbuatına müsahibə verib [ölü keçid]. anspress.com, 10. sentyabr 2013  (az.)
  5. 5,0 5,1 5,2 İqor Aşurbəyli — S-300 raketlərinin istehsalçısı Rafiq Əliyevin yetirməsidir. Arxivləşdirilib 2020-09-26 at the Wayback Machine modern.az, 22. oktyabr 2013  (az.)

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]