Zəhra Şahtaxtinskaya — Vikipediya

Zəhra Şahtaxtinskaya
Zəhra Mustafa qızı Şahtaxtinskaya
Digər adı Zəhra xanım Mustafa bəy qızı Ağayeva
Doğum tarixi
Doğum yeri Xankəndi, Şuşa qəzası, Yelizavetpol quberniyası, Rusiya imperiyası
Vəfat tarixi (81 yaşında)
Vəfat yeri Bakı, Azərbaycan SSR, SSRİ
Elm sahəsi zoologiya
Elmi dərəcəsi
İş yeri
Mükafatları "Lenin" ordeni

Zəhra Mustafa qızı Şahtaxtinskaya və ya Zəhra xanım Mustafa bəy qızı Ağayeva (17 noyabr 1895, Xankəndi, Şuşa qəzası16 sentyabr 1977, Bakı) — Azərbaycan zooloq, helmintoloqu. Biologiya elmləri doktoru (1953), professor (1954). Azərbaycan SSR əməkdar elm xadimi (1960). "Lenin Ordeni" laureatı.[1]

Həyatı[redaktə | mənbəni redaktə et]

Zəhra Şahtaxtinskaya 17 noyabr 1895-ci ildə Xankəndində anadan olub.[2] Əmək fəaliyyətinə 1916-cı ildə qadın gimnaziyasında müəllimliklə başlamışdır. 1922-ci ildən Azərbaycan Dövlət Pedaqoji İnstitutunda işləmiş, biologiya fakültəsinin dekanı olmuşdur. 1937-ci ildən zoologiya kafedrasının müdiri vəzifəsində çalışmışdır. Tədqiqat sahəsi əsasən, Azərbaycanda yaşayan su və bataqlıq quşlarında parazitlik edən qurdlar olmuşdur.[3]

Bir çox elmi əsərin, dərsliyin müəllifidir. 1977-ci ildə Bakıda vəfat edib.

Elmi əsərləri[redaktə | mənbəni redaktə et]

  • Onurğasızlar zoologiyası
  • Təbiət tarixinin əsasları (1975)
  • Zoologiya (1974)

Mükafatları[redaktə | mənbəni redaktə et]

Ailəsi[redaktə | mənbəni redaktə et]

Onun həyatyoldaşı Nemət Şahtaxtınski Sankt Peterburqda təhsil almış və uzun müddət Azərbaycan Dövlət Neft və Sənaye Universitetində təhsil almışdır.[4] Onların övladları olan Prof. Dr. Toğrul Şahtaxtinski də alim olmuş və neft kimyası sahəsində araşdırmalar aparmışdır.[5]

Zəhra Şahtaxtinski Qarabağın məşhur bəy ailələrindən olan Ağayevlər nəslinin nümayəndəsi və Fərəc bəy Ağayevin qohumudur.[6]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. Shahtakhti Charity Society. "ŞAHTAXTİNSKAYA Zəhra". www.shahtaxti.com. 2014. 25 April 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: 6 June 2022.
  2. "ŞAHTAXTİNSKAYA Zəhra Mustafa qızı". 2017-04-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-06-19.
  3. Zəhra Şahtaxtinskaya Mustafa qızı/[[Azerbaycan Sovet Ensiklopediyası], 1987, s. 489
  4. Azərbaycan Milli Elmlər Akademiyası. "Toğrul Şahtaxtinski". science.gov.az. 2020. 16 January 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 6 June 2022.
  5. "Görkəmli kimyaçılar". 2013-07-27 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2013-09-28.
  6. Çingizoğlu, Ənvər. "Aghayevs". Soy. 9 (29). 2009: 17–24.