Zakir Əhmədov — Vikipediya

Zakir Əhmədov
Doğum tarixi 1955
Doğum yeri
Fəaliyyəti heykəltaraş
Təhsili
Mükafatları "Humay" mükafatı

Zakir Əhmədov (1955, Bakı) — Azərbaycan heykəltaraşı.

Həyatı[redaktə | mənbəni redaktə et]

Azərbaycan heykəltaraşı Zakir Əhmədov 1955-ci ildə Bakı şəhərində anadan olub.

O, 1978-ci ildə Əzim Əzimzadə adına Dövlət Rəssamlıq Məktəbinin, 1988-ci ildə isə Mirzağa Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun heykəltaraşlıq fakültələrini bitirib.

1978-ci ildən dünyanın bir çox ölkələrində keçirilən sərgilərdə iştirak edir.

1989-cu ildə Azərbaycan və SSRİ Rəssamlar İttifaqının üzvü seçilib.

2005-ci ildə "Humay" milli mükafatına layiq görülüb.

Zakir Əhmədovun heykəlləri Azərbaycan, Türkiyə, Rusiya, Polşa, Çexiya, Cənubi Afrika, Fransa, Almaniya, Böyük Britaniya, ABŞ və cox ölkələrdəki şəxsi kolleksiyalarda saxlanılır.

İştirakçısı olduğu sərgilər[redaktə | mənbəni redaktə et]

Zakir Əhmədov "Sevgi" 2002.

1985. Finlandiyada Azərbaycan günləri.

1986. SSRİ xalqlarının sərgisi.

1987. Bakıda Azərbaycan günləri.

1988. Moskvada Sovet gənclər günləri.

1989. Polsada müasir heykəltaraşlıq sərgisi.

1991. M.F.Axundov adına Milli Kitabxanada Memar Əcəminin abidəsi.

1995. Bakıda fərdi sərgi.

1998. Bakıda fərdi sərgi.

1999. Bakıda birgə sərgi.

2000. Bakıda birgə sərgi.

2003. Türkiyədə fərdi sərgi. (Ankara)

2004. Türkiyədə birgə sərgi. (İstanbul)

2005. Türkiyədə birgə sərgi. (Antalya)

2006. Bakıda birgə sərgi.

2013. Bakıda birgə sərgi.

Bakı şəhərində müəllifi olduğu əsərlər[redaktə | mənbəni redaktə et]

2009. Metronun "Azadlıq" stansiyasında “Doğma Azərbaycan” divar qabartmaları.

2010. Nizami küçəsində “Köhnə Bakı” divar qabartmaları.

2011. Zabitlər Parkında “Çayçı” heykəli.

2011. Üzeyir Hacıbəyov küçəsində “Köhnə Bakı” əsəri.

2012. İçərişəhərdə “Qoca bağban” heykəli.

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]