Zəhmət Şahverdiyev — Vikipediya

Zəhmət Şahverdiyev
Şahverdiyev Zəhmət Əbülfət oğlu
Zəhmət Şahverdiyev
Zəhmət Şahverdiyev
Doğum tarixi
Doğum yeri Kotanlı, Dərələyəz mahalı, Ermənistan SSR, SSRİ
Vəfat tarixi (79 yaşında)
Vəfat yeri Bakı
Dəfn yeri Naxçıvan Muxtar Respublikası
Vətəndaşlığı SSRİ SSRİ
Azərbaycan Azərbaycan
Elm sahəsi Azərbaycan tarixi
Elmi dərəcələri AMEA-nın müxbir üzvü,
tarix elmləri doktoru
Elmi adı professor
İş yeri Naxçıvan Dövlət Universiteti
Üzvlüyü
Mükafatları "Azərbaycan Respublikasının əməkdar müəllimi" fəxri adı — 2006

Zəhmət Əbülfət oğlu Şahverdiyev (11 noyabr 1942, Kotanlı, Paşalı rayonu5 mart 2022, Bakı) — Naxçıvan Dövlət Universitetinin Azərbaycan tarixi kafedrasının müdiri, tarix elmləri doktoru, professor.[1] AMEA-nın müxbir üzvü (2014).

Həyatı[redaktə | mənbəni redaktə et]

Zəhmət Şahverdiyev 1 noyabr 1942-ci ildə Qərbi Azərbaycanın Dərələyəz mahalının Kotanlı kəndində anadan olmuşdur.

1949–1958-ci illərdə Kotanlı kəndində səkkizillik, 1958–1961-ci il illərdə Qovuşuq kəndində tam orta məktəbi bitirmişdir.

1966–1970-ci illərdə Bakı şəhərində, ADPİ-də əyani şöbə üzrə təhsil almış, buranı tarix ixtisası üzrə fərqlənmə diplomu ilə bitirmişdir. 1968–1970-ci illərdə həmin institutda "Beynəlxalq münasibətlər üzrə mühazirəçi" ixtisası almışdır. 1970-ci ildə Azərb.SSR Ali və Orta Təhsil Nazirliyinin göndərişi ilə ADPİ-nun Naxçıvan filialına müəllim təyin edilmişdir.

1978–1981-ci illərdə Azərb.SSR EA Tarix İnstitutunun aspiranturasında qiyabi şöbə üzrə təhsil almışdır.

1984-ci ildə elmlər namizədi adı almaq üçün dissertasiya müdafiə etmişdir. 1978-ci ildə Naxçıvan Dövlət Pedaqoji İnstitutunda baş müəllim, 1989-cı ildən isə dosent vəzifələrində çalışmışdır. 2011-ci ildə isə AMEA-nın Naxçıvan bölməsində "XIX və XX əsrin əvvəllərində Naxçıvanda siyasi vəziyyət, regionun sosial-iqtisadi və mədəni inkişafı" mövzusunda doktorluq dissertasiyasını müdafiə etmişdir.

2007-ci ildən bü günə kimi Naxçıvan Dövlət Universitetində Azərbaycan tarixi kafedrasına rəhbərlik edir. 60-dan artıq elmi əsər, 6 kitab, və 2 proqram müəllifidir. Ailəlidir, üç övladı var. 2022-ci il mart ayının 5-də Bakı şəhərində vəfat etmişdir.

Mükafatları[redaktə | mənbəni redaktə et]

2002-ci ildə Azərbaycan Respublikasındakı ali məktəblər arasında təlimdə, tədrisdə apardığı işlərə görə NDU-nin Humanitar fakültəsi birinci yerə çıxdığından Azərbaycan Respublikası Təhsil Nazirliyinin fəxri fərmanına layiq görülmüşdür.

2006-cı ildə Azərbaycan Respublikası Prezdentinin fərmanı ilə "Azərbaycanın əməkdar müəllimi" fəxri adını almışdır. 2006-cı ildə Türkiyə Respublikası Kocaeli Böyükşəhər Bələdiyyəsində Uluslararası Sosial Bilimlər Konqresində elmi məruzələrə görə təşəkkür almışdır. 2008-ci ildə Misir Ərəb Respublikasının Qahirə Universitetində elmi Sertifikat almışdır.

2008-ci ildə Naxçıvan Dövlət Universitetində "İlin alimi" adına layiq görülmüşdür.[2]

Elmi fəaliyyəti[redaktə | mənbəni redaktə et]

1966–1970-ci illərdə Bakı şəhərində ADPİ-nin tarix fakultəsində oxumuş, 1968–1970-ci illərdə həmin institutda "Beynəlxalq münasibətlər üzrə mühazirəçi" ixtisasını almış, 1984-cü il Bakı şəhərində, AMEA –nın Tarix institutunda "XIX əsrin 70–90-cı illərində Azərbaycanda aqrar münasibətləri və kəndlilərin vəziyyəti", mövzusunda namizədlik, 2011-ci ildə isə AMEA-nın Naxçıvan bölməsində "XIX və XX əsrin əvvəllərində Naxçıvanda siyasi vəziyyət, regionun sosial-iqtisadi və mədəni inkişafı" mövzusunda doktorluq dissertasiyasını müdafiə edib. 1989-cu ildən dosentdir.

1964–1966-cı illərdə Ermənistan SSR Əzizbəyov(Soylan) rayonunda fəhlə. 1970–1973-cü illərdə NDPİ-da müəllim, 1974–1975-ci illərdə həmin institutda tədris hissə müdiri, 1974–1978-ci illərdə müəllim, 1982–1986-cı illərdə baş müəllim, 1984–86-cı illərdə Tarix kafedrasının müdiri, 1987–1990-cı illərdə baş müəllim, 1992-ci ildə NDU-da dosent, 1994–1998-ci tarix-filologoia fakultəsinin dekan müavini, 1998–2006-cı illərdə Humanitar fakultənin dekanı, 2006-cı ildən bü günə kimi Azərbaycan tarixi kafedrasının müdiridir. "Naxçıvan tarixi" (3 cilddə) adlı kitabın XIX əsr və XX əsrin əvvəlini əhatə edən fəsillərin müəllifi və rəhbəridir. NDU-nun Elmi əsərləri və AMEA Naxçıvan bölməsinin "Xəbərlər" jurnalının redaksiya heyətinin üzvüdür. 2013-cü ildən Naxçıvan Dövlət Universitetinin professoru, 2014-cü ildən isə AMEA-nın müxbir üzvüdür

Elmi əsərləri[redaktə | mənbəni redaktə et]

  1. Naxçıvan Muxtar Respublikası 1991–2001-ci illərdə. Bakı: Qismət, 2002. 310 s.
  2. Naxçıvan bölgəsi XIX–XX əsrin əvvəllərində. Bakı: Elm, 2008. 327 s.
  3. Dərələyəzin taleyi, şəhidlər və döyüşçülər. Bakı: Qismət, 2010. 316 s.
  4. Азербаджанская деревня в последней трети XIX в. (По материалaм Нахичеванского и Шарур Даралагезского уездa) Elm 2010. 402 s.
  5. Azərbaycan tarixinin yeni dövrü üzrə magistr hazırlığı üçün proqram. Bakı: Elm nəşriyyatı.
  6. "Naxçıvan tarixi" (Dərslik),
  7. "Naxçıvan Muxtar Respublikasında sosial-iqtisadi və mədəni inkişaf" (Dərs vəsaiti) (2001–2012),
  8. "XIX əsrin ikinci yarısında Naxçıçvanda aqrar münasibətlərə dair",
  9. "Xanlıqlar dövründə Naxçıvan, ermənilərin azərbaycanlılara qarşı yapmış olduğu soyqırımlardan biri"(1905–1906-cı illər),
  10. "Gülüstan müqaviləsindən sonra Rusiyanın Naxçıvana münasibəti",
  11. "Naxçıvan bölgəsi Azərbaycan tarixinin akademik nəşrində".

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. Naxçıvan tarixinə dair qiymətli monoqrafiya: "Naxçıvan bölgəsi XIX–XX əsrin əvvəllərində"[ölü keçid]
  2. "Arxivlənmiş surət". 2021-05-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2011-10-14.

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]