Yusif Məmmədəliyev (film, 1987) — Vikipediya

Yusif Məmmədəliyev
Janr bioqrafik
Rejissorlar Yalçın Əfəndiyev
Miri Rzayev
Ssenari müəllifləri Rəhman Bədəlov
Yalçın Əfəndiyev
Operator Köçəri Məmmədov
İstehsalçı "Azərbaycanfilm" Kinostudiyası
İlk baxış tarixi 1987
Filmin növü qısametrajlı sənədli film
Ölkələr SSRİ SSRİ
İl 1987
Texniki məlumatlar 2 hissə
540 metr
35 mm
Rəng rəngli

Məzmun[redaktə | mənbəni redaktə et]

"Azərbaycanın görkəmli adamları" seriyasından çəkilmiş film-portret xalqımızın layiqli oğlu, görkəmli kimyaçı alim, elmə əvəzsiz töhfələr vermiş, elmin inkişafında xüsusi xidmətləri olan akademik Yusif Məmmədəliyevin mənalı həyat yolunu ekranda canlandırır. Kinolentdə əsas diqqət Y.Məmmədəliyevin respublikamızda elmin inkişafındakı roluna, yüksək ixtisaslı kadrların hazırlanmasındakı xidmətlərinə yönəldilmişdir.

Filmin heyəti[redaktə | mənbəni redaktə et]

Film üzərində işləyənlər[redaktə | mənbəni redaktə et]

Rejissor: Yalçın Əfəndiyev, Miri Rzayev
Ssenari müəllifi: Rəhman Bədəlov, Yalçın Əfəndiyev
Operator: Köçəri Məmmədov
Səs operatoru: Şamil Kərimov

Mənbə[redaktə | mənbəni redaktə et]

  • Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 328.

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]