Ziya Bünyatzadə — Vikipediya

Ziya Bünyatzadə
Bünyatzadə Ziya Əli oğlu
Doğum tarixi
Doğum yeri Gəncə, Azərbaycan SSR, SSRİ
Vəfat tarixi
Vətəndaşlığı SSRİ SSRİ
Azərbaycan Azərbaycan
Milliyyəti azərbaycanlı
Elmi dərəcəsi geologiya-mineralogiya elmləri doktoru
Təhsili Azərbaycan Dövlət Universiteti
Mükafatları Azərbaycan SSR dövlət mükafatı laureatı

Bünyatzadə Ziya Əli oğlu (1937, Kirovabad1997) — geologiya-mineralogiya elmləri doktoru.

Həyatı[redaktə | mənbəni redaktə et]

Bünyatzadə Ziya Əli oğlu Gəncə şəhərində anadan olmuşdur. 1960-cı ildə mühəndis-geoloq ixtisası üzrə Azərbaycan Dövlət Universitetinin (indiki BDU) geoloji-coğrafiya fakültəsini fərqlənmə ilə bitirmişdir. 1958-ci ildən Azərbaycan Elmlər Akademiyasının Geologiya İnstitutunda (indiki Geologiya və Geofizika İnstitutu) işləmişdir. 1964–1970-ci illərdə Respublikanın Nazirlər Soveti sədrinin referenti və işlər müdirinin müavini işləmişdir. 1969-cu ildə "Cənubi Xəzər çökəkliyinin qaz-neft vulkanizmi və onların təzahür qanunauyğunluğu" mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir. Neft yataqlarının yarıq tektonikası ilə əlaqəsi, palçıq vulkanizmi və böyük dərinliklərin neft-qazlılığı problemləri üzrə işləmişdir. 1988-ci ildə bir qrup alimlə birlikdə "Azərbaycan SSR-in neft-qaz yataqlarının və perspektivli strukturlarının xəritəsi"nin tərtibinə görə Azərbaycan SSR Dövlət Mükafatına layiq görülmüşdür.[1] 1991-ci ildə "Qaz-neft vulkanizmi və neft-qaztoplanma" mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir.

Elmi fəaliyyəti[redaktə | mənbəni redaktə et]

Bünyatzadə Z. Ə. AMEA Geologiya İnstitutunun (indiki Geologiya və Geofizika İnstitutu) "Neftin genezisi və böyük dərinliklərin neftqazlılıq problemi" laboratoriyasına rəhbərlik etmişdir. 200-dən çox elmi işin müəllifi və bir neçə monoqrafiyanın həmmüəllifidir.

O, Azərbaycan Prezidenti yanında AAK-ın Yer haqqında elm üzrə Ekspert şurasının sədri, Rusiya EA-nın Qafqaz və Zaqafqaziya üzrə Geologiya və neft-qaz yataqlarının işlənməsi üzrə elmi şurasının elmi katibi, Beynəlxalq Şərq Neft Akademiyasının həqiqi üzvü, Beynəlxalq Mühəndis Akademiyasının müxbir üzvü olmuşdur.

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "Arxivlənmiş surət". 2017-10-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-06-20.

Mənbə[redaktə | mənbəni redaktə et]

  • "Azərbaycanın geoloq və geofizik alimləri" // Bakı, "Nafta-Press" nəşriyyatı, 2004, 362 s.