Zərbi muğamlar — Vikipediya

Zərbi muğam janrının özünəməxsus səciyyəvi cəhətləri var. Öz inkişafı cəhətdən tarixən qədim olan vokal-instrumental zərbi muğamların populyarlığına baxmayaraq, bir janr kimi indiyə qədər o, lazımınca tədqiq edilib öyrənilməmişdir. Bunu əsas səbəblərindən bir son illərə qədər zərbi muğamların not yazısının olmamasıdır.

Maraqlıdır ki, janrın mahiyyəti onun adını müəyyənləşdirir.mahnı Məhz zərbi muğam sözü instrumental-vokal muğamların ifası zamanı müğənnini müşayiət edən instrumental ansamblların tərkibində zərbli alətlərə böyük yer verilməsi ilə əlaqədardır. Onu da qeyd edək ki, xanəndə muğam hissələrini oxuyan zaman zərb alətlərinin ritmik formullarını xalq çalğı alətləri ansamblına daxil olan başqa alətlər də ifa edirlər. Bu keyfiyyət digər tərəfdən janrın başqa səciyyəvi cəhətini də müəyyənləşdiri. Məlumdur ki, muğam dəstgahları suitaya bənzər çoxhissəli vokal-instrumental əsərlərdir. Onun səciyyəvi xüsusiyyəti vokalın aparıcı rolundadır. Zərbi muğamlar isə birhissəli kompozisiya təşkil edir. Sərbəst metro-ritmə əsaslanan muğam dəstgahlarının əksinə olaraq zərbi muğamlarda vokal musiqi instrumental müşayiəti dəqiq ölçülü fonuna əsaslanır.

Adətən, zərbi muğamlar fəal-emosional səciyyəli inkişaf etmiş instrumental müqəddimə ilə başlayır. Dəqiq ölçülü bu müqəddimənin musiqi ibarələri əsasında melodiya şərh edilir.

Vokal prtaiya yüksək kompozisiyaya əvvəlcə yüksək registrdə (məqamın oktava yuxarı zilində) giriş nidası ilə daxil olur. Uzadılmış səsdən sonra isə vokal melodiya reçitativ danışıq tərzində oxuma ilə inkişaf etdirilir. Məhz bu səbəbdən də zərbi muğamları ancaq yüksək tessituraya malik xanəndələr oxuya bilir. Lakin improvizə zamanı xanəndə mütləq müəyyən sxemə riayət etməlidir. Xüsusilə o, zərbi muğamın əsaslandığı lad-məqamın intonasiya çərçivəsindən kənara çıxmamlıdır.

Zərbi muğamların vokal partiyasının musiqi məzmununu isə bütün forma boyu müxtəlif variasiyalı dəyişkənliklə təkrarlanan musiqi ibarəsi (çox zaman iki xanə) təşkil edir. Bu kimi eyni zamanda vokalizə edilmiş passajlarla, zəngulələrlə rövnəqlənir.

Sonrakı inkişaf zamanı melodik xətt tədricən daha yüksək gərginlik, emosional həyəcan kəsb edir. Bu zaman muğamın istinad pərdələri ətarfında gəzişmə baş verir. Adətən bütün zərbi muğamlarda sabit səs məhz "mayə" pərdəsi olur. Səciyəvi cəhətlərdən biri də odur ki, muğam dəstgahlarında olduğu kimi zərbi muğamların sonunda melodiya əvvəldə olan aşağı registrdəki mayeyə qayıdır.

Tamamlayıcı – son epizodlarda isə instrumental partiya adətən, nağılvarıliyi, epikliyi aramlığı ilə seçilir. Bu, lad-məqamın sabit istinad pərdələrinin ətrafında gəzişməyə əsaslanan özünəməxsus bir sonluq – kodadır. Səciyyəvi cəhətlərədən biri də odur ki, bəzən bütöv bir vokal-instrumental epizod təkcə nəqarətvari əlavə spzlər əsasında oxunur. Azərbaycan xanəndələri bu zaman "ay aman", "dalay-dalay", "ay", "hey", "ha", "yar", "ay zalım" və.b. bu kimi nəqarətvari sözlərdən istifadə edirlər.

Zərbi muğamların öz müstəqil adları var. Bu qəbildən olan muğamlara müasir zamanda aşağıdakılar aiddir:

Muğam dəstgahlarında olduğu kimi zərbi muğamlarda da Azərbaycanın görkəmli şairləri – Nizami Gəncəvinin, İmadəddin Nəsiminin, Məhəmməd Füzulinin, Xurşudbanu Natəvanın, Seyid Əzim Şirvaninin, Səməd Vurğunun, Əliağa Vahidin və başqalarının qəzəllərinə müraciət olunur. Bəzi zərbi muğamlarda bayatı, qoşma formasında yazılmış xalq şeirindən də istifadə edilir.

Bir qayda olaraq bu qəbildən olan mətnlər "Şikəstə" və onun variantlarının ("Qarabağ şikəstəsi", və "Kəsmə şikəstə") həmçinin "Ovşarı", "Mani", "Arazbarı" kimi zərbi muğamların mətn əsasını təşkil edir.

Mənbə[redaktə | mənbəni redaktə et]

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]

Həmçinin bax[redaktə | mənbəni redaktə et]