Yulen Lopeteqi — Vikipediya

Yulen Lopeteqi
isp. Julen Lopetegui Agote
Ümumi məlumatlar
Tam adı Yulen Lopeteqi Arqote
Doğum tarixi 28 avqust 1966(1966-08-28)[1] (57 yaş)
Doğum yeri
Vətəndaşlığı
Boyu 185
Mövqeyi Qapıçı
Klub haqqında məlumat
Klub İspaniya Real Madrid
Vəzifəsi baş məşqçi
Karyerası
Klub karyerası[* 1]
1985—1988 İspaniya Real Madrid Kastilya 61 (0)
1988—1991 İspaniya Real Madrid 1 (0)
1988—1989 İspaniya Las Palmas (icarə) 31 (0)
1991—1994 İspaniya Loqronyes 107 (0)
1994—1997 İspaniya Barselona 5 (0)
1997—2002 İspaniya Rayo Valyekano 112 (0)
Milli yığma[* 2]
1985 İspaniya İspaniya (U21) 1 (0)
1994 İspaniya İspaniya 1 (0)
Məşqçisi olduğu klublar
2003 İspaniya İspaniya (U13)
2003—2004 İspaniya Rayo Valyekano
2008—2009 İspaniya Real Madrid Kastilya
2010—2012 İspaniya İspaniya (U19)
2011—2013 İspaniya İspaniya (U20)
2012—2014 İspaniya İspaniya (U21)
2014—2016 Portuqaliya Portu
2016—2018 İspaniya İspaniya
2018—h.h. İspaniya Real Madrid

  1. Milli çempionatların müxtəlif liqalarında peşəkar klubların heyətində keçirdiyi oyunların və vurduğu qolların sayı.
  2. Rəsmi oyunlarda milli yığmanın heyətində keçirdiyi oyunların və vurduğu qolların sayı.
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Yulen[2] Lopeteqi Arqote (bask Julen Lopetegui Argote; 28 avqust 1966[1], Asteasu[d], Basklar ölkəsi) — ispan futbolçu və baş məşqçi.

Klub karyerası[redaktə | mənbəni redaktə et]

Yulen 1985-ci ildə "Real Madrid"in 2-ci komandası "Real Madrid Kastilya" ilə müqavilə imzalayıb. Klubun heyətində müntəzəm olaraq meydana çıxan qapıçı əsas simalardan birinə çevrildi. 1988-ci ildə Yulen əsas komandaya — "Real Madrid"ə keçdi. Buna baxmayaraq o, dərhal "Las Palmas" klubuna icarəyə verildi. "Las Palmas"ın heyətində Yulen mövsüm ərzində 31 oyun keçirdi. İcarədən qayıtdıqdan sonra Lopeteqi 3 il ərzində "Real Madrid"in ehtiyat qapıçısı oldu. Bu zaman klubun əsas qapıçısı Fransisko Buyo idi. Bu dövr ərzində Lopeteqi cəmi 1 matçda meydanda oldu. 1991-ci ildə Yulen "Loqronyes" klubuna transfer olundu. Bu klubun heyətində o, parlaq 3 mövsüm keçirdi. Bundan sonra Lopeteqini "Barselona" transfer elədi. Lopeteqini "Barselona"ya Andoni Subisarretanı əvəzləmək üçün transfer etmişdilər, amma o, Karles Buskets və 1996-cı ildə kluba qoşulan Vitor Baiya ilə rəqabətdə məğlub oldu və nəticədə klubun 3-cü qapıçısı oldu. Lopeteqi "Barselona"da 3 mövsümdə cəmi 5 oyunda meydana çıxdı. "Barselona"nı tərk edən Lopeteqi "Rayo Valyekano" klubuna keçdi. Həmin vaxt "Rayo Valyekano" İspaniyada La Liqadan sonra ikinci peşəkar futbol liqası olan "Segunda Division"da çıxış edirdi. Lopeteqi klubun əsas liqaya yüksəlməsində böyük pay sahibi oldu. Yulen "Rayo Valyekano"da 112 oyun keçirdi. Lopeteqi 2002-ci ildə futbolçu karyerasını başa vurdu.

Milli komanda karyerası[redaktə | mənbəni redaktə et]

Lopeteqi İspaniya milli komandasının heyətində 1985-ci ildə 20 yaşa qədər futbolçular arasında keçirilən Dünya Çempionatında gümüş medallar qazansa da bu turnirdə heç bir matçda əsas heyətdə olmadı. Elə həmin il Yulen 21 yaşa qədər futbolçulardan ibarət İspaniya milli komandasında 1 oyun keçirdi. "Loqronyes" klubunun heyətində parlaq oyun nümayiş etdirdikdən sonra Lopeteqi əsas milli komandaya dəvət aldı. Amma əsas milli komandada Yulen cəmi 1 oyun keçirdi. Bu oyun 23 mart 1994-cü ildə keçirildi. Rəqib Xorvatiya millisi oldu. Həmin oyunda İspaniya yığması 0:2 hesabı ilə məğlub oldu[3]. Bütün bunlara baxmayaraq Yulen Lopeteqi 1994-cü il Dünya Çempionatına yollanan İspaniya milli komandasının yekun iştirak ərizəsində yer aldı.

Baş məşqçi karyerası[redaktə | mənbəni redaktə et]

2003/2004-cü il mövsümündə Yulen "Rayo Valyekano"nun baş məşqçisi kimi çalışdı. Yaxşı nəticələr əldə olunmadığına görə klub Lopeteqi ilə yollarını ayırdı[4]. Bundan sonra Lopeteqi 2008-ci ilə kimi İspaniyadakı idman televiziya kanallarında şərhçi kimi çalışdı. 2008/2009-cu il mövsümündə Lopeteqi "Real Madrid"in ikinci komandası olan "Real Madrid Kastilya"da baş məşqçi kimi işlədi[5].

2010-cu ildə Lopeteqi 19 yaşa qədər (U19) və 20 yaşa qədər (U20) futbolçulardan ibarət İspaniya milli komandalarının baş məşqçisi təyin olundu. İspaniya U20 yığması ilə Lopeteqi xüsusi uğurlar qazanmadı, amma İspaniya U19 ilə 2011-ci ildə və 2012-ci ildə keçirilən Avropa Çempionatlarının qalibi oldu. 2012-ci ildə Lopeteqi İspaniya U21 yığmasının baş məşqçisi təyin edildi. Lopeteqi bu komanda ilə də uğur qazandı. İspaniya U21 yığması 2013-cü ildə keçirilən Avropa Çempionatının qalibi oldu[6].

12 iyun 2014-cü ildə Lopeteqi klub baş məşqçiliyinə geri qayıtdı. O, "Portu" klubunda baş məşqçi təyin olundu. Portuqaliyada uğur qazana bilməyən Lopeteqi 2016-cı ildə "Portu" ilə yollarını ayırdı[7].

2016-cı il Avropa Çempionatından sonra Lopeteqi İspaniya milli yığmasına baş məşqçi təyin olundu. Bu vəzifədə o, Visente Del Boskeni əvəzlədi[8]. Lopeteqinin başçılığı ilə İspaniya milli komandası Rusiyada keçiriləcək Dünya Çempionatının Avropa seçim mərhələsində öz qrupunda İtaliyanı üstələməklə vaxtından əvvəl 1-ci yerin sahibi oldu. Dünya Çempionatının başlanmasına 1 gün qalmış İspaniya Kral Futbol Federasiyası Lopeteqi ilə yollarını ayırdı[9][10]

13 iyun 2018-ci ildə Yulen Lopeteqi "Real Madrid"in baş məşqçisi vəzifəsinə təyin edildi[11]. Lopeteqi klubun uğursuz çıxışlarından sonra 29 oktyabr 2018-ci ildə "Real Madrid"in baş məşqçisi vəzifəsindən uzaqlaşdırıldı[12].

Uğurları[redaktə | mənbəni redaktə et]

Oyunçu kimi[redaktə | mənbəni redaktə et]

Real Madrid

Barselona

Baş məşqçi kimi[redaktə | mənbəni redaktə et]

İspaniya milli komandası

  • 19 yaşa qədər futbolçular arasında Avropa Çempionatının qalibi: 2011, 2012
  • 21 yaşa qədər futbolçular arasında Avropa Çempionatının qalibi: 2013
    • Cəmi: 3 trofey

Baş məşqçi statistikası[redaktə | mənbəni redaktə et]

28 oktyabr 2018-ci il tarixinə olan göstərici.

Komanda İşin başlanğıcı İşın sonu Statistika
O Q H M VQ BQ TF % qələbə
İspaniya Rayo Valyekano 2003 2003 11 2 2 7 10 17 -7 18,18
İspaniya Real Madrid Kastilya 2008 2009 38 18 9 11 60 45 +15 47,37
İspaniya İspaniya U19 2010 2013 11 8 3 0 29 9 +20 72,73
İspaniya İspaniya U20 2010 2013 10 7 2 1 22 8 +14 70,00
İspaniya İspaniya U21 2012 2014 11 11 0 0 34 7 +27 100,00
Portuqaliya Portu 12 iyun 2014 4 yanvar 2016 77 53 15 9 157 52 +105 68,83
İspaniya İspaniya 21 iyul 2016 13 iyun 2018 20 14 6 0 61 13 +48 70,00
İspaniya Real Madrid 14 iyun 2018 29 oktyabr 2018 14 6 2 6 21 20 +1 42,86
Cəmi 193 119 40 34 396 174 +222 61,66

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. 1 2 Julen Lopetegui // Store norske leksikon (бук.). 1978. ISSN 2464-1480
  2. "Late Motiv - Julen Lopetegui" (isp.). youtube.com. 12 dekabr 2016. 2017-08-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24 avqust 2018.
  3. "Internacionales > Lopetegui" (isp.). sefutbol.com. 2016-08-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24 avqust 2018.
  4. "Julen Lopetegui - Rayo Vallecano" (isp.). julenlopetegui.com. 2022-05-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24 avqust 2018.
  5. "Julen Lopetegui - Real Madrid" (isp.). julenlopetegui.com. 2022-05-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24 avqust 2018.
  6. "Julen Lopetegui - España" (isp.). julenlopetegui.com. 2022-05-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24 avqust 2018.
  7. "Julen Lopetegui - Porto" (isp.). julenlopetegui.com. 2022-05-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24 avqust 2018.
  8. "Julen Lopetegui, nuevo seleccionador de España" (isp.). elmundo.es. 21 iyul 2016. 2016-08-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24 avqust 2018.
  9. "Comunicado Ofical" (isp.). sefutbol.com. 13 iyun 2018. 2018-06-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24 avqust 2018.
  10. "İspaniya millisində şok - Lopeteqi qovuldu" (azərb.). qol.az. 13 iyun 2018. İstifadə tarixi: 24 avqust 2048.
  11. ""Real Madrid"in yeni baş məşqçisi müəyyənləşib" (azərb.). azertag.az. 13 iyun 2018. İstifadə tarixi: 24 avqust 2018.
  12. "Comunicado Oficial" (isp.). realmadrid.com. 29 oktyabr 2018. 2022-06-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30 oktyabr 2018.

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]