Zorge parkı — Vikipediya

Zorge parkı
Parkda yerləşən Rixard Zorge abidəsi.
Parkda yerləşən Rixard Zorge abidəsi.
Məlumatlar
Parkın tipi park
Yerləşməsi Nəsimi, Bakı, Azərbaycan Azərbaycan
Sahəsi 2,39 ha
Xəritədə yeri
Xəritə

Zorge parkıBakı şəhərinin Nəsimi rayonunda yerləşən park. Sovet İttifaqı Qəhrəmanı, İkinci dünya müharibəsində sovet kəşfiyyatçısı olmuş Rixard Zorgenin adını daşıyır. Vaqif prospekti ilə Səməd Vurğun küçələrinin kəsişməsində yerləşir. Sahəsi 2,39 hektardır. 2012-ci ildə təmir olunub.[1]

Haqqında[redaktə | mənbəni redaktə et]

Bakının çox geniş ərazidə yerləşən köhnə parkı olan Zorge parkı bir neçə əyləncə yerini, o cümlədən uşaqlar üçün müasir attraksion parkını birləşdirir. Burada əhalinin istirahət etməsi üçün gözəl şərait yaradılıb, abadlıq və yaşıllaşdırma işləri aparılıb.[2]

1981-ci ildə parkda kəşfiyyatçı Rixard Zorgenin xatirəsinə abidə ucaldılıb. Abidənin müəllifləri - heykəltaraş V.Tsiqal və arxitektor R.Əliyev konstruksiyanın əsas mahiyyətini orijinal şəkildə çatdırmağa müvəffəq olublar. Divar şəklində abidənin üzərində kəşfiyyatçının təsviri həkk olunub. Onun diqqətli baxışları sanki ətrafdakıları müşahidə edir. Başdan-başa yaşıllıq içində olan park boyu rahat skamyalar düzülüb, uşaq meydançaları yaradılıb. Burada rayon səviyyəli tədbirlər keçirilir.[2]

2012-ci ildə parkda ucaldılan Koroğlu abidəsi də diqqətəlayiq abidələrdən biridir. Abidənin yerdən hündürlüyü 23 metrdir. Əfsanəvi Qıratın belində oturan Koroğlu monumenti Ukraynada tuncdan tökülüb. Kompozisiyanın müəllifi Tokay Məmmədovdur.[2]

İstirahət guşəsində "Koala Park" əyləncə mərkəzi də fəaliyyət göstərir. Bura həm uşaqlar, həm də böyüklər üçün eyni dərəcədə maraqlıdır.[2]

Həmçinin bax[redaktə | mənbəni redaktə et]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "Nəsimi rayonunun inzibati ərazisində mövcud olan parklar". Nəsimi RİH (az.). 2022-02-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 11 aprel 2018.
  2. 1 2 3 4 "Bakının 12 əfsanəvi parkı". Azertag (az.). 28 iyun 2016. 2017-08-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 11 aprel 2018.