Zviad Qamsaxurdiya — Vikipediya

Zviad Qamsaxurdiya
gürc. ზვიად კონსტანტინეს ძე გამსახურდია
14 aprel 1991 – 6 yanvar 1992
Əvvəlkivəzifə təsis edilib
SonrakıEduard Şevardnadze
Şəxsi məlumatlar
Doğum adı ზვიად გამსახურდია
Doğum tarixi 31 mart 1939(1939-03-31)[1]
Doğum yeri
Vəfat tarixi 31 dekabr 1993(1993-12-31)[2][1][…] (54 yaşında)
Vəfat yeri
  • Dzveli Xibula[d]
Vəfat səbəbi güllə yarası[d]
Dəfn yeri
  • Mtatsminda panteonu[d]
Təhsili
Fəaliyyəti siyasətçi, tərcüməçi, ədəbiyyat tarixçisi, filoloq, ədəbiyyat tənqidçisi
Atası Konstantin Qamsaxurdiya
Uşaqları 3
Dini Gürcü Ortodoks Kilsəsi
Elmi fəaliyyəti
Elmi dərəcəsi

İmzanın şəkli
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Zviad Konstantinoviç Qamsaxurdiya (gürc. ზვიად კონსტანტინეს ძე გამსახურდია; 31 mart 1939[1], Tbilisi31 dekabr 1993[2][1][…], Dzveli Xibula[d]) — Gürcüstan siyasətçisi, dissidenti, alimi və yazıçısı. O, Gürcüstan SSR Ali Sovetinin sədri (1990–1991) və Gürcüstanın 1-ci Prezidenti (14 aprel 1991 – 6 yanvar 1992) olmuşdur.

Postsovet respublikalardan olan Gürcüstan Respublikasının demokratik yolla seçilmiş 1-ci prezidenti olan Zviad Qamsaxurdiya daim Rusiyanı onun hökumətinə qarşı sui-qəsddə ittiham edirdi. O, Gürcüstanın inkişaf etdirilməsi üçün xarici dövlətlərdən kömək ala bilməmiş və Qamsaxurdiya hökuməti tərəfindən tanınan Çeçenistanın dövlət başçısı Cövhər Dudayevin simasında özünə etibarlı müttəfiq tapmışdır.

O, Gürcüstanı dəhşətli və qanlı vətəndaş müharibəsinə aparan dövlət çevrilişinin qurbanı oldu. Zviad Qamsaxurdiya Abxaziya ilə Gürcüstan arasında mövcud fikir ayrılıqlarının kökündə dayanır. O həmçinin, digər Qafqaz ölkələri ilə yaxın əlaqələr qurmuşdur.

Erkən həyatı[redaktə | mənbəni redaktə et]

Zviad Qamsaxurdiya 31 mart 1939-cu ildə Gürcüstan Respublikasının paytaxtı Tbilisi şəhərində anadan olmuşdur. O, əslən Zuqdididən, milliyətcə meqrel olan zadəgan gürcü ailəsində anadan olmuşdu. Onun atası akademik Konstantin Qamsaxurdiya XX əsrin aparıcı Gürcüstan yazıçılarından biri və keçmiş Gürcüstan Demokratik Respublikasının diplomatı olmuşdur. Zviad filologiya kursları almış, sonradan tərcüməçi və ədəbiyyatşünas kimi karyerasına başlamışdır.

Dissidentliyi[redaktə | mənbəni redaktə et]

İlkin dövrü[redaktə | mənbəni redaktə et]

İosif Stalinin gürcüstanlı olmasına baxmayaraq və ya elə məhz buna görə, sovet hakimiyyəti 1950-ci illərdə xüsusilə Gürcüstana qarşı qəddar siyasət aparırdı. Hökumət Nikita Xruşşovun hakimiyyəti dövründə Gürcüstan mədəniyyətinin təbliğini məhdudlaşdırmağa çalışırdı. Qamsaxurdiya 1955-ci ildə "Qorqasaliani" adlında yeraltı gənclər qrupu yaratmışdır. Qrup tarixi Gürcüstan kralı I Vaxtanq Qorqasalinin şərəfinə adlandırılmışdır. Bu qrup insan haqlarının pozulması ilə bağlı məlumatlar yaymağa çalışmışdır. Qamsaxurdiya 1956-cı ildə Tbilisi şəhərində SSRİ hakimiyyətinin Gürcüstan SSR-də apardığı ruslaşdırma siyasətinə qarşı təşkil edilən aksiya zamanı həbs edilmişdir. O, 1958-ci ildə antisovet materialları yaydığına görə yenidən həbs edilmişdir. Qamsaxurdiya 6 ay müddətinə Tbilisidə psixiatriya xəstəxanasına yerləşdirilmiş və ona "dekompensasiya ilə psixopatiya" diaqnozu qoyulmuşdur. Beləliklə, o, SSRİ-nin psixiatriyadan siyasi məqsədlər üçün istifadə edildiyi siyasətinin çoxsaylı qurbanlarından biri olmuşdur. cüstan vətəndaş müharibəsi}}


İstinadlar[redaktə | mənbəni redaktə et]