İllirik (Roma əyaləti) — Vikipediya

Bosniya və Herseqovina tarixi
Bosniya və Herseqovina gerbi
Bu məqalələr ölkə seriyasındandır
Slavyanlardan öncəki dövr
İllirikDalmatsiya
Orta əsrlər
Bosniya banatıBosniya krallığı
Osmanlı İmperiyası
Bosniya əyalətiBosniya vilayəti
Avstriya-Macarıstan
Bosniya və Herseqovina kondominiumu
Yuqoslaviya
Vrbas banovinasıDrina banovinasıZeta banovinasıXorvatiya banovinası
Müstəqil Xorvatiya Dövləti
Bosniya və Herseqovina Sosialist Respublikası
Müstəqillik dövrü
Bosniya və Herseqovina Respublikası, Xorvatiya Herseq-Bosna Respublikası, Serb Respublikası, Qərbi Bosniya Respublikası
Bosniya və Herseqovina

 
Roma əyaləti İllirik 10-cu əsrdən öncə
Balkanlarda Roma əyalətləri

İllirik (lat. Illyricum) — İlliriyanın yerində qurulan Roma Respublikasının əyaləti. Onun ərazisi müasir Albaniyadakı Drin çayından Xorvatiyanın şimalındakı İstriyaBosniya və Herseqovinadakı Sava çayına qədər uzanırdı. Əyalətin mərkəzi Xorvatiyanın müasir Split şəhəri yaxınlığında yerləşən Solin (lat. Salonae) şəhəri idi.

İlliriya e.ə. 168-ci ildə romalılar İlliriya padşahı Gentinin ordusunu məğlub edəndən sonra dağıldı. E.ə. 167-ci ildən İlliriyanın cənub hissəsi Romanın protektoratı altında formal olaraq müstəqil dövlət oldu.

Bu bölgə Roma üçün böyük strateji və iqtisadi əhəmiyyət daşıyırdı. İlliriya sahillərində bir neçə böyük ticarət limanı yerləşirdi və ərazilərində qızıl hasil olunurdu. Eqnatia yolu İlliriyada başlayırdı, hansı ki Adriatik sahilindən Dirarxiyi (indiki Durres) Mərmərə dənizinin sahilindəki Bizans ilə birləşdirirdi.

E.ə. 59-cu ildə Vatininin qanuna görə, illiriya Roma əyaləti İllirikə çevrildi və Sizalpin Qalliyası ilə birlikdə prokonsul olan Sezara verildi.

Roma dövləti eramızdan əvvəl 12—9-cu əsrlərdə Pannoniya müharibəsi (lat. Bellum Pannonicum) kimi tanınan bir sıra hərbi kampaniyalarda genişləndikcə İllirik əyaləti genişlənirdi. 10-cu ildə, Böyük üsyandan sonra (lat. Bellum Batonianum) İllirik əyaləti iki hissəyə bölündü: şimalda Pannoniya və cənubda Dalmatsia yarandı. "İllirik" sözü bu bölgənin adı kimi istifadə edilməyə davam etdi və daha sonra bu ad imperator Diokletian özünün yaratdığı İlliriya pretoriya prefekturasına da bu adı tətbiq etməyə başladı, buraya Pannoniya, Norik, KritFrakiyadan başqa bütöv Balkan yarımadası daxil idi.

Bu bölgənin yerli sakinləri tez-tez orduda görkəmli vəzifə sahibi idilər. II Klavdi, Avrelian, I Konstantin və Diokletian kimi Roma imperatorları və I AnastasiI Yustinian kimi Bizans imperatorları buralı idilər.

Ədəbiyyat[redaktə | mənbəni redaktə et]

  • Marjeta Šašel Kos. ''Appian and Illyricum''. Situla 43. (National Museum of Slovenia Ljubljana, 2005)
  • Danijel Dzino. ''Illyricum in Roman Politics, 229BC-AD68'' (Cambridge University Press, 2010) 242 pages