ZunZuneo — Vikipediya

ZunZuneo
Loqonun şəkli
URL zunzuneo.com
Tipi sosial şəbəkə
Sahibi ABŞ Beynəlxalq İnkişaf Agentliyi
Açılma tarixi 2010

ZunZuneo (isp. ZunZuneo) – 2010-cu ildə Kubada yaradılmış "Kuba Twitteri" adlandırılan sosial şəbəkə. Son nəticədə, məlum olmuşdur ki, sosial şəbəkə ABŞ hökumətinin həyata keçirdiyi gizli əməliyyatın tərkib hissəsidir[1][2].

ZunZuneonun tarixi[redaktə | mənbəni redaktə et]

Sosial şəbəkə ABŞ-nin Beynəlxalq İnkişaf Agentliyi (USAİD) tərəfindən işlənib hazırlanmışdı. Asossiated Press agentliyinin təhqiqatı göstərmişdir ki, şəbəkənin istismarını həyata keçirən Creative Associates şirkəti Vaşinqtonda yerləşən qeyri-kommersiya şirkətidir və amerikan hökumət satınalmalarında yüz milyonlarla dollar qazanmışdır. Bu şirkət öz mənşəyini gizlətmək üçün bütün dünya üzrə saytlar açırdı.

Layihəni idarə etmək üçün Böyük Britaniyada şirkət yaradılmışdı və həmin şirkət də, öz növbəsində İspaniyada şirkət yaratmışdı. Ödənişlərin həyata keçirilməsi üçün isə Kayman adalarında MovilChat şirkəti yaradılmışdı. Hətta ABŞ Konqressi də layihədən xəbərsiz idi: onun üçün ayrılan pullar (təxminən 1,6 milyon dollar, başqa məlumata görə 1,2 milyon dollar[3]) guya ki Pakistanda həyata keçiriləcək layihə ilə pərdələnmişdi[4].

Hökumət layihəni kommersiya layihəsi kimi qələmə vermək üçün əlindən gələni edirdi: məsələn, ZunZuneoda yalançı kommersiya elanları yerləşdirilirdi, ilkin dövrlərdə siyasi mesajlar çatdırılmırdı[5].

Daha bir şirkət- Mobile Accord şirkəti layihənin texniki aspektləri ilə məşğul olurdu. Onun əməkdaşları məlumatlar bazası yaradaraq istifadəçilərin, yaşı, cinsi, yaşayış yeri, siyasi fikirləri və s. toplayırdılar[6].

21 aprel 2014-cü il tarixində Kosta-Rikanın La Nacion qəzeti yazmışdır ki, 2009-cu ilin ortalarından başlayaraq il yarım ərzində ZunZuneo layihəsi Kosta-Rika əraisindən idarə edilmişdir[7].

"Zunzuneo" Kuba slenqində kolibri quşunun çıxardığı səsin adıdır. Sosial şəbəkə neytral mövzularda (futbol, musiqi, qasırğaların cədvəli və s.) ünsiyyəti dəstəkləyirdi, lakin Assosiated Pressin məlumatlarına görə, gələcəkdə siyasi mövzulara da keçid planlaşdırılırdı. Mövcud olduğu iki il ərzində (2010–2012-ci illər) sosial şəbəkə 40 minədək istifadəçi qazansa da, 2012-ci ildə xəbərdarlıq olunmadan bağlanmışdı[2][8]

Ağ Evin və Kubanın reaksiyası[redaktə | mənbəni redaktə et]

Assosiated Pressin apardığı təhqiqatın materialları yayıldıqdan sonra 2014-cü ilin aprel ayında ABŞ hökuməti etiraf etmişdi ki, bu layihəni Kubada inqilabi fəallığı dəstəkləmək üçün maliyələşdirirdi. Ağ Evin mətbuat katibi Cey Karni bildirmişdi ki, bu layihə nə "gizli" (ing. covert), nə də "kəşfiyyat" (ing. intelligence) əməliyyatı deyil[2], Ağ Evin sözçüsü Mari Harf isə Zunzuneonu "taktiki" (ing. "discreet") əməliyyat adlandırmışdı[9].

Kubanın XİN bildirmişdir ki, ZunZuneo layihəsi ilə ABŞ hökumətinin məqsədi Kuba telekommunikasiya sisteminə zərər vurmaq olmuşdur və amerikanlar telekommunikasiya sahəsində beynəlxalq hüquq normalarını pozmuşlar[10].

ZunZuneonun texnologiyası[redaktə | mənbəni redaktə et]

İnternet Kubada zəif yayılmışdır, lakin gənclər arasında sadə mobil telefonlar yayılmışdır. ZunZuneo istifadəçiləri arasında ünsiyyət yaradılması üçün sms-lərdən istifadə edirdi[11] və bu smslər pulsuz idi. Eyni zamanda, social şəbəkəyə hər sms 4 sentə başa gəlirdi və onlar bu vəsaiti Kubanın dövlət operatoru Cubacelə köçürürdülər. Qəribə situasiya yaranırdı: amerikan hökuməti gizli hesablardan Kuba hökumətinə on minlərlə dollar vəsait köçürürdü.

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. SECRETLY CREATED 'CUBAN TWITTER' TO STIR UNREST [ölü keçid]
  2. 2,0 2,1 2,2 "US confirms it made 'Cuban Twitter'". 2022-09-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-05-05.
  3. "Комитет сената США потребовал отчета по делу о "кубинском Twitter"". 2014-04-15 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2014-05-05.
  4. "твиттер" для Кубы [ölü keçid]
  5. "Washington, the Great Betrayer". 2021-10-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-05-05.
  6. "White House denies 'Cuban Twitter' ZunZuneo programme was covert". 2022-09-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-05-05.
  7. Коста-Рики требуют от США подробностей по ZunZuneo
  8. "Built 4 Cuban Tweets". 2016-03-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-05-05.
  9. "White House insists that Cuban Twitter was not covert". 2015-12-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-05-05.
  10. "Arxivlənmiş surət". 2014-04-09 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2014-05-05.
  11. "США уличили в попытке свергнуть Кастро с помощью кубинского аналога Twitter". 2014-07-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-05-05.