Zabit Səmədov — Vikipediya

Zabit Səmədov
belar. Забіт Самедаў
Şəxsi məlumatlar
Doğum adı Zabit Mübariz oğlu Səmədov
Vətəndaşlığı SSRİ SSRİ
Gürcüstan Sovet Sosialist Respublikası Gürcüstan SSR
Belarus Belarus
Doğum tarixi 21 iyun 1984(1984-06-21) (39 yaş)
Doğum yeri
Boyu 1.83 m
İdman növü Kikboksinq
Rəsmi saytı

Zabit Mübariz oğlu Səmədov (belar. Забіт Самедаў; 21 iyun 1984, Candar, Qardabani rayonu) — Gürcüstanda azərbaycanlı ailəsində anadan olmuş, Azərbaycan idmançısıdır.

Həyatı və karyerası[redaktə | mənbəni redaktə et]

Zabit Səmədov Gürcüstanda azərbaycanlı ailəsində anadan olub və 10 yaşında Minskə köçmüşdür. O, 9 yaşından idmanla məşğul olmağa başlamışdır. Əvvəllər o, Əziz Dursunovun təlimi altında 6 ay karate ilə məşğul olmuşdur. Sonra o Muay tay idman növü ilə məşğul olmağa başlayır. 1998-ci ildən etibarən o, Minskdə məşhur klub olan Chinuk GYM-də idmanını davam etdirir. O (en:Alexey Ignashov) və (en:Sergei Gur) ilə birlikdə məşqçi Dmitry Pioçeski təlimi altında məşqini sürdürür. Zabit Səmədov həvəskar karyerasında bir neçə dəfə dünya və avropa çempionu olmuşdur. Sonradan Zabit Səmədov peşakar döyüşlərə üz tutmuşdur. Hal-hazırda Belarusda yaşayır.

26 yanvar 2007-ci ildə Fransada keçirilən K-1 Rules Kick Tournament 2007 in Marseilles 3 döyüş keçirir və sonuncu döyüşdə Nokout ilə qələbə qazanaraq K-1 Rules Kick Tournament 2007 in Marseilles in birincisi olur.

17 avqust 2007-ci ildə Las Vegasda keçirilən K-1 World GP-də pozitif nəticə göstərmişdir. O bu yarışda 3 döyüş keçirmişdir: 2 döyüşdə qələbə qazanır finalda çox az xal ilə (en:Doug Viney )-ə məğlub olur.

26 aprel 2008-ci ildə Səmədov Niderlandda keçirilən K-1 World GP 2008 in Amsterdam-da iştirak edir və o bu yarışda da 3 döyüş keçirir.O ilk döyüşündə Doug Vineydən intiqamını alır sonrakı döyüşü də udur lakin finalda (w:en:Errol Zimmerman)a məğlub olur.

13 iyul 2008 ci ildə Səmədov k-1 in ən məşhur döyüşçülərindən biri olan (en:Ray Sefo ) ilə döyüşür. Bu döyüş Səmədov üçün çox çətin keçir, lakin o bu çətinliyin öhdəsindən gələrək qələbə qazanır.

23 May 2009-cu ildə Zabit Səmədov Polşada keçirilən () yarışına qoşulur. Səmədov bu yarışda 3 döyüş keçirir və 3 doyüşü də qələbə ilə başa vuraraq yarışın çempionu olur.

Mükafatları[redaktə | mənbəni redaktə et]

  • (en: K-1 World Grand Prix 2009 in Łódź, Łódź, Poland )
  • (en: K-1 World GP 2008 in Amsterdam, )
  • (en: K-1 World GP 2007 in Las Vegas )
  • 2007 K-1 Rules Kick Tournament in Marseilles champion
  • 2006 K-1 Fighting Network in Riga champion
  • 2006 K-1 Hungary Grand Prix champion in Debrecen
  • 2006 IFMA World Champion
  • 2006 WMF World Amateur Muay Thai Championship Winner in Thailand
  • 2004 WKBF European Kickboxing champion
  • 2004 WAKO Thaiboxing World champion in Ukraine
  • 2003 "Kristall Cup" Kickboxing runner-up
  • 2002 "Kristall Cup" Kickboxing champion
  • 2002 WKBF BARS Gold Cup Kickboxing champion
  • 2001 IFMA European Muay Thai champion
  • 2000 WAKO Thaiboxing World Cup champion

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]

  • Rəsmi K-1 veb-saytı Arxivləşdirilib 2007-10-11 at the Wayback Machine
  • Official K-1 website Zabit Samedov profile Arxivləşdirilib 2009-05-28 at the Wayback Machine