Zemfira Verdiyeva — Vikipediya

Zemfira Verdiyeva
Doğum tarixi
Doğum yeri Tiflis
Vəfat tarixi [1] (74 yaşında)
Vəfat yeri Bakı
Vətəndaşlığı SSRİ SSRİ
Azərbaycan Azərbaycan
Milliyyəti azərbaycanlı
Elm sahəsi xarici dillər
Elmi dərəcəsi xarici dillər üzrə ilk qadın elmlər doktoru
Elmi adları professor, AMEA-nın müxbir üzvü
Alma-mater Azərbaycan Dövlət Pedaqoji Dillər İnstitutu
İngilis-fransız dili fakültəsi
Tanınır xarici dillər üzrə ilk qadın elmlər doktoru, alim kimi
Mükafatları "Şöhrət" ordeni
"İlin qadını" mükafatı
"Əsrin qadını" qadını
"Sülhməramlı Səfir" mükafatı

Zemfira Nadir qızı Verdiyeva — Azərbaycanın ilk xarici dillər üzrə qadın elmləri doktoru, professor, AMEA-nın müxbir üzvü

Həyatı[redaktə | mənbəni redaktə et]

Zemfira Nadir qızı Verdiyeva 19 noyabr 1935-ci ildə Tiflis şəhərində anadan olmuşdur. Həmin ildə ailəsi ilə birlikdə Bakı şəhərinə köçmüşdür. 1943-1945-ci illərdə 189 saylı (rus dilli) orta məktəbdə təhsil almış, 1953-cü ildə Azərbaycan Dövlət Pedaqoji Dillər Universitetində (İngilis-fransız dili fakültəsi) daxil olmuş, 1957-ci ildə oranı fərqlənmə diplomu ilə bitirmişdir. 1957-1995-ci illər arasında Azərbaycan Dövlət Pedaqoji Dillər İnstitutunda laborant, pedaqoji təcrübə müdiri, müəllim, kafedra müdiri, 1973-cü ildən 1995-ci ilə qədər rektor vəzifəsində çalışmışdır.

1965-ci ildə namizədlik dissertasiyasını müdafiə etmiş, 1968-ci ildə dosent elmi adına yiyələnmişdir. 1971-ci ildə doktorluq disser­tasi­yası mü­dafiə etmiş, 1972-ci ildə professor elmi adına layiq görülmüşdür. 1989-cu ildə Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü seçilmişdir.

Z. Verdiyevanın dünya ölkələrindən aldığı 50-dən çox şlyapadan ibarət zəngin baş geyimləri kolleksiyası var.

Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü Zemfira Verdiyeva 9 noyabr 2010-cu ildə Bakıda vəfat etmişdir.

Ailəsi[redaktə | mənbəni redaktə et]

Alimin iki qızı var. Onlardan biri elmlər doktoru, professor, digəri isə hüquqşünasdır.

Elmi fəaliyyəti[redaktə | mənbəni redaktə et]

1965-ci ildə namizədlik dissertasiyası müdafiə etmiş, 1968-ci ildə dosent elmi adını almışdır. 1971-ci ildə doktorluq dissertasiyası müdafiə etmiş, 1972- ci ildə professor elmi adına layiq görülmüşdür. 1989-cu ildə Azərbaycan Elmlər Akademiyasının müxbir üzvü seçilmişdir.

Alimin Azərbaycanda və xarici ölkələrdə 190-a qədər kitab, monoqrafiya və dərs vəsaitləri çapdan çıxmışdır. Onun elmi-pedaqoji fəaliyyəti haqqında 372 məqalə çap edilmişdir.[2]

Z.Verdiyeva 1990-1995-ci illər ərzində Azərbaycan Ali Sovetinin deputatı olmuşdur. 1989-cu ildən Azərbaycan Qadınlar Cəmiyyətinin sədri vəzifəsində çalışmış və bu müddətdə dünyada 65 qadın təşkilatı ilə əlaqə yaratmışdır. Bu cəmiyyət 1920-ci ildə yaradılıb, hazırda öz sıralarında 75 mindən artıq qadını birləşdirir. Azərbaycan Dillər Universitetində namizədlik və doktorluq dissertasiyaları üzrə Müdafiə Şurasının üzvü olmuşdur. Bir sıra doktorant və aspirantlara rəhbərlik etmiş, müxtəlif ali təhsil ocaqlarında elmi işlərə opponentlik etmişdir. Dünyanın 65-dən çox ölkəsində olmuş və onların 30-dan çoxunun universitetlərində mühazirələr oxumuşdur.

1990-cı ildə Türkiyə prezidentinin xanımı Səmra Özal onun dəvəti ilə Bakıya gəlib.[3]

1991-ci ildə Türk Qadını Gücləndirmə və Tanıtma Vaqfının sədri Səlma Özalın dəvəti ilə respublikanın tanınmış qadınları Türkiyədə səfərdə olublar.[3]

Mükafatlar[redaktə | mənbəni redaktə et]

Xarici şəkil
Harri Kasparov ilə Xarici Dillər İnstitutunda, Bakı, 1985.[4]

Zemfira Verdiyeva Azərbaycanın "Şöhrət" ordeninə, İngiltərə Bioqrafiya Mərkəzi tərəfindən 1998-2003-cü illərdə "İlin qadını", 2000-ci ildə isə "Əsrin qadını" adlarına layiq görülmüşdür.[3] Bununla yanaşı, dünyada ictimai fəaliyyətinə görə ABŞ, İngiltərə, Kanada, Cənubi Koreya və s. ölkələrin mükafatlarını almışdır. BMT-nin nəzdində fəaliyyət göstərən "Bütün Dünyada Sülh" federasiyası tərəfindən "Sülhməramlı Səfir" diplomu ilə təltif edilmişdir.

Z.Verdiyevanın tərcümeyi-halı 1998-ci ildə Nyu-Yorkda (ABŞ) "Beynəlxalq Tərcümeyi-Hal" Soraq Kitabçasına daxil edilmişdir. Həmçinin, xarici dillər üzrə ilk qadın elmlər doktoru kimi Azərbaycan Milli Ensiklopediyasına daxil olmuşdur.[2]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "Xarici Dillər Universitetinin keçmiş rektoru Zemfira Verdiyeva vəfat edib". 2022-03-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-03-10.
  2. 2,0 2,1 "Verdiyeva Zemfira Nadir qızı" (az.). https://science.gov.az. Archived from the original on 2022-03-10. İstifadə tarixi: 14 fev 2024.
  3. 3,0 3,1 3,2 ""Əsrin qadını" adına layiq görülən Zemfira Verdiyeva" (az.). https://umayclub.com/. 10 iyul 2020. Archived from the original on 2024-02-14. İstifadə tarixi: 14 fev 2024.
  4. "Шахматный гений Каспаров". Diletant.media. 2024-03-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-03-14.

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]