Zeynal Şahhüseynli — Vikipediya
Zeynal Şahhüseynli | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Masallı, Azərbaycan |
Vəfat tarixi | (23 yaşında) |
Vəfat yeri | Azərbaycan |
Dəfn yeri | Masallı, Azərbaycan |
Vətəndaşlığı | Azərbaycan |
Atası | Fizuli Şahhüseynli |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | Azərbaycan Ordusu |
Qoşun növü | Quru Qoşunları |
Xidmət illəri | 2016-2017/2020 |
Rütbəsi | Əsgər |
Vəzifəsi | kəşfiyyatçı |
Döyüşlər | Vətən müharibəsi • Cəbrayılın azad edilməsi • Füzulinin azad edilməsi |
Təltifləri |
Zeynal Fizuli oğlu Şahhüseynli (17 may 1998; Masallı, Azərbaycan — 16 iyun 2021; Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, Vətən müharibəsi şəhidi.
Həyatı[redaktə | mənbəni redaktə et]
Zeynal Şahhüseynli 17 may 1998-cu ildə Masallı şəhərində anadan olmuşdur. 2015-ci ildə İsfəndiyər Zülalov adına tam orta məktəbində təhsil almışdır. Hərbi xidmətini başa vurduqdan sonra dini təhsilini Bakı şəhərində almış və İranın Qum şəhərinin elmi hövzəsində davam etmişdir. Ailəli idi.
Hərbi xidməti[redaktə | mənbəni redaktə et]
Zeynal Şahhüseynli 2016-2017-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmət qulluqçusu olmuşdur. Hərbi xidmətini kəşfiyyatçı olaraq başa vurmuşdur.
Azərbaycan Ordusunun əsgəri olan Zeynal Şahhüseynli 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində könüllü olaraq iştirak etmişdir. Cəbrayılın və Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Zeynal Şahhüseynli Füzuli istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı ağır yaralanmış və Bakı Şəhər Hərbi Hospitalına yerləşdirilmişdir. Müalicəsini hospitalda aldıqdan sonra ev şəraitində davam etdirmişdir.
Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarının məhv edilməsi ilə qoşunların döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 18.12.2020-ci il tarixli Sərəncamına əsasən Zeynal Şahhüseynli "Cəsur döyüşçü" medalı ilə təltif edildi.[1]
Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən Zeynal Şahhüseynli "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi.[2]
Zeynal Şahhüseynli 2021-ci il iyunun 5-də komaya düşmüş, həmin ilin 16 iyun tarixində müalicə aldığı xəstəxanada şəhid olmuşdur. Azərbaycan Prezidenti İlham Əliyevin təltifində onun Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında şəhid olduğu bildirilmişdir.[3]
Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 05.11.2021-ci il tarixli Sərəncamına əsasən Zeynal Şahhüseynli ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.[3]
Təltifləri[redaktə | mənbəni redaktə et]
- (18.12.2020) — "Cəsur döyüşçü" medalı[4]
- (24.12.2020) — "Cəbrayılın azad olunmasına görə" medalı[5]
- (05.11.2021) — "Füzulinin azad olunmasına görə" medalı (ölümündən sonra)[6]
İstinadlar[redaktə | mənbəni redaktə et]
- ↑ Azərbaycan Prezidentinin saytı. "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Cəsur döyüşçü" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 18.12.2020-ci il tarixli Sərəncamı". www.president.az ( (az.)). 18.12.2020. 2021-02-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 18.12.2020.
- ↑ "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 24.12.2020-ci il tarixli Sərəncamı" ( (az.)). 24.12.2020. 2020-12-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24.12.2020.
- ↑ 1 2 Azərbaycan Prezidentinin rəsmi saytı. "Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında şəhid olmuş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 05.11.2021-ci il tarixli Sərəncamı". www.president.az ( (az.)). 05.11.2021. 2021-11-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 05.11.2021.
- ↑ Normativ hüquqi sənədlərin vahid internet bazası. "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Cəsur döyüşçü" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 18.12.2020-ci il tarixli Sərəncamı". www.e-qanun.az ( (az.)). 18.12.2020. 2021-02-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 18.12.2020.
- ↑ "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 24.12.2020-ci il tarixli Sərəncamı" ( (az.)). 24.12.2020. 2020-12-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24.12.2020.
- ↑ Azərbaycan Prezidentinin rəsmi saytı. "Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında şəhid olmuş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 05.11.2021-ci il tarixli Sərəncamı". www.president.az ( (az.)). 05.11.2021. 2021-11-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 05.11.2021.