Zbiqniev Bonek — Vikipediya

Zbiqniev Bonek
pol. Zbigniew Boniek
Ümumi məlumatlar
Doğum tarixi 3 mart 1956(1956-03-03)[1] (68 yaş)
Doğum yeri
Vətəndaşlığı
Boyu 180 sm
Çəkisi 76 kq
Mövqeyi yarımmüdafiəçi, hücumçu
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Zbiqniev Bonek (3 mart 1956[1], Bıdqoş[2]) — Polşalı keçmiş futbolçu, məşqçi, idman funksioneri. UEFA-nın hazırkı vitse-prezidenti. O, əsasən yarımmüdafiəçi kimi oynasada, sağ cinah və ikinci hücumçu kimi oynamağı bacarırdı.

O, bütün zamanların ən böyük polşalı oyunçularından biri hesab olunur və 2004-cü ildə Pele tərəfindən yaşayan 100 ən yaxşı futbolçudan biri seçilib.[3]

Karyera[redaktə | mənbəni redaktə et]

Klub Karyerası[redaktə | mənbəni redaktə et]

Zbiqnev Boniek karyerasına 1973-cü ildə "Zavişa" klubunda başlayıb. Daha sonra 1975-ci ildə "Vidzev" klubuna keçən futbolçu, 1982-ci ilə kimi bu klubda çıxış edir.

Bonek Avropanın güclu liqalarından birində özünü sınayan ilk polyaklardandır. 1982-ci ildə İtaliyanın "Yuventus" klubuna keçən Zbiqnev Bonek burada dərhal əsas heyət oyunçusuna çevrilir. Mişel Platini ilə bir tandemdə çıxış edir. 80-ci illərin birinci yarısında "Yuventus"un oyununu böyük ölçüdə müəyyən edən bu tandem olur.

Baş məşqçi Covanni Trapattoninin rəhbərliyi altında Bonek 1984-cü ildə Kuboklar Kubokunu, həmin ilin Avropa Super Kubokunu və nəhayət, 1985-ci ildə Avropa Çempionlar Kubokunu qazandı. Beləliklə, "Yuventus" muzeyi eyni vaxtda üç ən nüfuzlu Avropa kuboku ilə bəzədilmiş ilk futbol klubu oldu (bundan əvvəl "Qoca Sinyora" yalnız 1977-ci il UEFA Kubokunu qazanmışdı).

1985-ci ildə İtaliyanın başqa bir klubu "Roma" klubuna keçir.

Milli komanda karyerası[redaktə | mənbəni redaktə et]

O, ölkəsinin millisi ilə birlikdə 1982-ci il dünya çempionatının "bürünc"ünü qazanıb. Həmin dünya çempionatında o, Belçika millisinə qarşı het-trik edib. Ümumilikdə Polşa Milli komandasının heyətində Zbiqnev Bonek 80 oyunda meydana çıxıb və 24 qol vurub.

Məşqçi karyerası[redaktə | mənbəni redaktə et]

Boniek futbolçu kimi peşəkar karyerasını başa vurduqdan sonra bir neçə il ortabab İtaliya klublarını çalışdırıb, bundan sonra Polşa Futbol İttifaqının təklifini qəbul edərək, onun vitse-prezidenti olur.

2002-ci ilin iyulunda Bonek Polşa millisinin baş məşqçisi kimi debüt edir, lakin o, uzun müddət orada qalmır. Beş oyundan sonra başqa məşqçi ilə əvəzlənir.

Statistika[redaktə | mənbəni redaktə et]

Klub və mövsümlərə görə oyun və qol sayı
Klub Mövsüm Liqa Kubok Beynəlxalq Toplam
Dvizion Oyun Qol Oyun Qol Oyun Qol Oyun Qol
"Vidzev" 1975–76 Ekstraklasa 27 7 0 0 0 0 27 7
1976–77 24 9 1 0 0 0 25 9
1977–78 30 11 2 1 4 3 36 15
1978–79 28 4 1 1 0 0 29 5
1979–80 26 10 2 1 2 1 30 12
1980–81 11 1 0 0 5 0 16 1
1981–82 26 8 3 2 2 0 31 10
Toplam 172 50 9 5 13 4 194 59
Yuventus 1982–83 A Seriyası 28 5 12 3 9 2 49 10
1983–84 27 3 6 2 9 4 42 9
1984–85 26 6 6 3 10 3 42 12
Toplam 81 14 24 8 28 9 133 31
Roma 1985–86 A Seriyası 29 7 5 1 0 0 34 8
1986–87 26 4 6 4 2 0 34 8
1987–88 21 6 3 1 0 0 24 7
Toplam 76 17 14 6 2 0 92 23
Karyerasında toplam 329 81 47 19 43 13 419 113

Uğurları[redaktə | mənbəni redaktə et]

Komanda ilə[redaktə | mənbəni redaktə et]

  • Dünya Kubokunun bürünc mükafatçısı: 1982
  • Futbol üzrə İtaliya kubokunun qalibi: 1983, 1986
  • A seriyasının çempionu: 1982, 1984
  • Avropa kubokunun qalibi: 1985
  • Kuboklar Kubokunun qalibi: 1984
  • UEFA Super Kubokunun qalibi: 1984

Fərdi[redaktə | mənbəni redaktə et]

  • Polşada ilin futbolçusu: 1978, 1982
  • Dünya Kubokunun simvolik komandasına daxil edilib: 1982
  • FIFA 100 siyahısına daxildir
  • Golden Foot: 2009 ("Futbol Əfsanələri" nominasiyasında)[4]
  • FAI International Football Awards: Beynəlxalq Şəxsiyyət: 2012[5]
  • İtaliya Futbol Şöhrət Zalı: 2019[6]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. 1 2 Zbigniew Boniek // Transfermarkt (çd.). 2000.
  2. 1 2 90minut.pl (pol.). 2003.
  3. "Zbigniew Boniek". PlanetWorldCup.com. 26 August 2009 tarixində arxivləşdirilib. İstifadə tarixi: 13 March 2017.
  4. "Legends" (ingilis). Golden Foot. 25 sentyabr 2015 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 18 yanvar 2023.
  5. "Stars honoured at 23rd International Awards". fai.ie (ingilis). FAI. 3 fevral 2013. 11 fevral 2015 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 18 yanvar 2023.
  6. "Pirlo, Mazzone, Boniek in Hall of Fame" (ingilis). Football Italia. 5 fevral 2020. 2020-07-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 18 yanvar 2023.

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]