Zurab Pataridze — Vikipediya

Zurab Pataridze
Şəxsi məlumatlar
Doğum tarixi 9 sentyabr 1928(1928-09-09)
Doğum yeri
Vəfat tarixi 5 iyun 1982(1982-06-05) (53 yaşında)
Vəfat yeri
Vəfat səbəbi yol-nəqliyyat hadisəsi
Partiya
Təhsili
Fəaliyyəti siyasətçi

Təltifləri "Lenin" ordeni "Oktyabr inqilabı" ordeni "Qırmızı əmək bayrağı" ordeni

Zurab Aleksandroviç Pataridze (gürc. ზურაბ ალექსანდრეს ძე პატარიძე; 9 sentyabr 1928, Tiflis5 iyun 1982, Tbilisi) — gürcü və sovet dövlət xadimi. 1975-1982-ci illərdə Gürcüstan SSR Nazirlər Sovetinin sədri olmuşdur.

Həyatı[redaktə | mənbəni redaktə et]

1952-ci ildə Gürcüstan Politexnik İnstitutunu bitirmişdir. 1955-ci ildə Kommunist Partiyasının sıralarına qoşulmuşdur.

1952-ci ilin oktyabrından Çiatura şəhərində dağ idarəsinin növbə rəisi işləyirdi. Növbəti ilin iyununda sahə rəisi, 1957-ci ildə mədən müdiri, 1958-ci ilin mayında isə idarənin baş mühəndisi vəzifələrində çalışırdı. Nəhayət 1959-cu ildən mədən idarəsinə başçılıq etməyə başladı.

1962-ci ilin mart ayında Gürcüstan Kommunist Partiyasının Çiatura şəhəri komitəsinin birinci katibi seçildi. 1967-ci ilin sentyabr ayında Sov.İKP MK-nın təşkilati-siyasi işlərin təlimatçısı vəzifəsinə təyin olunmuşdur. 1972-ci ilin iyun ayından Gürcüstan SSR-nin Kp MK-nın katibi təyin edildi.

1975-ci il dekabr ayından 1982-ci ildə vəfatına qədər Gürcüstan SSR Nazirlər Sovetinə rəhbərlik edirdi.

SSRİ Ali Sovetinin 9-10 çağırış deputatı və 1976-cı ildən Sov. İkp MK üzvlüyünə namizəd olmuşdur.

1982-ci il iyunun 5-də avtomobil qəzasında həlak olmuşdur. Tbilisinin Saburtalo rayonunda yerləşən ictimai xadimləri panteonunda dəfn edilmişdir.

Mükafatları[redaktə | mənbəni redaktə et]

İstinadlar[redaktə | mənbəni redaktə et]

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]