Yuzef Çarski — Vikipediya

Yuzef Çarski
Digər adı Yuzef Tanxelson
Doğum tarixi
Doğum yeri Tiflis, Tiflis quberniyası, Rusiya İmperiyası
Vəfat tarixi (50 yaşında)
Vəfat yeri Bakı, Azərbaycan SSR, SSRİ
Vətəndaşlığı Rusiya İmperiyası Rusiya imperiyası
SSRİ SSRİ
Fəaliyyəti teatr aktyoru
Fəaliyyət illəri 1919–1948
Teatr Azərbaycan Dövlət Rus Dram Teatrı
Mükafatları "Azərbaycan SSR xalq artisti" fəxri adı — 1940 "Azərbaycan SSR əməkdar artisti" fəxri adı — 1936
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Yuzef Davidoviç Çarski-Tanxelson (15 (27) dekabr 1897, Tiflis16 noyabr 1948, Bakı) — Azərbaycan-sovet teatr aktyoru, Azərbaycan SSR xalq artisti (1940).

Həyatı[redaktə | mənbəni redaktə et]

Yuzef Çarski (əsl soyadı Tanxelson) 15 (27) dekabr 1897-ci ildə Tiflisdə anadan olmuşdur. 1914-cü ildən Tiflis teatr məktəbində təhsil almış, səhnə fəaliyyətinə burada başlamışdır. Müxtəlif illərdə Batumi, Rostov-na-Donu, Krasnodar, Odessa, Moskva teatrlarında işləmişdir. 1928–1948-ci illərdə Azərbaycan Dövlət Rus Dram Teatrının aktyoru olmuşdur.[1][2]

Yuzef Çarski 1940-cı ildən Sov.İKP üzvü olmuşdur. O, 16 noyabr 1948-ci ildə Bakıda vəfat edib.[3]

Mükafatları[redaktə | mənbəni redaktə et]

İfa etdiyi əsas rollar[redaktə | mənbəni redaktə et]

Çarskinin ifası yumoru və lirizmi ilə fərqlənmişdir.[3] Onun ifa etdiyi əsas rollar:[4]

Rol Tamaşa Müəllif
Şapur Fərhad və Şirin Səməd Vurğun
Təlxək Vaqif Səməd Vurğun
Altunbay Od gəlini Cəfər Cabbarlı
İmamverdi 1905-ci ildə Cəfər Cabbarlı
Nəcəf Şərqin səhəri Ənvər Məmmədxanlı
Saatsaz Kreml saatı Nikolay Poqodin
Ser Endrü On ikinci gecə Uilyam Şekspir
Şvandiya Lyubov Yarovaya Konstantin Trenyov
Karandışev Cehizsiz qız Aleksandr Ostrovski
Kulıgin Üç bacı Anton Çexov
Truffaldino İki ağanın bir nökəri Karlo Qoldoni
Bublik Platon Kreçet Aleksandr Korneyçuk
Senya Perçatkin Özgə uşağı Vasili Şkvarkin
Kosme Gözəgörünməz xanım Pedro Kalderon
Ştuf Skutarevski Leonid Leonov

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. Театральная энциклопедия: [в 6 т.] / гл. ред.: П. А. Марков. Т. 5. ТабаковаЯшугин. М.: Советская энциклопедия. 1967. стб. 726. 38 000 экз.
  2. Azərbaycan Milli Ensiklopediyası (25 cilddə). 5-ci cild: Brüssel – Çimli-podzol torpaqlar (25 000 nüs.). Bakı: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi. 2014. səh. 456–457. ISBN 978-9952-441-10-9.
  3. 3,0 3,1 Азәрбајҹан Совет Енсиклопедијасы: [10 ҹилддә]. X ҹилд: ФростШүштәр. Бакы: Азәрбајҹан Совет Енсиклопедијасынын Баш Редаксијасы. Баш редактор: Ҹ. Б. Гулијев. 1987. С. 308.
  4. İlham Rəhimli. Azərbaycan Teatr Ensiklopediyası (3 cilddə). 1-ci cild. Bakı: Azərnəşr. 2016. səh. 176. ISBN 978-9952-8306-3-7.