Çeddi Caqan — Vikipediya

Çeddi Caqan
ing. Cheddi Berret Jagan
Çeddi Caqan
Çeddi Caqan
Doğum tarixi 22 mart 1918(1918-03-22)[1][2][…]
Vəfat tarixi 6 mart 1997(1997-03-06)[2][3][…] (78 yaşında)
Vəfat yeri
Həyat yoldaşı
Təhsili
Fəaliyyəti siyasətçi, Stomatoloq
İmza
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Çeddi Berret Caqan (22 mart 1918[1][2][…]6 mart 1997[2][3][…], Vaşinqton) — Qayana dövlət və siyasi xadimi, Qayana prezidenti.[4]

ABŞ-dakı Hovard (1936–38), Şimal-Qərbi (1938–42) universitetlərində və Gənc Xristianlar Assosiasiyasının Mərkəzi kollecində (1938–42) təhsil almışdır. 1943–45-ci illərdə Corctaunda stomatoloq işləmiş, zəhmətkeşlərin hüquqları uğrunda hərəkata qoşulmuşdur. Siyasi hərəkət komitəsinin (1946) təsisçilərindən biridir.

1945–47-ci illərdə Britaniya Qvianasının ağdərili olmayan əhalisinin ittifaqının sədri, 1947–53-cü illərdə Qanunverici şuranın üzvü olmuşdur. 1950-ci ildə arvadı Canet Caqanla birlikdə Mütərəqqi Xalq Partiyasını (MXP) təsis etmişdir; 1970-ci ildən MXP-nin baş katibi idi. 1953-cü ildən Ümumdünya Sülh Şurasının, 1969-cu ildən Şuranın Rəyasət Heyətinin üzvü ol muşdur. 1953 və 1957–64-cü illərdə baş nazir, eyni zamanda 1953-cü ildən kənd təsərrüfatı, sonra isə torpaq sahələri və mineral ehtiyatları naziri, 1957–61-ci illərdə ticarət və sənaye naziri, 1961–64 illərdə inkişaf və planlaşdırma naziri işləmişdir. Sol müxalifətin dəyişilməz lideri, Milli assambleyanın deputatı (1964–73, 1976–92) idi. 1992-ci ilin oktyabrından Qayananın prezidenti olmuşdur.[4]

  1. 1 2 Джаган Чедди // Большая советская энциклопедия (rus.): [в 30 т.]. / под ред. А. М. Прохорова 3-е изд. Москва: Советская энциклопедия, 1969.
  2. 1 2 3 4 Cheddi Berrett Jagan // Brockhauz Ensiklopediyası (alm.).
  3. 1 2 Cheddi Jagan // Proleksis enciklopedija, Opća i nacionalna enciklopedija (xorv.). 2009.
  4. 1 2 Caqan// Azərbaycan Milli Ensiklopediyası (25 cilddə). — V cild. Bakı, 2009. — Səh.: 171.

Xarici keçidlər

[redaktə | vikimətni redaktə et]