Zülfü Hacıyev — Vikipediya

Zülfi Hacıyev
22 may 1991 – 20 noyabr 1991
Baş nazirHəsən Həsənov
18 noyabr 1989 – 22 may 1991
SədrAyaz Mütəllibov
Həsən Həsənov
16 mart 1988 – 1989
ƏvvəlkiCahangir Müslümzadə
SonrakıEldar İsmayılov
bayraq
Naxçıvan MSSR Nazirlər Sovetinin sədri
bayraq2
1982 – mart 1988
Əvvəlkiİmran Mehdiyev
bayraq
Sumqayıt Şəhər Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin sədri
bayraq2
13 oktyabr 1976 – 1982
Şəxsi məlumatlar
Doğum tarixi 21 mart 1935(1935-03-21)
Doğum yeri
Vəfat tarixi 20 noyabr 1991(1991-11-20) (56 yaşında)
Vəfat yeri
Vəfat səbəbi Qarakənd faciəsi
Dəfn yeri
Partiya
Fəaliyyəti siyasətçi
Həyat yoldaşı Səyyarə xanım[1]
Uşaqları Ruslan, Raman, Şölə, Mehparə, Lalə[1]

Təltifləri "Qırmızı əmək bayrağı" ordeni "Xalqlar dostluğu" ordeni "Şərəf nişanı" ordeni

Zülfü (Zülfi) Saleh oğlu Hacıyev (21 mart 1935, Böyük Məzrə, Basarkeçər rayonu20 noyabr 1991, Qarakənd, DQMV) — Azərbaycan Respublikası Baş nazirinin müavini (1989–1991), elmlər namizədi.

Həyatı[redaktə | mənbəni redaktə et]

Zülfi Hacıyev 21 mart[1] 1935-ci ildə Göyçə mahalının Basarkeçər rayonunun Böyük Məzrə kəndində anadan olmuşdur.[2] Doğma kənddə orta məktəbi medalla,[1] Azərbaycan Politexnik İnstitutunun inşaat fakültəsini isə fərqlənmə diplomu ilə bitirmişdir.[3] Təyinatla Krasnoarmeysk şəhərinə göndərilib, sıravi mühəndislikdən idarə rəisi vəzifəsinə qədər yüksəlib.[1] Bir müddətdən sonra Sumqayıt şəhərinə qayıtmış, əvvəlcə mühəndis, sonra isə indi adını daşıyan "Qırmızı əmək bayrağı" ordenli Sənaye Tikinti Nazirliyinin Sumqayıtdakı 1 saylı Tikinti Trestinin rəisi vəzifəsinə irəli çəkilmişdir.[1]

O, 1976-cı ildən Sumqayıt Şəhər Xalq Deputatları Sovetinin İcraiyyə Komitəsinin sədri, 1982-ci ildən Naxçıvan MSSR Nazirlər Sovetinin sədri, 1988-ci ilin martından Sumqayıt Şəhər Partiya Komitəsinin birinci katibi, 1989-cu ildən 20 noyabr 1991-ci ilədək Azərbaycan Nazirlər Kabinetinin sədr müavini vəzifələrində çalışmış, plenum üzvü, ali və yerli sovetə deputat seçilmişdir. 1976-cı ildən ömrünün sonunadək 4 dəfə Azərbaycan SSR Ali Sovetinin deputatı seçilmişdir.

Zülfi Hacıyev Nazirlər Kabinetinin sədr müavini işlədiyi vaxt həm də Dağlıq Qarabağ üzrə təşkilat komitəsinin üzvü olmuş, son vaxtlar isə həmin komitəyə sədrlik edirdi.

Mükafatları[redaktə | mənbəni redaktə et]

Xatirəsi[redaktə | mənbəni redaktə et]

Adının əbədiləşdirilməsi[redaktə | mənbəni redaktə et]

Zülfi Hacıyev qeyrətimiz Qarabağ yolunda qəhrəmanlıqla şəhid olsa da onun adı xalqımızın qan yaddaşında əbədi yaşayacaqdır. Sumqayıtda izi qalan Zülfi müəllimin adı əbədiləşdirilmişdir. Sumqayıtda on dörd il işlədiyi trestə, tikdirdiyi on beş orta məktəbdən birinə, saldırdığı ən geniş, yaraşıqlı küçələrdən birinə Zülfi Saleh oğlu Hacıyevin adı verilmişdir.

Gəncə şəhərində və Sumqayıt şəhərində küçələrdən biri onun adını daşıyır.

Sabirabad rayon 7 saylı tam orta məktəbi, Sumqayıt şəhər 17 saylı orta məktəbləri də Zülfi Hacıyev adınadır.

1982-ci ildə istehsal olunan gəmi (IMO № 7912161) Zülfi Hacıyevin adını daşıyır.[4]

Haqqında yazılanlar[redaktə | mənbəni redaktə et]

2005-ci ildə Əliyev Fərman Nəriman oğlu "Ölümdən güclü" adlı sənədli-publisistik povestini Zülfi Hacıyevin şərəfli ömür yoluna həsr edib. Müəllif kitabda Z. Hacıyevin canlı portretini yaratmağa çalışaraq, Azərbaycanda dövlətçiliyin inkişafı və quruculuq sahəsində onun fəaliyyəti ilə bağlı oxucularda geniş fikir aşılamağa çalışmışdır. Kitabda həmçinin Z. Hacıyev haqqında kövrək xatirələr də öz əksini tapmışdır.[5]

Həmçinin bax[redaktə | mənbəni redaktə et]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. 1,0 1,1 1,2 1,3 1,4 1,5 Ziyəddin Məhərrəmov. "Unudulmaz sazlı-sözlü yurdumuz". Bakı, "Çaşıoğlu", 2001. səh.82–83.
  2. 2,0 2,1 Qədir Aslan. "HACIYEV Zülfi" (az.). goyche.info. 06.06.2009. İstifadə tarixi: 2015-02-27.[ölü keçid]
  3. 3,0 3,1 3,2 3,3 Teyyub Qurban. "Ən yaxın tarix". Azərbaycan Milli Kitabxanası (az.). anl.az. 2013. 2022-03-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-02-27.
  4. "Zülfi Hacıyev" Arxivləşdirilib 2015-12-27 at the Wayback Machineacsc.az saytı  (az.) (rus.) (ing.)
  5. "Toplu kataloq". AzLibnet Milli İnformasiya Mərkəzi (az.). 2005. İstifadə tarixi: 2015-02-28.[ölü keçid]

Ədəbiyyat[redaktə | mənbəni redaktə et]

  1. Qədir Aslan, "Göyçə şəhidləri", Bakı: "İşıq", 1997.
  2. Ziyəddin Məhərrəmov. "Unudulmaz sazlı-sözlü yurdumuz". Bakı, "Çaşıoğlu", 2001. səh.82–83.
  3. Fərman Əliyev. Ölümdən güclü: sənədli-publisistik povest. Bakı: Nərgiz, 2005. — 144 s.
  4. Qəşəm Məhərrəmov, İntiqam Məhərrəmov. "Başı dumanlı Göyçə", Bakı, "EL", 2007. səh.96. ISBN 978-9952-438-09-3
  5. Teyyub Qurban, "Ən yaxın tarix", Ekspress. — 2013. — 11–13 yanvar. — Səh.15.