Zərifə Şükürova — Vikipediya

Zərifə Şükürova
23 yanvar 1958 – 2 iyul 1971
ƏvvəlkiSəftər Cəfərov
SonrakıGüllü Əbilova
Şəxsi məlumatlar
Doğum tarixi 1920
Doğum yeri
Partiya

İmzanın şəkli

Zərifə Zülfüqar qızı Şükürova (1920, Şuşa) — Azərbaycan ictimai-siyasi və dövlət xadimi, Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin katibi (1958–1971).

Həyatı[redaktə | mənbəni redaktə et]

Zərifə Şükürova 1920-ci ildə anadan olmuşdur. Əmək fəaliyyətinə 1936-cı ildə başlamışdır. Bakı məktəblərində müəllimlik etmiş, Azərbaycan Tibb İnstitutunu bitirdikdən sonra 1944-cü ildə laborant, daha sonra həkim, 1948–1954-cü illərdə isə Bakının Lenin rayonu səhiyyə şöbəsinin müdiri işləmişdir.[1]

Zərifə Şükürova Azərbaycan SSR Ali Sovetinin 4–7 çağırış deputatı seçilmiş, 1958–1971-ci illərdə Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin katibi olmuşdur.[1]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. 1 2 Şükürova Zərifə Zülfüqar qızı // Azərbaycan qadını ensiklopediyası. Bakı: "Azərbaycan Milli Ensiklopediyası" Nəşriyyat-Poliqrafiya Birliyi. 2002. səh. 372. ISBN 5-896001-366-8.