Yuri Konovalov — Vikipediya

Yuri Konovalov
rus. Юрий Коновалов
Konovalov 1960 Yay Olimpiya Oyunlarında
Konovalov 1960 Yay Olimpiya Oyunlarında
Şəxsi məlumatlar
Vətəndaşlığı SSRİ SSRİ
Rusiya Rusiya
Doğum tarixi
Doğum yeri Bakı, Azərbaycan SSR, SSRİ
Vəfat tarixi (78 yaşında)
Vəfat yeri Smolensk vilayəti, Rusiya
Boyu 1.83 sm
Çəkisi 77 kq
İdman növü yüngül atletika
Komandası "Neftçi" (Bakı)

Yuri Konovalov (rus. Юрий Коновалов; 30 dekabr 1929, Bakı25 may 2008, Smolensk) — sovet yüngül atleti, Olimpiya oyunlarının ikiqat mükafatçısı, SSRİ əməkdar idman ustası (1957).

İdman karyerası[redaktə | mənbəni redaktə et]

Yuri Konovalov 1956-cı il Melburn Yay Olimpiya Oyunlarında 4x100 metr məsafəyə estafet yarışında Leonid Bartenev, Boris TokarevVladimir Suxarevlə birlikdə gümüş medal qazanıb.[1] 100 və 200 metr məsafəyə qaçış üzrə şəxsi yarışlarda finala keçməyib.

1960-cı il Roma Yay Olimpiya Oyunlarında Yuri Konovalov 4x100 metr məsafəyə estafet yarışında Qusman Kosanov, Leonid BartenevEdvin Ozolinlə birlikdə gümüş medal qazanaraq dörd il əvvəlki uğurunu təkrarlayıb.[1] 100 və 200 metr məsafəyə qaçış üzrə şəxsi yarışlarda dörd il əvvəl olduğu kimi, yenə də finala keçə bilməyib.

Yuri Konovalov 1957-ci ildə 100 metr məsafəyə qaçış üzrə şəxsi yarışda, 1958-ci ildə isə 200 metr məsafəyə qaçış üzrə şəxsi yarışda SSRİ çempionu adını qazanıb.[1]

Yuri Konovalov 2008-ci il mayın 25-də vəfat edib. O, Smolenskdəki Odinçovski qəbiristanlığında dəfn olunub.[1]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. 1 2 3 4 "Коновалов Юрий Семенович". Smolnecropol.ru. 15 fevral 2019 tarixində arxivləşdirilib.

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]