İmamlı məhəlləsi — Vikipediya

İmamlı və ya İnamlı məhəlləsi — Gəncədə yerləşən qədim məhəllələrdən biri. [1]

Haqqında[redaktə | mənbəni redaktə et]

Məhəllənin adı bəzi mənbələrə görə İmamzadəyə gedən yolun buradan keçdiyinə görə belə adlandırılmışdır. Digər mənbələrə görə isə bu əraziyə Şah Abbas tərəfindən Əfşar tayfalarından olan İmanlılar yerləşdirildikləri üçün məhəllə belə adlanıb. Eyni adlı məhəllələrə Azərbaycanın ŞamaxıBərdə şəhərlərində də rast gəlinir. İmamlı məhəlləsi şimaldan Molla Cəlilli (1905-ci ildən sonra), şərqdən Mürsəl ocağı qəbiristanlığı, cənubdan Əttarlar, qərbdən Şah Abbas meydanıDördyol məhəllələri ilə əhatələnmişdi. İmamlı məhəlləsinin sakinləri ticarət, sənətkarlıq (əsasən boyaqçılıq, şərbafçılıq, dulusçuluq) və xırda xidmət sahələrində (pirkeşiklik, odabaşılıq, arabaçılıq və s.) çalışırdılar. 1804-cü ilin mayında burada 39 ev, 226 nəfər (109 kişi+117 qadın) əhali qalmışdı. XX əsrin əvvəllərində isə İmamlıdakı ailələrin sayı 980-ə çatmışdı. İmamlı məscidi məhəllənin sayılan nəsillərindən birinin başçısı Hacı Saatlının vəsaiti hesabına tikildiyindən «Hacısaatlı məscidi» kimi də tanınırdı. Məhəllənin üzüm bağları əsasən Gəncəçayın sol sahili boyunca salınmışdı. Onların suvarılması və İmamlının su təchizatı Karxana arxının və Seyid kəhrizinin hesabına həyata keçirilirdi.[1] Burada Hacı saatlı hamamı, Xeyrənnisə hamamı, Xas hamamıİmamlı məscidi yerləşib.[2]

Məşhur şəxsləri[redaktə | mənbəni redaktə et]

Həmçinin bax[redaktə | mənbəni redaktə et]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. 1 2 N.Quliyeva, E.Həsənov. "Gəncənin sənətkarlıq məhəllələri XIX əsrin sonu - XX əsrin əvvəllərində" (PDF). static.bsu.az. 2013. 12 dekabr 2019 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 12 dekabr 2019.
  2. Fərrux Əhmədov. Gəncənin tarix yaddaşı. Bakı: Şirvannəşr. 1998.

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]